Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Uzun, incə bir yol

  Sayta qoyulub: 11:58 25.07.2009 (1384 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən həyatı dərk etmək, başa düşmək istəyirəm, lakin bunun əvəzində kitabların qalın cildləri arasında qaçıb gizlənirəm. Burada da özünəməxsus bir faciə var. D.F.


Gənc və prespektivli bəstəkar Firudin Allahverdi ilə Cavanşir Quliyevin anasının yas məclisinə getmişdik. Getmişdik deyəndə, biz Qaxda dincəlirdik, xəbəri eşidib, üz tutduq Şəkiyə. Məclisdə sovet hökuməti mövzusunda Cavanşir bəylə bərk mübahisə etdik. Sonra mübahisənin mövzusu dəyişdi. Mən başladım həkimləri və müəllimləri tənqid etməyə ki, həkimlər və müəllimlər seçki saxtakarlığında ən çox canfəşanlıq edən təbəqədir.
Mənimlə üzbəüz bir kişi oturmuşdu. Köynəyini sonuncu düyməsinə qədər bağlamışdı. Başında kepka vardı. Əsl zəhmət adamına oxşayırdı. Sakitcə bizə qulaq asan kişi qəfil mənə sual verdi:
- Adil Qeybullanı tanıyırsan?.
- "Hə" cavabı verdim.
Kişi növbəti cümləsini dedi:
- Mən onun atasıyam.
Mübahisə kəsildi.
Çox az hallarda ata oğlunun adını belə qürurla çəkir.
Hələ o vaxt Adil Qeybulla Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov haqqında tərif dolu məqaləsini yazmamışdı. Yazsaydı, mübahisə kəsilməzdi. Hələ o vaxt Əhliman Əmiraslanov haqqında Aygün Bəylər "həkim Əhliman" mahnısını oxumamışdı. Tibb Universitetində tələbələr 60-cı illərdə dərc olunmuş kitablardan imtahan verirlər, Adil Qeybulla isə yazdığı məqalədə az qala Əhliman Əmiraslanovu Sartr səviyyəsinə qaldırmışdı.
Proses uzun çəkdi. Çox adamlar yolundan azdı. Kimisi pulla azdı, kimisi yoruldu, kimisi Şahvələd Çobanoğlunun təbirincə desəm, danışa-danışa susmaqdadır. Onlar azır, beş-altı yazar lənət dolu yazılar qaralayır.
Yol müqəddəsdir. Ona görə adamların bütün xarakteri yolda ortaya çıxır. Bazar günüdür. Aqşindən yol haqda bir şeir vermək savab olar.

Çıxıb gedəcəm Praqaya
Yol özü də bir vətəndir
Qürbətdə yaşayan quşun
Yuvası öz tükündəndir

Bəlkə də 2003-cü ildə hakimiyyət dəyişikliyi baş tutsaydı, gözümüz önündə bu qədər adam yolundan azmazdı. Onlar aldıqlarını rahat yeyə bilmirlər, yazarların əsəbi pozulur. Azanların gözü köşələrdədir. Adlarını axtarırlar. Hər cümlə onlar üçün bir bardaq zəhərdir.
Adamlar getdikcə azalır. Yol getdikcə daralır. Amma bununla belə, hakimiyyət nə qədər pul xərcləyib, əlində olan bütün imkanları səfərbər etsə də, "cib müxalifəti" yetişdirə bilmir. Yenə də oxunan, sayılan yazarlar demokratik düşərgəyə sadiqdirlər. Bu, yolun düzgün olduğunu göstərir. Yolun müqəddəsliyini dərk etdikdə, daha da inad edirsən. Yorulanda köməkçi vasitələrdən istifadə etmək olar. Məsələn, ədəbiyyat sizə kömək edə bilər.
Ostrovskinin "Polad necə bərkidi", Voyniçin "Ovod", Cek Londonun "Martin İden" əsərləri sizin yorulan ayaqlarınıza güc verəcək. "Həyat eşqi" də güc verən əsərlərdəndir. Ən güclüsü "Polad necə bərkidi" romanıdır. Bu romanı mühasirədə yaşayan, aclıqdan pişikləri yeyən Leninqrad əhli oxuyur və yaşamağı, mübarizə aparmağı öyrənirdilər. Ümumiyyətlə, həyata atılan, şəbəkəyə qoşulan, özünü tampaq istəyən hər bir kəs mütləq və mütləq Ostrovskinin "Polad necə bərkidi" əsərini oxumalıdır. Müəyyən etmək çətindir, bu əsəri Ostrovskiyə iradənin gücü yazdırıb, yoxsa böhranlı vəziyyətin informasiyasını insanlara çatdırmaq yanğısı...
Başqa bir vasitə də var, yorulanda karınıza gələ bilər. İki nəhəng sənətkarın - Cem Karaca və Barış Mançonun ifasında "Uzun, incə bir yoldayam",- mahnısını dinləyin.
Sonda yol mövzusunda bir lətifə yazıram.
Tez-tez Rusiyaya, İsrailə gedib gələn yəhudidən soruşurlar:
- İsrail yaxşıdır, yoxsa Rusiya?
Yəhudi cavab verir:
- Nə Rusiya yaxşıdır, nə də İsrail. Yol gözəldir, yol.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829