Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : «Artuş və Zaur»a qadağa qoyuldu

  Sayta qoyulub: 16:48 10.03.2009 (1690 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

«Artuş və Zaur»a qadağa qoyuldu

Kitab mağazasının direktoru polis şöbəsinə çağrıldı
Yazıçı Əli Əkbərin (Ələkbər Əliyev) kitablarının satışına qadağa qoyulub. Bu barədə «Azadlıq» radiosuna onun özü məlumat verib.
Onun dediyinə görə, kitablarının satıldığı «Əli və Nino» kitab mağazalarının sahibi Səbail Rayon Polis İdarəsinə çağırılıb və ondan Əli Əkbərin kitablarını satışdan yığışdırmaq tələb olunub.
Polis yazıçının martın 11-də «Əli və Nino» kitab mağazasında oxucuları ilə planlaşdırılan görüşünün təşkilinə də qadağa qoyub. «Əli və Nino» kitab mağazalarının sahibi Nigar Köçərli məlumatı inkar etməsə də, bu barədə danışmaqdan imtina edib.

Səbail Rayon Polis İdarəsi də məlumat vermək istəməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə polisin kitablarla mübarizə aparmadığını bildirib.

Əli Əkbər isə deyir ki, kitablarına qadağa onun «Artuş və Zaur» əsəri ilə bağlıdır. «İllərdir mənim digər kitablarım həmin mağazalarda satışdadır, amma heç vaxt belə problem ortaya çıxmayıb. Belə söhbətlər «Artuş və Zaur»dan sonra ortaya çıxıb».

O deyir ki, polis konkret kitab adı çəkməyib, sadəcə bildirib ki, sözügedən mağazalarda mənim prezident İlham Əliyevin əleyhinə kitabım satılır.

Əli Əkbərin «Artuş və Zaur» romanı azərbaycanlı və erməni gəncin Tbilisidə homoseksual əlaqəsindən bəhs edir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829