Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İDMAN : Boks üzrə “Böyük İpək yolu” beynəlxalq turnirində xoşagəlməz olay

  Sayta qoyulub: 15:10 02.04.2009 (1123 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks üzrə “Böyük İpək yolu” beynəlxalq turnirində xoşagəlməz olay

Bakı İdman Sarayında təşkil olunan boks üzrə “Böyük İpək yolu” beynəlxalq turnirində xoşagəlməz olay baş verib.

Supersport.Az-ın məlumatına görə, 54 kq çəki dərəcəsində keçirilən ¼ final mərhələsində həmvətənimiz Samir Məmmədovla rusiyalı Arturxanovun döyüşü zamanı qalmaqal olub. Boksçumuz hesabda 1:3 geri olarkən, qarşılaşmanın gedişində hakimin Məmmədovun xeyrinə 1 xal verməsi Arturxanovu və onun məşqçisini bərk qəzəbləndirib. Ardınca daha iki xal qazanan Samir ümumi nəticədə 4:3 hesabıyla qalib gəlib. Rusiyalı boksçu isə bundan kəskin narazı qalıb. Qarşılaşma başa çatdıqdan sonra döyüşün hakimi hər iki boksçunu yanına çağırsa da, rusiyalı idmançı rinqin mərkəzinə gəlməkdən imtina edib. Xeyli çək-çevirdən sonra nəhayət rusiyalı daşı ətəyindən töküb. Lakin burada da o, öz əməllərindən geri qalmayıb. Referi Samir Məmmədovun qalib qismində əlini havaya qaldırmamış, rusiyalı öz əlini havaya qaldıraraq, “Mən qalib gəldim, mən” deyərək özünü qalib elan edib. Bununla ürəyi soyumayan Arturxanov rinqi etirazla tərk edib.
Qeyd edək ki, turnirdə 11 çəki dərəcəsində Azərbaycanla yanaşı Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan, Bolqarıstan və digər ölkələrin 99 idmançısı mübarizə aparıb. Bu gün başa çatan yarışda milli komandamız 8 qızıl medal qazanmaqla birinci olub.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İDMAN bölümünün son 20 xəbəri:



#İDMAN bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031