Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Prezident yanında QHT-lərə Dəstək Şurasına bazarlıq təklif olunur

  Sayta qoyulub: 14:26 01.04.2009 (1565 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

 Prezident yanında QHT-lərə Dəstək Şurasına bazarlıq təklif olunur

Son günlər Şuraya qarşı aparılan təbliğatın arxasında bəzi deputatların dayandığı bildirilir

Prezident yanında QHT-lərə Dəstək Şurasının elan etdiyi müsabiqə yekunlaşmaq üzrədir. Ancaq yekun nəticələr hələ elan edilməmiş qalmaqal başlanıb. Bəzi QHT-lər ehtiyat variant kimi müsabiqənin qeyri-şəffaf keçirilməsi, ayrılan vəsaitin hakimiyyətə yaxın təşkilatlar arasında bölüşdürülməsi, bəzi QHT-lərlə bazarlaşmalar barədə məlumat yayırlar.

QHT sektorundakı adının çəkilməsini istəməyən üzvlərdən biri Müstəqil İnformasiya Agentliyinə (MİA) verdiyi məlumata görə, bu müsabiqədən keçməyəcəyindən ehtiyatlanan QHT-lərin şuranı şantaj etməsi cəhdidir. Onlar bu yolla Şuranın yekun qərarına təsir etmək, az da olsa, vəsait almaq istəyirlər.

Müsahibimiz bildirir ki, bu QHT-lər indiyə qədər özünü təsdiq etməyən təşkilatlardır. Hansı ki, onların layihələrinə xarici donorlar həmişə rədd cavabı veriblər. Problemin aktuallığını əsaslandıra bilməyən və lahyihəsində çoxlu qüsurlar olan bu təşkilatlar qeyri-rəsmi yollarla layihələrinə dəstək almaq istəyirlər. Bu məqsədlə şuranın ayrı-ayrı üzvlərinə “bazarlıq” təklif edilib, ancaq rədd cavabı aldıqlarından bu yolu seçiblər: “Şurada layihələrin qiymətləndirilməsi ideallıqdan uzaq olsa da, özünü təsdiq etmiş QHT-lər üçün heç bir problem yaradılmır. Hətta siyasi mənsubiyyət belə onlara qırmızı işıq yandırmır. Məsələn, ötən layihədə müxalifət partiyalarının üzvlərindən olan Qubad İbadoğlu, Novella Cəfəroğlu, İlqar Hüseynli, Məlahət Mürşüdlü və başqalarının layihəsi dəstəklənib. Eyni zamanda özünü təsdiq etmiş müstəqil QHT rəhbərlərindən Etibar Əliyevin, Osman Gündüzün, Vahid Qazının, Mehriban Zeynalovanın, Yaşar Səfərlinin, Eyyub Hüseynov, Yadigar Məmmədli və başqalrının layihələri maliyyələşdirilib. Bu baxımdan təcrübəli QHT-lər üçün heç bir problem yoxdur”.

Sonda müsahibimiz onu da bildirir ki, narazılar əsasən bəzi deputat və məmurların himayəsində olan QHT-lərdir. Hansı ki, onlar qranta ictimai vəsait kimi yox, yardım kimi baxırlar.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829