Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Əkrəm Əylislini bağışlamaq olarmı?

  Sayta qoyulub: 17:27 02.08.2009 (1263 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə hakimiyyətinin ömrü cəmi bir il çəkdi. Amma o, 16 ildir bu ölkədə minlərlə adama çörək verməyə davam edir. 16 ildir bu ölkədə adamlar bir illik hakimiyyəti söyməklə mandat qazanır, orden-medal alır, biznes qurur, lüks həyat sürür. Bəli, indiki hakimiyyətin xoşuna gəlmək üçün ən vacib şərtlərdən biri Cəbhə hakimiyyətini söyməkdir. Elçibəyi, onun komandasını nə qədər çox söysən, güzəranın bir o qədər xoş keçər.
Xalq Cümhuriyyəti ilə bağlı da vəziyyət eynidir. Milli Məclisdən tutmuş Fəxri xiyabanadək gedən bütün yollar Rəsulzadədə kəsişir. Məmməd Əmin Azərbaycanda neçə-neçə adamın ulduzunu mövcud hakimiyyətlə barışdırıb. Cümhuriyyət qurucularına bir-iki dəfə "ilişmək" kifayətdir ki, ən azı Nizami Cəfərovdan-zaddan olasan.
Sirus Təbrizlinin son müsahibəsini xatırlayın. Riyakarlığın, çoxüzlülüyün son həddi olan bu müsahibə başdan-ayağa Xalq Cəbhəsinin qabırğasına döşəməkdən ibarətdir. Hiss olunur ki, cənab Təbrizli bir neçə ay əvvəl YAP əleyhinə bəyanatlarından bərk peşimandır. Körpüləri bərpa etmək istəyir. Hiss olunur ki, gələn ilki parlament seçkilərinə hazırlaşır. Hakimiyyətlə barışıb, deputat mandatı qazanmaq arzusundadır. Çıxış yolunu isə Cəbhə hakimiyyətini söyməkdə görür. Sirus və onun kimilərinin halına acımamaq mümkün deyil. Karyera, vəzifə hərisliyi belələrini hətta tariximizin ən şanlı səhifələrini də qaralamaq məcburiyyətində qoyur. "Yazıqlar olsun!" deyirəm, başqa heç nə demirəm.
Sirus Təbrizli ilə müqayisədə Əkrəm Əylislini anlamaq çətindir. Cənab Əylisli illər boyu mövqeyini bir sağa, bir sola sürüşdürməklə hər şey əldə edib. Hətta iş o yerə çatdı ki, hakimiyyət son parlament seçkisində ən sevimli ziyalısı olan Anarı belə, Əkrəm müəllimin ayağına verməkdən çəkinmədi. Bir sözlə, Əkrəm Əylisli YAP hakimiyyətindən nə qədər xeyir götürmək mümkün idisə, götürdü. Bəs indi onu "Azadlıq" radiosuna müsahibə verib, Rəsulzadəni aşağılamağa məcbur edən nədir? Deputat mandatı - almısan. "Şöhrət" ordeni - almısan. Prezident təqaüdü - almısan. Hakimiyyətdən qopara bilmədiyin başqa nə qalıb ki, Rəsulzadənin üstünə düşmüsən? Bu suala cavab verməyə çətinlik çəkirəm.
Amma bir şey dəqiqdir. Sirusundan Əkrəminə, Ќizami Cəfərovundan Vaqif Səmədoğlusunadək, kimin nə deməsindən, nə qaralar, nə ləkələr yaxmasından asılı olmayaraq, Cümhuriyyət dövrünü, Cəbhə hakimiyyətini tarixdən və könüllərdən silmək, gözdən salmaq mümkünsüzdür. Həqiqət müqayisələrdə ortaya çıxır. Yalnız rus qoşunlarının Azərbaycandan çıxarılmasına görə Elçibəyə və komandasına bu xalq qiyamətədək minnətdar olmalıdır. Gözümüzün qabağında Gürcüstan, Ukrayna örnəkləri var. Hər dəfə rus ordusunu öz ərazisindən çıxarmaq istəyəndə, onların başına hansı it oyunu gətirilir, hamımız şahidik. Sirusun, Əkrəmin bəyənmədiyi Cəbhə hakimiyyəti isə Azərbaycan üçün bu problemi 15 il əvvəl həll etdi. Bunu görməmək, qiymətləndirməmək, yumşaq desəm, insafsızlıqdır. Cəbhə hakimiyyəti bu xalqa rüşvətsiz təhsili dadızdırdı. Azad sözü dadızdırdı. Bu gün biz o dəyərlər uğrunda mübarizə aparırıq ki, 15 il əvvəl Azərbaycanda xəyal deyildi. Gerçəklik də deyildi, amma gerçəkliyə çox yaxın idi.
YAP gəldi, neylədi? Demokratiyanı, ədaləti, qanunçuluğu bizim üçün əlçatmaz, ünyetməz bir şeyə çevirdi. Cənablar, indi sizin belə bir rejimdən yenə də hansısa umacağınız, təmənnanız varsa, tarixi öz çirkin niyyətlərinizə alət etməyin. Xalq Cümhuriyyətinə, Cəbhə hakimiyyətinə ləkə yaxmaq sizin həddiniz belə deyil. Bunu unutmayın. Və həqiqəti şəxsi mənafeyinizə, merkantil maraqlarınıza qurban verəndə bir az ehtiyatlı olun. Günahlarınızın bağışlanması üçün əl yeri qoyun. Ќə biləsən, bəlkə doğrudan da, sizi bağışlamaq mümkün oldu?

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829