Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Əli Mirəliyev: ««Maşın-realiti şou»sunda çirkin oyunlar gedir, mən də onun qurbanı oldum»

  Sayta qoyulub: 15:59 16.09.2009 (1589 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

    Əli Mirəliyev: ««Maşın-realiti şou»sunda çirkin oyunlar gedir, mən də onun qurbanı oldum»

«Nurlan Növrəsli məni «Maşın-realiti şou»sundan Əli Quliyevin sifarişi ilə uzaqlaşdırdı. O, birinci gündən məni gözü gütürmürdü. Bilirdi ki, maşını mən aparacam. Onun üçün də məni çıxarmaq istəyirdi. Amma təşkilatçılar qoymadılar. Amma o, bu istəyini başqasının əli ilə həyata keçirdi. O, cavan olsa da, yalandan özünü böyük kimi aparır. Guya böyük-kiçik yeri biləndi. Əslində isə o, böyükləri baltalamağa belə hazırdı. Onun sifətinin sayı-hesabı bilinmir. Mən seyidəm, Allah bunu ona bağışlamayacaq».

Bu sözləri Müstəqil İnformasiya Agentliyinə müğənni Əli Mirəliyev «Maşın-realiti şou»sundan kənarlaşdırılandan sonra deyib. «Mənə dövlət tərəfindən heç nə verməyiblər. Dedim ki, bəlkə burada gətirər. Amma mərdimazlar bunu mənə çox gördülər. «Maşın-realiti şou»su şou deyil, real həyatdır. Çox ağır və qəliz bir oyundur. Orada həddindən artıq çirkin oyunlar gedir, mən də onun qurbanı oldum. Qruplaşmalar var. Hərəsi bir insana qulluq edir. Mən bütün bunların şahidi oldum»,- deyən Ə.Mirəliyev bəzi iştirakçıların adamın üzünə gülə-gülə evini yıxdıqlarını bildirib.

Müğənni Nurlan Növrəslidən incidiyini də qeyd edib: «Onun haqqında gözəl fikirdəydim. Gözəl ifası var, hər dəfə tərifləyirdim onu. Axırıncı dəqiqəyə kimi fikrini bildirmədi, gizlətdi. Əgər o, desəydi ki, «mən Əli Mirəliyevi hədəf götürmüşəm» heç kəs ona səs verməyəcəkdi. Verənlər də getsinə səs verəcəkdi. O, uşaqlığı ilə camaatı aldatdı. Qərarını isə xal yığandan sonra bildirdi. Onun bu hərəkəti Muradı da şoka saldı. Onun da cəsarəti çatıb deyə bilmədi ki, mən Əlinin sifarişini yerinə yetirdim. Hər layihənin rəhbəri var, onların maraqları var. Mən bu şouya getmək istəmirdim. Murad bir həftə yaxamdan tutdu ki, sən gəl bu şouda iştirak et. Dedim ki, xəstəyəm, özü də şou-biznesi səhərdən axşamacan danlayıram, iradları üzlərə deyirəm. Bunlar məni qoymayacaqlar, tez çıxardacaqlar. Dedi ki, yox Əli müəllim mən səni dəstəkləyəcəm. Buna söz verirəm».

Ə.Mirəliyev onun getməsinin şounun reytinqinə mənfi yöndə təsir edəcəyini də vurğulayıb: «Çünki mən o şounu doğrudan da şouya çevirirdim, hamı mənə görə o verilişə baxırdı. Artıq veriliş 50 faiz tamaşaçısını itirdi. Hamı deyirdi ki, Əli orada iştirak edir, görək nə deyəcək. Nurlan səhv etdi. O, bu hərəkəti ilə bir daha sübut etdi ki, şou-biznesdə böyük-kiçik yoxdur. Mən bu hərəkəti Əli Quliyevdən savayı Əlikamdan da gözləyirdim».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829