Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İDMAN : Xaqani Məmmədov Babək Quliyevin rüşvətxor olmadığını imzası ilə təsdiq etdi

  Sayta qoyulub: 10:50 04.04.2009 (1056 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaqani Məmmədov Babək Quliyevin rüşvətxor olmadığını imzası ilə təsdiq etdi

“Haqqımda çıxarılan son qərarla razıyam. Çünki mənə təqdim olunan son qərarda bildirilir ki, mən hakimlikdən rüşvət aldığıma görə deyil, nizam-intizam kodeksini pozduğuma görə kənarlaşdırılmışam. Çox şadam ki, haqq-ədalət yerini tapdı”.

Bu sözləri Supersport.Az-ın müxbiriylə söhbətində FİFA referisi Babək Quliyev deyib. O bildirib ki, AFFA rüşvətlə bağlı məsələdə səhvə yol verdiyini etiraf edib: “Xaqani Məmmədovun imzasıyla olan qərar bu dəqiqə əlimdədir. Orada qeyd olunur ki, mən oyundan sonra “Qarabağ”ın direktoru Əmrah Çəlikəllə söhbət etmişəm və futbolçulara verdiyim vərəqələri şərh etmişəm. Bu da nizamnaməyə görə qanunsuzdur. Bəli, boynuma alıram, səhv etmişəm. Amma məni narahat edən adımın rüşvətlə birgə hallanması idi ki, bunun da düzgün olmadığını artıq AFFA-dakılar da etiraf etdilər. Günahsız yerə adımın rüşvətxor kimi hallandırılması mənə çox pis təsir edirdi. Şadam ki, bu ləkə boynumdan götürüldü. Daha məhkəməyə şikayət etməkdən də vaz keçdim. Çünki bir daha deyirəm ki, adımın rüşvətlə hallandırılması məni narahat edirdi ki, bu məsələ də artıq yoluna qoyulub”.

Bununla belə, Babək Quliyev hakimliyə nə vaxt qaytarılacağını bilmir: “Nizam-intizam kodeksini pozduğuma görə, hakimlikdən kənarlaşdırılmışam. Kodeksdə isə bu səhvin cəzasınını neçə oyun olması göstərilməyib. Buna görə də bilmirəm ki, 1 oyunluq, 5 oyunluq və ya 10 oyunluq cəzalanmışam. Mən də başa düşürəm ki, cəzanın qarşısında onun müddəti də göstərilməlidir. Amma indi nə edə bilərəm? Xaqani Məmmədovdan soruşun ki, niyə kodeksi mükəmməl şəkildə tərtib etməyiblər”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İDMAN bölümünün son 20 xəbəri:



#İDMAN bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031