Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : 50 yaşlı müəllimin 14 yaşlı şagirdi ilə yaşamasını qızın ailəsi və bütün qəsəbə bilirmiş

  Sayta qoyulub: 16:06 28.08.2009 (2063 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

50 yaşlı müəllimin 14 yaşlı şagirdi ilə yaşamasını qızın ailəsi və bütün qəsəbə bilirmiş

Hər kəsi şoka salan xəbər- Qaradağ rayonunda 294 saylı orta məktəbin müəllimi 14 yaşlı şagirdini zorlayıb. ANS TV-nin əməkdaşı hadisə baş verən qəsəbədə olub. İndi Ümid qəsəbəsində hamının diqqəti bu hadisəyə yönəlib. 14 yaşlı məktəbli qıza qarşı seksual hərəkətlərdə ittiham olunan Şahin Yusifov isə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Söhbət 294 saylı məktəbin müəllimi Şahin Yusifovdan gedir ki, etdiyi hərəkətlə bu ayın 24-də 9 illik müəllimlik fəaliyyətinə xitam verdi. Üstəgəl, azadlığını, ən başlıcası isə özünün və ailəsinin təmiz adını itirdi. Əslində Ümid qəsəbəsində hər kəs 50 yaşlı müəllimlə 14 yaşlı qızın arasında baş verənlərdən xəbərdar idi. Özü də indi yox.

Hələ üç il bundan qabaq, qızın 11 yaşı olanda kənddə çoxları Şahin müəllimin balaca qızcığazla cinsi əlaqədə olduğundan xəbər tutmuşdu. Kənd camaatından eşitdiyimizə görə, qızın anası İradə Şahin Yusifovun kənddəki şadlıq evində qabyuyan işləyib. Ümid qəsəbəsində çoxlarının ayağısürüşkən kimi tanıdığı İradə Şahin Yusifovun qapıbir qonşusu olub.

Onların qonşuluğunda yaşayan Suğra nənə də bütün baş verənlərdə qızın anası İradəni günahkar görür: «İradənin qızı yaxşı uşaq idi. Anası elədi,ay bala, anası».

Yanaşı evlərdən birində müəllim, digərində isə dul qadın İradə və onun iki uşağı- bir qızı və bir oğlu yaşayıb. Elə azyaşlı qıza qarşı seksual hərəkətlər də məhz qızın anasının və qardaşının gözü qarşısında edilib. Üstəgəl, bu əxlaqsız hərəkətlər müəllimin telefonuna çəkilib. Üç il davamlı şəkildə bu evə gəlib-gedən Şahin Yusifov deyilənlərə görə, bu imkansız ailəni öz əsarəti altında saxlayıb. İçki aludəçisi olan müəllim vaxtaşırı bu evdə dava salır, qızı və anasını amansızcasına döyürmüş. Elə bu ayın 24-ü də belə olur. Gecə şagirdigilə gələn müəllim burada necə həngamə çıxarırsa, qızın xalası polisə zəng edir. Və beləliklə, Şahin Yusifov Polis tərəfindən saxlanılır.

Maraqlıdır ki, azyaşlı ilə 3 il davam edən bu iyrənc hərəkətlər kənddə hər kəsə məlum olub, bircə 294 saylı məktəbin rəhbərliyi məktəbin müəllimi ilə şagirdi arasında baş verənlərdən guya xəbər tutmayıb. Hər halda, məktəbin direktoru Mübariz Novruzov deyir ki, 2000-ci ilin yanvarından, yəni məktəb inşa ediləndən burada dərnək rəhbəri işləyən Şahin müəllim kollektiv arasında pis ad çıxarmayıb: «Onların arasında müəllim-şagird münasibətləri olub». Soruşuruq: «Amma kənd camatı deyir ki, 3 ildir bu münasibətlər davam edirdi. Əgər kənddə eşidiblərsə, məktəbdə necə eşitmirlər?». Direktorun cavabı belə olur: «Vallah, mən özüm Sanqaçalda yaşayıram. Ola bilsin kənddə biliblər. Amma məktəbə bu xəbər sızmayıb».

Kənd sakinləri isə deyir ki, direktor gözünün içinə qədər yalan deyir: «Direktor bu məsələni bilib, sadəcə göz yumub».

- Direktora dəfələrlə demişəm. Deyib ki, sübut gətir. Demişəm hardan gətirim? Gəlsin gözünün içinə deyim. Bu da nəticəsi. Bu gün ortaya çıxdı.

294 saylı məktəbdə baş verənlər bir çox valideynləri uşaqlarını bu məktəbdən çıxarmağa da sövq edib. İndi əksəriyyət imkanından asılı olaraq uşaqlarını başqa məktəblərdə oxumağa aparırlar.

Kənd sakini: Uşaqlardan ikisini çıxartmışam, birini də çıxartmaq istəyirəm. amma qoymurlar.

Məktəbin 10-cu sinif şagirdi Surət və başqa gənclər də direktordan fərqli olaraq Şahin müəllimin hərəkətindən xəbər tutub: «Bunu bütün məktəb bilirdi. Hamı bilirdi».

Şahin Yusifovun qonşuluqda yaşayan məktəbli qız ilə cinsi əlaqədə olduğunu hamıdan yaxşı müəllimin öz həyat yoldaşı bilib. Ərinin içki düşkünü olduğunu bildirən bu xanım mayın hələ 18-də boşanmaq üçün məhkəməyə müraciət də edib. Bu gün onun tələbi təkcə ərinin cəzalandırılması deyil, həm də İradənin və qızının bu kənddən çıxarılmasıdır: «İndi biz istəyirik ki, bu ailə bu kənddən çıxsın. Bir Şahin deyil ey... Bu kənddə onun yanına 100-ü gedib. Şahin 101-cidir. Bu kənddə bu qədər gənclər var».

Müəllimin arvadı qonşunun azyaşlı qızına da bir o qədər acımır: «Qız özü "vızıv" verirdi. İndi məhkəmədə görünəcək mesajlar». Soruşuruq: «Bəs nişan üzüyünüzü niyə çıxartmamasınız?». Deyir məhkəmə ayın 12-dədir.

Qaradağ Rayon Prokurorluğunda da 294 saylı məktəbin müəllimi Şahin Yusifovun azyaşlıya qarşı törətdiyi hərəkətləri təsdiqlədilər. Elə biz prokurorluqda olanda da xəbər tutduq ki, təqsirləndirilən müəllimlə zərərçəkən şagirdin üzləşməsi gedir. Şahin Yusifovu müvəqqəti saxlama təcridxanasına apararkən ona yaxınlaşa bildik. Soruşduq: «Şahin müəllim, sizə ağır ittiham irəli sürüblər. Təsdiq edirsiniz?». Cavab verdi ki, «Xeyr. Heç nə bilmirəm. Yalandır».

Qeyd edək ki, 294 saylı məktəbin müəlliminə qarşı Cinayət Məcəlləsinin 149.3.3 -(zorlama-təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşa çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət işi qaldırılıb. Təqsiri sübuta yetirilərsə, müəllimi 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir. Qaldı bunun mənəvi cəzasına... İnanmaq olmur ki, bu, fiziki cəzasından ağır ola... // ANS-Press

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829