«Bu cür mədəniyyəti olmayan, mənəvi cəhətdən kasad insanlarla adımın bir yerdə hallanmasını istəmirəm. Mehrimin də, Cavanşirin də kim olduğunu hamı yaxşı bilir». Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Pişik Günel adı ilə tanınan gənc müğənni həmkarı Mehrimin onun ünvanına səsləndirdiyi ittihamları cavablandırarkən deyib.
Qeyd edək ki, Mehrim Lent.az-a açıqlamasında Günelin vaxtiylə evdən qovulduğunu, küçələrdə qaldığını, kiminləsə tanış olub gecələdiyini bildirib. Bu barədə MİA-ya açıqlama verən Günel xanım deyilənlərin hamısının ağ yalan olduğunu vurğulayıb: «Mehrim, Cavanşir kimdir ki, mənim ünvanıma bu cür şər-böhtan danışırlar? Mən Mehrimi alverçi kimi tanımışam. Türkiyədən mal gətirirdi, başqa nə işlər görürdü, onu deyə bilmərəm. Mənim də yaxın dostum var idi, hansı ki, Mehrimin sevgilisinin dostudur. Dostum dedi ki, sən müğənnisən onun üçün bir-iki müştəri gətir. O zaman Mehrimi heç kim tanımırdı. Elə oldu ki, mən bunlara getdim. Bir neçə müğənni dostlarımla da tanış elədim. Sonra aramızda səmiyyət yarandı. Mən toylara gedəndə Mehrim disklərimi daşıyırdı. Çox müğənnilər onu mənim prodüserim kimi tanıyırdılar».
Gənc müğənni Mehrimin onu əxlaqsızlıqda suçlamasına da münasibət bildirib: «Bu insanın tərbiyyəsi yoxdur. O murdar-murdar fikirlər səsləndirir. Özündə olan xüsusiyyətləri mənim ünvanıma səsləndirir. Əslində istəməzdim ki, belə bir əqidəsiz insanla mənim adım halansın. Ömür boyu polis bölmələrində o olub, ürəyi gedib. Sevgililəri tərəfindən o döyülüb. Əgər o belə şeylər deyirsə, mən onu məhkəməyə verəcəyəm. Elə zamanda yaşayırıq ki, hamı kiməsə ləkə yaxıb şərəf və ləyaqətinə toxuna bilər. Amma bunun arxasında durmaq çətindir. Özü də qadınsan, ayıbdır, yaşından, başından utan, iki övladı var. Sonra deyir ki, guya Təranənin ad günündə nəsə olub. Birincisi mən heç kimi oriyentasiyası barədə nəsə deməmişəm. Bir də ki, əgər kimsə üzdəniraqdırsa, mənim adımı özüylə hallandırmasın. Bu sözə görə adamı bilirsən, neyniyərlər? Sonda onu deyim ki, mənə şər-böhtan atdıqlarına görə mən onlarla başqa cür danışacam, yəni məhkəməyə verəcəm. Mehrim, sən kimsən ki, mənim ailəmi adını çəkirsən? Sənin qardaşın da narkotik üstündə tutulub. Əvvəl özünə bax, sonra başqasına qara yaxarsan. Yəni deyilənlərin hamısı yalandır. Onlar buna görə cavab verəcəklər».
