(hekayə)
Yaz qapının ağzına gəlib çatmışdı. Quş dimdiyi kimi açılmış tumurjuqlar elə bil ki, Günəşə, istiyə susamışdı. Həyətdə yazın bir parçası- qol-budağı budanmış çinarın yarpaqları göyərməkdə idi. Düz qapının ağzında idi yaz. Amma o, utanajaq qonağı xatırladırdı: sanki qapıdan içəri girməyə üzü gəlmirdi. Bəlkə də üzü gəlirdi, özü istəmirdi; çünki içərinin havası xəfəli və üfunətli idi.. Otağın divarları, illah da həyətdə açılan pənjərələrin köhnə çərçivələri, susuzluqdan yanan torpaq kimi bozarıb qabarmışdı. Ötüb getmiş sərt qışın nəfəsi divarlara elə hopmuşdu ki, yazın günəşli havası qışın xofuna hələ də yaxın düşə bilmirdi…
Otağın həyətə baxan pənjərəsi açıq idi. Torpağa ilk öpüşləri dəyən yaz öz işində idi... Elə otaqdakılar da öz aləminə qapılmışdı. Hərənin stolunun üstündə bir yığın kağız vardı. Kağız təpələrinin arxasına çəkilmiş işçilər, arabir qoynunda üzdükləri mürgü dənizinin dalğalarını yararaq “sahilə” çıxır, başlarını qaldırıb həyətdə göyərən yaza həsrətlə baxırdılar. Onlar şöbə müdirinin addım səsləri gələndə tez özlərini ələ alıb gözlərini vərəqlərə zilləyir, guya nəsə yazır, hesablayır, pozur, sonra isə həmin yazılı-pozulu vərəqləri üst-üstə ipçinləyirdilər.
Müdirin müavini otağın düz kəlləsində- çox kiçik bir stolun arxasında əyləşmişdi. Müavin zahirən nəhəng bir kişi idi. Onun uzun ayaqları kiçik stolun altından xeyli irəli çıxmışdı. Müavinin familiyası da onun özü kimi nəhəng idi- Allahverdibəyov.
Əslində bu idarədə Allahverdibəyovun adını bilməyə ehtiyaj da duyulmurdu. Çünki çox az adam onu öz adı ilə çağırırdı; həmin adamlardan biri də müdir müavini Bəndəlibəyov idi; müdir aradabir tabeçiliyindəki nəhəngin adını öz tabeliyindəki digər işçilərin də yadına salmağı özünə borc bilirdi: «Jibi, gəl mənim kabinetimə, sənə sözüm var». Nəhəng boy-buxununun və nəhəng familiyasının müqabilində adı nədənsə çox jılız təsir bağışlayan Allahverdibəyov öz müdirinin səsini eşidən kimi, qapıya yaxınlaşardı. O, adətən, öz müdirinin otağına qəddi əyilmiş, dizləri qatlanmış, boynu çiyninə doğru çəkilmiş halda daxil olardı. İdarəyə yeni gələn işçilər ilk vaxtlar elə bilirdilər ki, müavin boy-buxunlu olduğu üçün büzüşür; kişi qorxur ki, birdən başı qapıya dəyər. Amma az sonra məlum olurdu ki, bu, boya görə olan məsələ deyil, ayrı bir işdi...
Müavinindən fərqli olaraq, Bəndəlibəyov kiçik boylu, arıq, sısqa bir adam idi. Hər dəfə müdirin qəbuluna düşəndə- belə xoşbəxt anlar isə gündə on dəfələrlə olurdu- qarmon kimi yığılan Allahverdibəyov, bir də yalnız qəbuldan qayıdaraq öz otağına daxil olanda, təzədən “açılıb” əzəlki nəhəng görkəminə qayıdırdı...
Allahverdibəyov hiss edirdi ki, Bəndəlibəyov boy-buxunlu adamlara nifrət edir. Bu hiss tədricən Allahverdibəyovun özünə də sirayət etmişdi. Get-gedə onda da nəhəng olan, iri görünən hər şeyə allergiya yaranmışdı. Elə bu səbəbdən də müavinin kabinetindəki əşyaların hamısı nəzərəçarpacaq dərəcədə kiçik idi. Qələmdandakı qələmlərin hamısı çeçələ barmaq boyda idi. Karandaşları o qədər qəddəyirdi ki, tez-tez əlindən sürüşüb yerə düşürdü. Çəkdiyi siqaretin süzgəjini qoparırdı ki, kiçik görünsün. Allahverdibəyov həyətdə, pənjərənin ağzında bitmiş çinarın başını, qol-budağını hər il bağbana pul verib budadardı ki, bu səbəbdən də nəhəng çinar ağacı, ağacdan daha çox, kiçik kola oxşayırdı. Allahverdibəyov öz müdiri ilə piyada yol gedəndə çalışırdı ki, küçənin çökək yeri ilə, müdiri isə səki ilə getsin: belədə müdir daha əzəmətli görünürdü. Allahverdibəyovun kiçicik maşını da özünün nəhəng boy-buxunu ilə əks-mütənasib idi. Açıq-aşkar görünürdü ki, müavin öz müdirinə öz kicikliyini özünün hər bir rəftar və hərəkəti ilə xatırlatmağa çalışır...
Allahverdıbəyov evi üçün də kiçik həcmli əşyalar almağı xoşlayırdı. Buna görə də keçmiş arvadı onunla tez-tez cəng-cidala çıxirdı. Boy-buxunlu qadın, ərinin miqyas “hissini” itirməsi ilə heç cür razılaşa bilmirdi. Ailə münaqişəsi öz səmərəli nəticəsini verdi: onlar boşandılar və Allahverdibəyov tezliklə təzədən ailə qurdu. O, bu dəfə öz arzusuna və miqyas “idealına” uyğun qadınla- liliputla evləndı. Təzə arvadla razılaşıb özlərinin iri otaqlı mənziliərini kiçik, dar bir otaqla dəyişdilər. Allahverdibəyova elə gəlirdi ki, təmasda olduğu şeylər kiçildikcə, o, müdirinin gözündə böyüyür. O, hətta, özünün də get-gedə balacalaşdığının fərqinə varırdı.
Adətən Bəndəlibəyov, müavini Allahverdibəyova hirslənəndə, o da öz növbəsində müdiri ilə həmrəy olduğunu bilrirmək istəyir, öz işçilərinin üstünə çəmkirməyə daxili bir ehtiyac duyurdu. Belə vaxtlarda o, özü də bilmirdi nədənsə, uşaqlıqda baxdığı bir filmi xatırlayırdı… Filmdə hindu tayfasının başçısı düşmən təhlükəsi və basqı xofu hiss edərkən sifətinə kömürlə əyri-üyrü xətlər çəkirdi. Həmin xətlərin mahiyyətini yaxşı başa düşən tayfa üzvləri də, həmrəylik əlaməti olaraq, öz sifətlərində o jür xətlər jızırdılar. Qalibiyyət anlarında, sevinjli vaxtlarda qəbilə başçışının üzünə çəkilən xətlərin istiqaməti də dəyişirdi; bu, o demək idi ki, hamı şadyanalıq etməlidir. Və belə xoş günlərdə tayfanın bütün sakinləri üz-gözlərini «sevinj xətləri» ilə bəzəyirdilər…
Allahverdibəyovun sifətindəki “xətlər” də bax elə bu cür tez-tez dəyişirdi. Onun az qala bütün fəaliyyətini müdirin ovqatı müəyyən edirdi...
Allahverdibəyov bir dəfə maraqlı bir yuxu gördü. O, gördü ki, yenə yaz vaxtıdır, gül-gülü, bulbül-bülbülü çağırır. Birdən haradansa zühur edən, sifəti yaz havası kimi açılmış Bəndəlibəyov, ona yaxınlaşıb ehtiramla görüşdü. Sonra portfelindən çıxartdığı iri bir gözlüyü müavinə uzatdı; müavin isə öz növbəsində bu nəhəng gözlüyü əlinə alıb o üz- bu üzünə baxdı. Gözlüyün şüşə və sağanaqları da nəhəng idi. O, gözlüyü taxdı.
Qəribə idi: gözlüyün qalın şüşəsinin o üzündəki adam- Bəndəlibəyov birdən elə şişib böyüdü ki, bu nəhəng vüjudun əzəmətli görkəminin xofu Allahverdibəyovu, hətta, yuxuda da basdı. Bəndəlibəyovun enli çiyni sal divar idi ki, dayanmışdı. İndi eynəyin arxasındakı hər şey, hər bir əşya nəhəng görünürdü. Müavinin dizləri əsməyə başladı. Müdir nəhəng kreslonun arxasından qalxıb əlini öz müavininin yaxasına atdı; elə bil ki, bu dəqiqə onu boğajaqdı. Allahverdibəyov qışqırıb geri sıçradı. Gözlük tappıltı ilə yerə düşdü. Bəndəlibəyov qəfil zühur etdiyi kimi, elə qəfildən də harasa qeyb oldu. Allahverdibəyov əyilib gözlüyü götürəndə hiss etdi ki, sınıb ovxalanmış şüşənin altında nəsə vızıldayır. O, diqqət edib gördü ki, ağjaqanad kimi vızıldayan janlı- onun müdiri Bəndəlibəyovdur. Aman allah, müavinin nəhəng görmək istədiyi adam necə də kiçik idi...
Allahverdibəyov tir-tap yerə uzandı...
… Yazsa öz işində idi. Gəlib dayanmışdı düz qapının ağzında; özü də utancaq qonaği xatırladırdı... içəri keçmirdi... Bəlkə də keçərdi, özü istəmirdi. Otaqdan üfunət dolu bir qoxu gəlirdi.