Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : İslamçı Demokratlar bələdiyyə yox, 2010 parlament seçkisinə hazırlaşır

  Sayta qoyulub: 12:12 07.04.2009 (1354 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  İslamçı Demokratlar bələdiyyə yox, 2010 parlament seçkisinə hazırlaşır

«Açığı, əvvəlki dönəmlərdə olduğu kimi bu dəfə də müxalifət bələdiyyə seçkisinə yönəlik uğurlu start mövqeyində durub. Bu mənada düşərgənin müəyyən bir kəsiminin seçkidə birgə iştirakla bağlı mövqe nümayiş etdirməsi normal haldır».

Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı bildirib.

Bununla belə AİDP sədri nəticənin uğurlu olacağına az inanır: «Bunun bir sıra səbəbləri var. Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin aktiv təbəqəsi təkcə müxalifət partiyalarından ibarət deyil. Amma çox təssüf ki, müxalifət özünə qapanaraq aktiv təbəqənin içərisinə girə bilməyib. Özlərini cəmiyyətin düşünən beyni kimi təqdim etməyə çalışıblar. Zənnimcə bizim müxalifətin ən böyük səhvi, apardığı siyasətin əsas səbəbi məhz bu məqamlardır». AİDP sədrinin fikrincə, müxalifətin bu siyasəti daha çox iqtidarın apardığı siyasətə bənzəyir və daim iqtidardan asılı olduğunu göstərir: «Hesab edirəm ki, müxalifət ötən müddət ərzində ictimaiyyətin qayğısına qalmaq yolu ilə onda özünə inam yaratmalı idi. Cəmiyyətin maariflənməsi prosesi həyata keçirilməli, təbəqələr arasında rabitə yaradılmalı, ürək genişliyi və sədaqət ortalığıa qoyulmalı idi. Amma çox təssüf ki, bu proseslər zəif aparılıb. Bu mənada müxalifətin ötən seçkilərdə olduğu kimi bu dəfəki bələdiyyə seçkilərində də boykot yolu seçəcəkləri bəllidir. Bununla belə hesab edirəm ki, yenə gec deyil. Yalan və görüntülərdən imtina edib, ortalığa səmimiyət qoymaqla düzgün taktika seçilməlidir. Böyük yerlərdə oturub, böyük işlər görmək istəyən insanlar yüksək mənviyyat və əxlaq nüsayiş etdirməlidirlər. 21-ci əsrin Türk əsri olmasını arzulayan ictimai-siyasi xadimlər vahid platformadan, vahid mövqedən çıxışı edərək ortaya siyasi iddia qoymalıdırlar. Qardaş Türkiyədə keçirilən, həm dünyaya, həm də bizə nümunə ola biləcək bələdiyyə seçkiləri təcrübəsindən yararlanmaq da mümkündür».

AİDP-nin bələdiyyə seçkisində iştirak edib-etməyəcəyinə gəlincə, T.Abbaslı rəhbərlik etdiyi təşkilatın bu prosesə qatılmayacağını deyib: «Bu ilk növbədə bələdiyyələrin səlahiyyətsiz bir qurum olmasılı ilə bağlıdır. Digər tərəfdən ötən bələdiyyə seçkilərinin saxtakarlıq şəraitində keçirilməsi və cəmiyyətə sərf etməyən şəkildə nəticələnməsi bizi bu prosesdən kənarda qalmağa vadar edir».

AİDP sədri 2010-cu ildə keçiriləcək parlament seçkilərini hədəf götürdüklərini bildirib: «Gələn il keçiriləcək parlament seçkilərində iştirak etməyə iddialıyıq. Mən və partiyanın bir neçə üzvü seçkiyə qatılmaq niyyətindəyik. Ona görə də hazırlığımızı bu hədəf istiqaəmtində quracağıq».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829