Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



PRESS : «Azərsu» ilə «Sumqayıtelektrikşəbəkə» arasındakı borc qalmaqalı Bakı və Sumqayıtı susuz qoya bilər

  Sayta qoyulub: 15:36 03.04.2009 (2217 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

«Azərsu» ilə «Sumqayıtelektrikşəbəkə» arasındakı borc qalmaqalı Bakı və Sumqayıtı susuz qoya bilər

Bakı və Sumqayıt şəhərlərinin susuz qalma təhlükəsi yenidən gündəmə gəlib. Belə ki, əvvəlcədən edilmiş xəbərdarlığa əsasən bu gündən etibarən adı çəkilən şəhərlərin su nasos stansiyalarının elektrik enerjisi kəsilməlidir. Bu zərurət «Azərsu» ilə «Sumqayıtelektrikşəbəkə» arasında yaranan borc qalmaqalı üzündən yaranıb.

«Sumqayıtelektrikşəbəkə» ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Quliyevin sözlərinə görə, «Azərsu» SC-nin son 7 ildə istifadə edilən elektrik enerjisinə görə quruma 47 milyon manat borcu var. Bu məbləğ hələ də ödənilmədiyindən «Azərsu» SC-yə növbəti xəbərdarlıq edilib və bu gün həmin xəbərdarlığa əsasən sonuncu gündür.
Anar Quliyev bu vaxta qədər «Azərsu» SC-nin etdiyi ödənişin 50 faizi keçmədiyini qeyd edib. Yəni sərfiyyatın tam yarısı yığılıb qalmaqdadır. Bu isə öz növbəsində "Sumqayıtelektrik əbəkə" ASC-ni radikal addım atmaq məcburiyyətində qoyur.

«Azərsu» ASC-nin rəsmilərinin isə məsələyə başqa münasibəti var. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmovun sözlərinə görə, əvvəlcədən əldə olunmuş razılığa əsasən ödənişlər edilir. Belə ki, görülən texniki təbirlər nəticəsində «Azərsu» SC ildən-ilə göstərilən su təchizatına görə xidmət səviyyəsini artırdığından, yığım faizi də artır. «Təkcə bu ilin üç ayı ərzində 2 milyon 180 bir min manat ödəniş etmişik. Bu da ümumi borcun 80 faizi deməkdir.
Qalmaqala səbəb olansa «Azərsu» SC-nin debütor borclarıdır ki, bunu da hissələrlə ödəməkdən boyun qaçırmırıq». A. Rüstəmov bildirib ki, problemin mənbəyi həm də əhalinin vaxtlı-vaxtında istifadə etdiyi suya görə pullarını ödəməməsidir.

Xatırladaq ki, «Sumqayıtelektrikşəbəkə» ASC bir neçə ay bundan əvvəl də anoloji tədbirə əl atmışdı. Ancaq sonda hər iki qurum arasındakı sövdələşməyə əsasən müvəqqəti razılığa gəlinmişdi. Həmin vaxt «Azərsu» SC borclarını hissə-hissə ödəməyə razılıq versə də, vədə əməl olunmayıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#PRESS bölümünün son 20 xəbəri:



#PRESS bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031