Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Misir Mərdanov, savadsız məzunlar və qoyun sürüləri

  Sayta qoyulub: 16:43 09.08.2009 (1064 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəhayət, ali məktəblərə qəbul imtahanları başa çatdı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iki gün öncə bəyan etdi ki, bu il ali məktəblərə tələbə qəbulu üçün ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Boş qalan plan yerlərinin ümumi sayı 1554-dür.
Məleykə xanım təəssüflə bildirib ki, bu il cəmi 2 abituriyent maksimum bal toplayıb. Halbuki ötən il bu rəqəm 6 olub. Bu nəticədən çıxış etsək, təxminən belə qənaətə gələ bilərik: ötən bir ildə Azərbaycanda təhsilin səviyyəsi üç dəfə geriləyib. Üstəlik, nəzərə almaq lazımdır ki, bu il tələbə adını qazanmış 27476 nəfər gəncin heç də hamısı bu adı daşımağa layiq deyil. Onları qazandıqları bilik deyil, TQDK-nın keçid balının aşağı salınması ilə bağlı qəbul etdiyi səhv qərar tələbə adına qovuşdurub.

Deyəsən, rəqəmlərlə sizi çox yordum. Təəssüf ki, bu statistikanın arxasında Azərbaycanın gələcək faciələri gizlənib. Hər halda unutmamısınız, bu il məzunların təxminən 30 faizi attestat ala bilmədi. Guya ki, qəbul imtahanlarında iştirak edənlər Misir Mərdanovun "süzgəcindən" keçənlər idi. Onların da yarısından çoxu valideynlərinin yanına üzüqara qayıtdı.
Sizi bilmirəm, amma bu nəticə məni zərrə qədər də təəccübləndirmədi. 2008-2009-cu tədris ilində təhsil sisteminin bərbad vəziyyətdə olması ilə bağlı beş-altı məqalə yazmışam. Axırıncı yazının adı isə dəqiq yadımdadır: "Misir Mərdanov üçün 5 manat". Bu məqalədə növbəti dəfə təhsil sistemindəki rüşvətxorluqdan söz açmışdım. Əgər neft və milyonlar səltənətində məktəbi təmir etdirmək üçün 6 yaşlı uşaqdan beş manat rüşvət tələb edirlərsə, həmin ölkədə normal təhsil ola bilməz. Misir Mərdanov artıq uzun illərdi ki, Azərbaycan təhsilini rüşvətin girdabında boğur. Əgər bu adam kreslosunu bir-iki il də qoruya bilsə, Azərbaycanda təhsil anlayışı yerli-dibli yoxa çıxacaq.
Bədbəxtçilik odur ki, Azərbaycanda təhsil sistemindəki rüşvətxorluq tədris ili başlamazdan əvvəl start götürür. Bu ölkədə uşağın adını məktəbə rüşvətlə yazdırırlar. Əgər pulun olmasa, direktor nəinki sənin, hətta həyatda ilk addımlarını atan 6 yaşlı övladının da üzünə baxmır. Borc-xərc edib, uşağını birinci sinfə qəbul etdirən valideyndən bu dəfə övladının səhər növbəsində oxuması üçün rüşvət tələb edirlər. Üstəlik, adama elə minnət qoyurlar ki, sanki sənin dədənin-babanın Misir Mərdanova borcu varmış.
Təhsil ili rüşvətlə başladığı kimi, rüşvətlə də başa çatır. Evinə ildə bir süpürgə alan valideyn 9 ayda məktəbə 4 süpürgə, 3 zibil qabı, 10 metr pərdə, 8 qutu boya, 2 qutu emulsiya, 1 divar saatı, yarım kisə də tabaşir almalı olur. Bütün bayramlarda xonçalar bağlanır, yumurtalar boyanır. Müəllimlərin ad günlərində, təqvimə qırmızı hərflərlə həkk olunmuş tarixlərdə isə nağd pul toplanır. Bu proses gərgin zəhmət və xeyli vaxt tələb etdiyi üçün müəllimlərin də, valideynlərin də şagirdlərin dərsləri ilə maraqlanmağa vaxtı qalmır.
Bir neçə gündür ki, mətbuatda bu il abituriyentlərin zəif nəticə göstərməsinin səbəbləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Halbuki bunun çox sadə səbəbi var: təhsil nazirinin beş manat üçün şagirdlərə əl açdığı ölkədə orta məktəb məzunu ancaq qoyun otarmağa layiqdir...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829