Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Özünüifşa

  Sayta qoyulub: 16:52 26.07.2009 (807 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dahiliyə, prezidentliyə, qəhrəmanlığa, ağsaqqallığa, daha nə bilim nəyə iddialı olan adamları yaxından tanımaq üçün onların çıxışlarını diqqətlə dinləmək, müsahibələrini dörd gözlə oxumaq kifayətdir. Onlar ilk baxışda diqqəti cəlb etməyən o qədər alabəzək "quş"lar buraxır, özlərini o qədər tez-tez təkzib edirlər ki, bir də belələrinin iç üzü barədə uzun-uzadı araşdırma aparıb, ortaya hansısa fakt qoymağa ehtiyac qalmır. Fakt onların öz dilində gizlənib. Danışsınlar, yazsınlar, kim olduqları dərhal bilinəcək.
Məsələn, bizdə Rüstəm Behrudi adlı bir şair var. Ќazirlərə, icra başçılarına açıq mətnlə tərifli şeirlər yazır, hakimiyyəti tənqid etməyə gəlincə, simvollara keçir. Ən böyük arzusu həm hakimiyyətlə körpüləri yandırmayıb, bunun sayəsində öz taxta-şalban biznesini daha da çiçəkləndirmək, həm də tarixə saraya satılmayan, qəhrəman şair kimi düşməkdir. Bir sözlə, nə yardan doyur, nə əldən qoyur. Uzağa getməyək, Behrudinin ölkənin taleyüklü problemlərinə münasibətinin nə qədər saxta olduğunun əyani göstəricisi burnumuzun ucundadır. Rüstəm müəllim bir şeir yazıb, adı "Halım məmləkətin halı". Hətta deyəsən, bu adda kitab da buraxıb. Əgər bir adamın biznesi, komfort həyatı, özünə qismət, ətək-ətək pulu varsa, məmləkət də soyulmuş, talanmış, yoxsul, səfil kökdədirsə, həmin adam hansı üzlə "Halım məmləkətin halı" yaza bilər? Bu qədər saxtalıq olarmı? Sən kef-damaq içində yaşa, məmləkət acından günorta dursun, sonra da abır-həya eləmədən götürüb "Halım məmləkətin halı" yaz. Deməyə söz tapmıram.
Yaxud Əkrəm Əylisli. Keçən günlərdə "Mediaforum" saytına müsahibə verib. Müsahibənin bir yerində Əkrəm müəllim deyir: "İlham Əliyev hakimiyyəti vermirsə, gərək İsa Qəmbər özü onu alsın". Az sonra jurnalist yazıçı-deputatdan ölkənin problemlərini Milli Məclisdə dilə gətirməməsinin səbəbini soruşanda isə belə cavab verir: "Parlamentdə mənə söz verirlər ki?". Ziddiyyəti, təzadı gördünüzmü? Adam özü Allahın Oqtay Əsədovundan danışmaq üçün söz ala bilmir, amma İsa Qəmbərə hakimiyyəti almaq üçün məsləhətlər verir. Özünütəkzibin, həm də özünüifşanın bundan gözəl nümunəsi ağlıma gəlmir.
Birini də AYB sədri Anar Rzayevdən deyək. Keçən ilin sonlarında ömürlük prezidentliklə bağlı referendum təyin ediləndə qəzetlərdən biri ziyalı mövqeyi öyrənmək üçün Anar müəllimə zəng eləmişdi. Anar müəllimsə "indi vaxtım yoxdur, Yeni ildən sonra zəng vurarsınız, danışarıq",- söyləmişdi. O vaxt bu barədə yazıb, AYB sədrinin qabırğasına o ki var döşəmişdim. Sonradan oxucuların biri elektron poçtuma maraqlı bir məktub göndərdi. Sən demə, Yeni il axşamı telekanalların birində yoldaş Rzayev düz yarımsaat xalqımıza bayram nitqi irad eləyib. Buyurun, bu da sizə Anar! Bu da sizə ziyalı! Ölkənin taleyüklü məsələsi barədə iki kəlmə danışmağa vaxt tapmır, amma gedib Şaxta babanın şəninə yarım saat tost deyə bilir. Təkcə bu özünüifşa hələ də Anarın sağına-soluna keçib, ona "teloxranitel"lik eləyənlərə dərs olsun. Allah xətrinə deyin, AYB sədrinin əsl xislətini bundan aydın daha necə göstərmək mümkündür?
Belə özünüifşaların sayını sonsuzadək uzada bilərdim. Amma nə ehtiyac var? Artıq hər şey sizə aydın oldu. İmkan vermək lazımdır üzünə yalançı vətənpərvərlik, millətsevərlik, qəhrəmanlıq maskası taxıb, arxada karyera, komfort uğrunda min cür oyundan çıxanlar danışmağa, yazmağa davam etsinlər. Onlar yazdıqca, danışdıqca daha çox özlərini ifşa edir, daha çox gözdən düşürlər. Hansı ki, biz belələrinə qarşı haracan desəniz sərt, amansız yazılar yazsaq da, onları bu qədər ifşa edə, gözdən sala bilməzdik.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829