Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Bakının sabiq meri Rafael Allahverdiyevin İsveçrədəki (Möntrödə) evi ətrafında qalmaqal

  Sayta qoyulub: 18:55 27.07.2009 (1731 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının sabiq meri Rafael Allahverdiyevin İsveçrədəki (Möntrödə) evi ətrafında qalmaqal

Sabiq merin erməni qadınından nikahdan kənar qızı olub

Bakının sabiq meri Rafael Allahverdiyevin İsveçirdəki (Möntrödə) evinə sahib olmaq üçün onun yaxınları arasında kəskin mübarizə yaşanır.Artıq Azərbaycan Respublikasının Baş Prokurorunun I müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun 29 iyun 2009-cu il tarixli qərarı ilə bu fakt təsdiqlənib.

Baş Prokurorluq tərəfindən erməni olduğu rəsmən təsdiqlənən və eks merin sərvətini saxta yollarla ələ keçirən Rəna Saakyan haqqında dələduzluq və və sənəd saxtalaşdırılması maddələri üzrə cinayət işi açılıb.

Müstəqil İnformasiya Agentliyi bu barədə «Yeni çağ» qəzetinə əsasən məlumat yayıb.


Azərbaycan Respublikasının Baş Prokurorunun I müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun 29 iyun 2009-cu il tarixli qərarı ilə Azərbaycanda dələduzluqla məşğul olmuş, sənəd saxtalaşdırmış erməni qızı Rəna Saakyan (sonradan saxtalaşdıraraq soyadını Axundova edib) haqqında Cinayət İşinin qaldırılıb.

Qərarda bu qadının erməni əsilli olması bir daha təsdiqlənir: “... Bakı şəhəri, Nərimanov rayon, VVAQ şöbəsinin 26.11.1960-cı il tarixli 3776 N: doğum aktı qeydiyyatında olan 25.02.1960-cı ildə Bakı şəhərində milliyyətcə erməni olan Saakova Mariya Ambarsumovnanın qızı Rəna Saakovanın anadan olması, həmin aktda atası barədə məlumatın olmaması, R.Saakovanın anası M.Saakovanın xahişi nəzərə alənaraq, atasının adının Kamalovna kimi qeyd edilməsi göstərilmişdir”.

Bəs bu Rəna Saakyan kimdir? Əgər 2006-cı ilin Azərbaycan mətbuatını diqqətlə araşdırsaq, görərik ki, bu qadının adı həmin günlərdə də aktiv şəkildə bir çox yerlərdə hallandırılıb və hətta “Hesabat” jurnalı 6 saylı Cəzaçəkmə Müəssisəsində olarkən, açıqlama verən Bakı şəhərinin merinin müavini Eldəniz Lahıcov ABŞ Səfirliyinin yanındakı evlərin pullarının Rəna Saakyanda olduğunu və özünün günahsızlığını bəyan etmişdi. Ancaq mərhum mer Rafael Allahverdiyevin humanistliyindən və səmimiliyindən istifadə edərək, “yuxarılar”a yol tapan Rəna Saakyan özünü qoruya bildi və haqqındakı ciddi ittihamlara diqqət yetirən olmadı. Daha sonra özündən 17 yaş kiçik olan yeni həyat yoldaşı ermənilərin xeyrinə hərəkət edib, Azərbaycana xəyanət etməklə suçlandı və bu gündə həmin ağır maddələrə görə, yatmaqdadır.

Rəna Saakyan həm də qızı Leyla Allahverdiyevanı təmsilən Rafael Allahverdiyevin bütün obyektlərinin varisidir. Ancaq Baş Prokurorunun I müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun 29 iyun 2009-cu il tarixli qərarında müəyyən edilib ki, “...Material üzrə müəyyən edilib ki, R.Saakyanın qızının adı şəxsiyyət vəsiqəsində Allahverdiyeva Leyla Rafael qızı kimi göstərilsə də, Bakı şəhəri, Nərimanov VVAQ şöbəsində nikahın bağlanması haqqında 25.03.1985-ci il tarixli, 382 N: qeyddə Mustafayev Mirzə Abbasoviç və Saakyan Rəna Kamalvona arasında nikahın bağlanması və Nərimanov VVAQ şöbəsinin 06.06.1988-ci il tarixli 1238 N: doğum haqqında qeydində Mustafayev Leyla Mirzə qızının 19.04.1988-ci ildə anadan olması və atasının Mustafayev Mirzə Abbasoviç, anasının isə Saakyan Rəna Kamalvona olduğu göstərilmişdir”.

Yəni, atası rəsmi sənədlərə görə bəlli olmayan və anasının xahişi ilə Kamalovna kimi qeyd edilən erməni qızı Mirzə Mustafayevlə nikahda olduğu zaman dünyaya gələn qızı Leylanın sabiq merin varisi olmasını təmin etmək üçün Allahverdiyevin inamından sui-istifadə edib. R.Saakyan Allahverdiyevlərin bütün mirasına sahib olub. Özünü haqlı çıxarmaq üçün isə qızını irəli çıxararaq, varisin anası olduğunu iddia edir. Ancaq Baş Prokurorunun I müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun imzaladığı qərarda R.Saakyanın mühüm dövlət sənədlərində saxtakarlıq apardığı da əksini tapıb və qərara alınıb ki, “Beləliklə, toplanmış material üzrə qeyd olunan faktların istintaq yolu ilə araşdırılıb hüquqi qiymət verilməsi, ekspertizalardan keçirilməsi, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin, Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsi tərəfindən təqdim edilən sənədlərdə R.Saakyan və L.Allahverdiyevanın anket məlumatları arasında uyğunsuzluq olduğundan sənədlərin R.Saakyan tərəfindən saxtalaşdırılması faktının istintaq hərəkətləri keçirilməklə yoxlanılması və təqsirkar şəxslərin məsuliyyət məsələsinin həll edilməsi üçün fakta görə, Azərbaycan Respublikası CM-nin 320.2 və 322-ci maddələri ilə cinayət işi başlanmalı və istintaqın aparılması DİN-in Baş İstintaq və Təhqiqat idarəsinə həvalə edilməlidir”.


İstintaq materiallarından da göründüyü kimi Rəna Saakova-Axundova öz qızını Allahverdiyevin qızı kimi təqdim edərək, merin varisliyinə iddia etmək üçün sənəd saxtakarlığına belə gedib. Bəlkə də, R.Saakyan bu yalana sabiq meri inandırmaq üçün müxtəlif yalanlara baş vurub ki, eks-mer başqasının qızına atalıq etməyə razılıq verib.

Rəna Saakova-Axundova sabiq merin Avropada- Möntrödəki (İsveçrənin ən bahalı və gözəl kurort şəhəri) malikanəsində da sahib çıxıb və bu gün də istədiyi kimi yaşamaqdadır.


Bakının sabiq meri Rafael Allahverdiyevin İsveçrədəki (Möntrödə) evi ətrafında qalmaqal


Bakının sabiq meri Rafael Allahverdiyevin İsveçrədəki (Möntrödə) evi ətrafında qalmaqal

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829