Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Ümid sonda ölür

  Sayta qoyulub: 18:16 21.09.2009 (978 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Sonuncu görüşümüzdə müxalifət liderlərindən biri mətbuatı nə zaman tərk edəcəyimlə maraqlandı. Açığı, onun nə demək istədiyini əvvəlcə başa düşmədim. Odu ki, bu qənaətə necə gəldiyini soruşdum. Cavabı belə oldu: "Mətbuat dərin bir bataqlıqdır. Bu bataqlığı nə qədər tez tərk etsən, xeyrin bir o qədər çox olar". Söhbətin nədən getdiyini anlayandan sonra suala-sualla cavab verdim: "Müstəqil jurnalistikanı təmsil edən beş-on qələm əhli mətbuatdan gedəndən sonra fikirlərinizi cəmiyyətə necə çatdıracaqsınız?"
Jurnalistika dünyanın hər yerində riskli peşə sayılır. Azərbaycanda isə bu risk ikiqat böyükdür. 2007-ci ildə ölkəmizin həbs olunan jurnalistlərin sayına görə Avropa məkanında birinci yeri tutması yuxarıdakı fikrin havadan götürülmədiyini təsdiqləyir. Təəssüf ki, bu gün Azərbaycanın müstəqil mətbuatı təkcə hakimiyyətin deyil, həm də müxalifətin və ictimai institutların təhdidi ilə üz-üzədir. Amma buna baxmayaraq, müstəqil mətbuatı yaşatmaq istəyən insanlar dözür və müqavimət göstərirlər. Bu prosesin ömrünün nə qədər olacağını isə indidən söyləmək çətin, çox çətindir.
Bəzi dostlar yorulub. Bu fədakarlığa ehtiyac olmadığını deyirlər. Səsləndirdikləri arqumentlər kifayət qədər ciddidir. Razıyam, mən də bu günə kimi hansısa sıravi oxucunun həbs edilmiş jurnalistin müdafiəsinə qalxdığının şahidi olmamışam. İndi elə vəziyyət yaranıb ki, jurnalistləri nəinki oxucular, heç hüquq müdafiəçiləri də müdafiə etmirlər. Qəzet oxuyanların sayı hər gün azalır. "Yeni ulduz" seçən, meyxana yarışmasına SMS göndərən oxucu pul verib qəzet almır. Yuxusuz gecələr hesabına araya-ərsəyə gətirdiyimiz qəzetlər gözümüzün qabağında gözdağına çevrilir. Amma yenə jurnalistikaya könül verən insanlar mətbuatı tərk etmirlər. Buna cəhd edənlər isə çox vaxt uğursuzluğa düçar olurlar. Bu gün müstəqil mətbuat əli hər yerdən üzülmüş zavallı insanların sonuncu ümid yeridir. Ümid isə ən sonda ölür...
P.S. Zabratdakı köhnə qəbirstanlıqda qara mərmərdən hazırlanmış əzəmətli bir məzar daşı var. Baş daşına mərhumun rəsmi ilə yanaşı, bir parça ağ kağız və qələm şəkli də həkk olunub. Bu günlərdə öyrənmişəm ki, həmin məzarda uyuyan şəxs Sovet dövrünün ən məşhur jurnalistlərindən biri olub. Mərhumun övladları atalarının ruhunu şad etmək üçün onun baş daşına jurnalistikanın rəmzi olan qələm və kağız şəkli həkk etdiriblər. Taleyin işinə bax, jurnalist dünyadan köçəndə də qələm-dəftərini özü ilə aparır...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829