Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Pulun müdafiəçiləri

  Sayta qoyulub: 17:07 02.08.2009 (626 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

2005-ci ildə müxalifətin keçirdiyi icazəsiz aksiyaların birində üç-dörd gənci həbs edib, döyə-döyə 22-ci Polis Bölməsinə aparırlar. Təxminən yarım saat sonra tanınmış hüquq müdafiəçilərindən biri yırğalana-yırğalana həmin bölməyə gəlir. Özünü insan hüquq və azadlıqlarının əzabkeş müdafiəçisi kimi təqdim edən bu xanım giriş qapısının ağzında bölmə rəisi ilə qarşılaşır. Rəislə köhnə tanışlar kimi görüşüb hal-əhval tutan hüquq müdafiəçisinin dediyi ilk söz bu olur: "Deyəsən, bizim qoduqlar yenə qələt eləyiblər". Rəisin cavabı isə daha maraqlı olur: "Bir az gözlərini qorxudub buraxacağıq".
Bu hadisənin şahidi olan həmkarım danışır ki, həmin xanım yarım saat rəisin otağında çay içib, zarafat edəndən sonra maşınına əyləşib evinin yolunu tutdu. Saxlanılan gəncləri isə bir-iki saat sonra azad etdilər. Ertəsi gün müxalifət qəzetlərinin hamısında həmin hüquq müdafiəçisinin "qəhrəmanlığından" bəhs edən palaz-palaz yazılar dərc olundu.
Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin böyük əksəriyyətinin maskası artıq yırtılıb. Məhbəs həyatı ilə bir neçə ay əvvəl vidalaşan şair Mirzə Sakit başda Çingiz Qənizadə olmaqla özlərini hüquq müdafiəçisi adlandıran bu adamların hansı əməllərin sahibi olduğunu cəmiyyətə açıqladı. Keçmiş məhbus Fərəməz Novruzoğlu da bir müddət əvvəl analoji bəyanatla çıxış etdi. Fərəməz bəyin ittihamları o qədər sərt oldu ki, Çingiz Qənizadə və Elçin Behbudov üzərlərinə götürdükləri missiyanın mahiyyətinə məhəl qoymayaraq, onu məhkəməyə verdilər.
Azərbaycanda bağça uşağı da bilir ki, əksər hüquq müdafiəçiləri kömək üçün onlara müraciət edən yetim-yesirin şikayət ərizələrinə pul dağarcığı kimi baxırlar. Heç kimə sirr deyil ki, vicdanını çoxdan pula satmış bəzi "hüquq müdafiəçiləri" onlardan kömək diləyən imkansız məhbusların müraciətlərini rəislərin otağındakı zibil qutularını atıb, bayıra çıxırlar. Təəssüf ki, həbsdə olan jurnalistlər də çox vaxt ögey münasibətlə üzləşirlər. Hətta "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev öz narazılığını dəfələrlə açıq şəkildə bildirib. Eynulla bəy bir ay öncə belə demişdi: "Hüquq müdafiəçilərinin kimi müdafiə etdikləri mənə aydın deyil".
Yəqin razılaşarsınız ki, ən prinsipial hüquq müdafiəçilərindən biri Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğludur. Hər halda mən, bu günə kimi Novella xanımın adının hansısa rüşvət qalmaqalında hallandığının şahidi olmamışam. Novella xanım həmkarlarından həm də jurnalistlərlə dost olması ilə fərqlənir. "Yeni Müsavat" qəzeti bir neçə gün əvvəl həbsdə olan gənc fəallarla bağlı məlum iddialarla çıxış edəndə Novella xanım Media Mərkəzində əlini masaya çırpıb belə dedi: "Bundan sonra heç bir jurnalisti müdafiə etməyəcəyəm". Amma incik nəzərlərlə ona baxdığımı görəndə sözlərini bir qədər yumşaltdı: "Bu qərarım yaxşı jurnalistlərə aid deyil".
Hər gün Azərbaycan həbsxanalarında yüzlərlə məhbusun hüququ pozulur. Amma mən görməmişəm ki, hüquq müdafiəçiləri hansısa kasıb məhbusun problemlərini ictimailəşdirsin. Bizim hüquq müdafiəçiləri həbsxana həyatı yaşamağa məhkum edilmiş fəqir-füqəra haqda ancaq onlar öləndən sonra xəbər tuturlar. Amma sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi şəraiti nisbətən pis olan ümumi kameraya köçürəndə elə haray-həşir salırlar ki, sədası Avropa Şurasına çatır. Yəqin bunu xatırlatmaq artıqdır ki, Fərhad Əliyevin milyonlarından onlara da pay düşür. Buna görə də Fərhad Əliyevin hətta dişi ağrıyanda da özlərini gözə soxmaq üçün onun cəzasını çəkdiyi həbsxananın qarşısında növbəyə dayanırlar. Bu adamları sıravi Əlinin, Vəlinin hüquqları deyil, Əli İnsanovun, Fərhad Əliyevin və digər imkanlı məhbusların pulları maraqlandırır. Qısası, bu adamlar insan hüquq və azadlıqlarının deyil, pulun müdafiəçiləridir...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829