Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Spiker Oqtay Əsədovun general Eldar Mahmudovun ayağına getməsi onu çətin duruma salıb

  Sayta qoyulub: 17:40 31.07.2009 (2433 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  Spiker Oqtay Əsədovun general Eldar Mahmudovun ayağına getməsi onu çətin duruma salıb

Milli Məclisin spikeri Oqtay Əsədovun xidməti avtomobilində Milli Təhlükəsizlik Nazirliyinin binasına gələrək, nazir Eldar Mahmudovu iş otağında ziyarət etməsi iqtidar düşərgəsində birmənalı qarşılanmayıb. Çünki konstitusiyaya əsasən spiker Oqtay Əsədov vəzifə səlahiyyətlərinə görə milli təhlükəsizlik nazirindən üst qatda durur. Buna görə də rəsmi bir tədbir olmadığı halda, ölkənin üçüncü şəxsinin hər hansı bir nazirin kabinetinə getməsi hakimiyyət düşərgəsində rastlaşılan hal deyil.

Müstəqil İnformasiya Agentliyinə verilən xəbərə görə, Milli Məclisin spikeri Oqtay Əsədovun belə bir addım atması da iqtidar düşərgəsində mənfi reaksiya doğurub və dərhal ondan izahat tələb edilib. Məlumata görə, Oqtay Əsədov Milli Təhlükəsizlik Nazirliyinə getməsinin səbəbini general Eldar Mahmudovun 53 yaşının tamam olması ilə əlaqələndirib. O, E.Mahmudovu təbrik etmək məqsədiylə nazirin xidməti otağına qədər getdiyini deyib və hətta həmin vaxt əlindəki çantada hədiyyənin olduğunu da qeyd edib: «Ancaq Azərbaycan reallığında vəzifəcə yüksək olan şəxsin hər hansı bir məmuru ad günü ilə bağlı təbrik etmək üçün onun ayağına getməsi halına rast gəlinməyib. Ən yaxşı halda, yüksək vəzifə tutnan şəxs ad günü məqsədiylə təşkil olunan mərasimdə iştirak etməklə kifayətlənir. Çünki əksi həmin yüksək vəzifəli şəxsə baha başa gələ bilər. Onun üçün də spikerin bu izahı yetərli sayılmayıb. Onun E.Mahmudovla uzun müddət ikilikdə söhbətinin mövzusu da böyük maraq doğurub. Hazırda bununla bağlı iqtidar daxilində müəyyən araşdırmaların aparıldığı da gizlədilmir».

Təəssüf ki, Müstəqil İnformasiya Agentliyi olaraq bizim də adıkeçən şəxslərlə əlaqə saxalayaq, məsələni təfsilatı ilə dəqiqləşdirmək imkanımız yoxdur. Amma bizə informasiya verən mənbənin də ciddiliyinə inanırıq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829