Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Azərbaycan 3 illiyinə «Eurovision» müsabiqəsində iştitrak hüququndan mərhum edilə bilər

  Sayta qoyulub: 16:45 19.08.2009 (722 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 3 illiyinə «Eurovision» müsabiqəsində iştitrak hüququndan mərhum edilə bilər

İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov da bu məsələni yoluna qoymaq üçünü aktiv fəaliyyəti başlayıb
«Eurovision 2009» mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərənlər Milli Təhlükəsizlik Nazirliyinin müvafiq rayon şöbələrinə çağırılıb dindirilirlər. Onlardan Ermənistan iştirakçısına niyə görə səs göndərmələri ilə bağlı izahat istəyirlər. Səs verənlərdən biri Rövşən Nəsirov bildirib ki, bir neçə gün əvvəl o MTN-nin rayon şöbələrindən birinə dəvət olunub və ondan səsverməsi ilə bağlı izahat alınıb: "Məni MTN-nin Ceyhun Süleymanov adlı əməkdaşı sorğu-sual edib. Mənə dedilər ki, məndə milli hiss yoxdur. Dedilər ki, bu gün Ermənistana səs verirsən, sabah da gedib metronu partladarsan. Vətənini satmısan və sairə. İzahat aldırlar".

Qeyd edək ki, «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib. MTN-in əməkdaşlarının isə bu prosselə belə müdaxiləisi Azərbaycan baha başa gələ bilər. Belə ki, Azərbaycan 3 illiyinə «Eurovision» müsabiqəsində iştitrak hüququndan mərhum edilə bilər.
Bunu Azadliq Radiosuna müsahibə verən Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius dedikləri də təsdiqləyir: «Ermənistan iştirakçılarına səs verən Azərbaycanlıların MTN tərəfindən dindirilməsi haqdakı ittihamları araşdırırlar. Bizim çox aydın sistemimiz var. Qaydaları pozan tərəf cərimə oluna bilər və ya 3 illiyinə müsabiqədə iştitrak hüququndan mərhum edilə bilər. Bizim mətbuatda səslənən şaiyə və ittihamlardan xəbərimiz var. Keçən həftə biz bu məsələni araşdırmağa başlamışıq. Hadisənin texniki tərəfini araşdırmaqla yanaşı Azərbaycandan olan tərəfidaşımıza imkan verməliyik ki, məsələyə aydınlıq gətirsin».

Svante Stockseliusun sözlərinə görə, bir qayda olaraq belə ittihamlar diqqətlə araşdırılır, «Eurovision»un yerli tərəfdaşları ilə ətraflı danışıqlar aparılır və araşdırmanın nəticəsinə uyğun olaraq qərar verilir.

Göründüyü kimi, MTN-nin müdaxiləsi nətiəsində məsələ böyüyür. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov da bu məsələni yoluna qoymaq üçünü aktiv fəaliyyəti başlayıb. Lakin onun müsbət nəticə əldə etməsi bir qədər çətin görünür.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829