Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Azərbaycanın «Avroviziya» təmsilçiləri ilə bağlı şok xəbər

  Sayta qoyulub: 19:32 02.04.2009 (1678 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın «Avroviziya» təmsilçiləri ilə bağlı şok xəbər

Azərbaycanı may ayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək «Avroviziya» müsabiqəsində təmsil edəcək gənc müğənni Aysel Teymurzadə ilə bağlı ilginc şayiələr yayılıb. Deyilənlərə görə, klip çəkilişlərindən sonra yarışmada oxuyacağı mahnının bəstəçisi və eyni zamanda duet ortağı olan Araşla birgə Rusiyaya konsert verməyə səfər edən Aysel həmkarının avtomobilini idarə edərkən qəza vəziyyətinin yaranmasına səbəb olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) məlumat verən şəxsin sözlərinə görə, müğənninin özü ciddi xəsarət almasa da, sürdüyü avtomobil və toqquşduğu digər maşın əzilib. Araş isə ikiqat zərərə düşüb – həm hər iki avtomobilin təmir xərcinə, həm də yol polisi tərəfindən öz maşınını sürücülük vəsiqəsi olmayan şəxsə etibar etməsi səbəbindən cərimələndiyi üçün. Qəzəbini cilovlaya bilməyən dünya şöhrətli ulduz müğənnicik Aysellə tərəf müqabili olmaqdan imtina edib. Bu səbəbdən də yerli təşkilat komitəsi müsabiqəyə Ayselin əvəzinə estradamızda öz güclü səsi ilə seçilən Samirəni yollamaq qərarına gəlib. Bu isə zəif süjetə malik klipin də yenidən çəkilməsi deməkdir. Təbii ki, yeni mahnıdan söz gedə bilməz, belə ki, müsabiqənin mahnıları artıq baş təşkilat komitəsi tərəfindən təsdiqlənib...

Deyilənlərin nə dərəcədə həqiqətəuyğrun olduğu müəyyənləşdirmək üçün «Avroviziya»nın yerli təşkilat komitəsinin mətbuat katibi Leyla Əliyeva ilə əlaqə saxladıq. O, bu haqda heç nə eşitmədiyini bildirdi. Müsabiqənin yerli nümayəndə heyətinin rəhbəri Adil Kərimli isə deyilənləri təkzib edərək bunun Azərbayanın əleyhinə işləyən qüvvələr tərəfindən ortaya atıldığını söylədi.

Əlbəttə, baş verənlərin həqiqət olmasını biz də istəməzdik. Lakin Azərbaycanda bu yarışma ilə bağlı bütün məqamların sirr kimi saxlanılmasını nəzərə alsaq, yayılan söz-söhbətin faktiki əsasının ola bilmə ehtimalını da nəzərə almalıyıq. Xatırladaq ki, yarışmanın ötən ilki təmsilçilərimiz – Elnur və Samirin xaricdəki «sərgüzəştləri» də ciddi-cəhdlə gizlədilirdi.

Bu barədə bizi bilgiləndirən şəxs artıq bütün hazırlıq işlərinin başa çatdığını və kifayət qədər vəsait xərcləndiyini nəzərə alaraq baş verənlərin ört-basdır edilmə ehtimalının da olduğunu vurğuladı.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829