Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Aqil Abbasın nəzərinə!

  Sayta qoyulub: 17:04 23.08.2009 (951 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqil müəllim, salam. Dünən internetdə sizin son yazınızı oxudum. "Avrovizion" musiqi yarışmasında erməni iştirakçılarına səs göndərənlərin MT-ə çağrılıb, sorğu-sual edilməsindən yazmısınız. Yazmısınız ki, Azərbaycandan ermənilərə səs göndərilməsinə adi şey kimi baxırsınız: "Çünki musiqinin, ədəbiyyatın, sənətin milləti olmur. Bunlar hamısı hər şeyin fövqündə dayanır". Əslində yazı elə burda da bitməli idi. Amma siz nöqtəni qoymağa tələsmirsiniz, davam edirsiniz. Anadolu türklərinin məşhur sözü var: "İnsan çox danışdıqca, çox yalan danışır". Siz də çox yazdıqca, çox yalan yazmısınız. Məsələn: "Biz eyni zamanda Dağlıq Qarabağda erməni faşizmi altında yaşayan 60-70 min vətəndaşımızın da tapdalanmış hüquqları uğrunda mübarizə aparırıq". Siz, yəni kim? Aqil Abbasmı? Hər halda mən sizin korrupsiyanı, saxtakarlığı, ədalətsizliyi bu ölkənin baş tacı eləmiş bir hakimiyyətə qarşı indiyədək ən xırda etirazınızı belə, xatırlamıram. Əlbəttə, bu ölkədə tapdalanmış hüquqlar uğrunda mübarizə aparan insanlar var, amma onların arasında Aqil Abbas yoxdur. Tam əksinə, Aqil Abbas yazıçı kimi də, deputat kimi də, qəzetçi kimi də hüququ tapdalananların yox, tapdalayanların düşərgəsindədir. Əzilənlərin yox, əzənlərin tərəfindədir. Camaatı qoyun yerinə qoymaq lazım deyil. O yoxsulluqdan, rüşvətxorluqdan, qanunsuzluqdan əziyyət çəksə də, hər halda yaddaşsızlıqdan əziyyət çəkmir. Aqil Abbasın zəifin yox, güclünün yanında dayandığını bir an, bir saniyə belə, unutmur. Buna əmin ola bilərsiniz.
Aqil müəllim, yazınızdan görürəm ki, erməni müğənnisinə səs verən gəncin "bu addımı hakimiyyətə etiraz olaraq atmışam" sözlərindən möhkəm əsəbləşmisiniz. ahaq yerə! Bir neçə ay əvvəl cəbhə bölgələrindən birinin icra başçısının qanunsuz əməllərindən cana doymuş bir qrup sakinin Ermənistana keçmək istədiyini xatırlayırsınızmı? YAP-çı məmurların özbaşınalığından bezən nə qədər sadə insanın mətbuatda sıx-sıx dərc olunan "hüquqlarım bərpa edilməsə, Ermənistan vətəndaşlığını qəbul edəcəm",- şəklində şikayət məktublarını necə? Bəli, Aqil müəllim, sizin gecə-gündüz şəninə mədhiyyə oxuduğunuz bir hakimiyyət öz sümürücü, ədalətsiz addımları ilə xalqı düşmən hesab etdiyiniz ölkədən mərhəmət umacaq qədər aciz, məzlum kökə salıb. Bunun hesabını hansısa sıravi vətəndaşdan yox, məhz YAPtokratiyanın özündən soruşmaq lazımdır. MT ölkəni pis günə qoyanları çağırmalı və dindirməlidir. "Siz xalqı hansı həddə çatdırmısınız ki, o, ədaləti, güvəni düşmən tərəfdə axtarmaq məcburiyyətində qalıb?" deyə sorğu-sual etməlidir. Həqiqət bu qədər sadədir, Aqil Abbas! Yalançı vətənpərvərliklə, saxta millətçiliklə xal qazanmaq çox keçmişdə qalıb. Artıq insanlar belə şeylərə gülüb keçirlər.
Yazınızda MT-ə haqq qazandırırsınız, guya ermənilərə səs verənləri sıxma-boğmaya salmaq Azərbaycanın təhlükəsizliyi üçün lazımmış. Aqil müəllim, sizdə yumor hissi olduğunu bilirdim, amma bu qədər güclü olduğunu bilmirdim. Siz hansı təhlükəsizlikdən danışırsınız axı? Bu ölkədə günün-günorta vaxtı generalı qətlə yetirirlər, nə təhlükəsizlikbazlıqdı! Beş-on gənci bir SMS-ə görə divara dirəyən MT o boyda generalın qətlini nə tez yaddan çıxardı? Ölkəyə, onun təhlükəsizliyinə belə canları yanır, həmin qətlin sifarişçisini, icraçısını tapsınlar. Yoxsa xalqa nağıl danışmaq lazım deyil. Camaat çörəyi qulağının dibinə yemir. Artıq bu ölkədə 7-dən 77-yə hər kəs Azərbaycanın təhlükəsizliyinə ən böyük təhdidin bütün demokratik dəyərlərə çoxdan tüpürmüş YAP hakimiyyəti olduğunun fərqindədir. Məncə, siz də fərqindəsiniz, Aqil Abbas! Sadəcə, səmimi olmağa cəsarətiniz çatmır. Bütün irtica yandaşları kimi, qazandığınız imtiyazları itirməkdən qorxursunuz.
Oysa normalda bir insanın itirməkdən qorxacağı ən böyük şey nə deputat mandatı, nə komfort həyat, nə karyeradır, ədalət hissidir, ədalət hissi! Bəlkə düz demirəm, Aqil müəllim? Hələlik bu qədər.
Yunus Oğuz, Elçibəydən əlini çək!
Dünən Elçibəyin ölüm ildönümü idi. Bu münasibətlə Yunus Oğuz deyilən biri öz qəzetində yarımsəhifəlik yazı dərc edib. Guya Elçibəyə sevginin və sayğının ifadəsidir bu yazı. Oysa Yunus Oğuz ilin 365 gününü, günün 24 saatını avtoritar rejimlə nəfəs alan, əqidəsini şəxsi maraqlarına satmış, Elçibəy dəyərlərinə çoxdan tüpürmüş, xəyanət etmiş biridir. İndi bu adamdan soruşmaq lazımdır: hansı haqla, hansı üzlə hələ də Elçibəyin adını tutursan? Elçibəyi doğrudan da, sevirsənsə, YAPtokratiyanın yanında nə itin azıb? Elçibəy həyatını diktaturaya qarşı mübarizələrdə keçirmiş böyük savaşçı idi, sənsə diktaturadan bəslənən, yemlənən adi merkantilsən. Əgər ildə bir dəfə Elçibəy haqqında beş-on cümləlik xoş sözlər yazıb, özünü əfv etdirəcəyini düşünürsənsə, yanılırsan. Bu yolla əsl mahiyyətini malalaya, ört-basdır edə, gizlədə bilməzsən. Həm YAP hakimiyyətinin yanında olmaq, həm də Elçibəyi sevmək bu, bir əldə iki qarpız tutmaq kimi bir şeydir. Absurddur. Məntiqsizlikdir. Riyakarlıqdır.
Yunus Oğuz, qəzetindəki yazıya "Rahat uyu, Böyük Bəy!" başlığı atmısan. Əgər doğrudan da, Elçibəyin məzarında rahat uyumasını istəyirsənsə, ondan əlini çək! Elçibəy adı ilə bazarlıq eləmə. Sənin Elçibəy ruhuna ən böyük sayğın elə bu olardı. Bir daha səndən, qəzetindən Elçibəy lafı duysam, özümə cavabdeh deyiləm. Həddini bil.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829