Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Bahar Rüstəmli : Qarayevin teatrlardakı biznesi

  Sayta qoyulub: 17:12 19.07.2009 (1009 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin edilən Cənnət Səlimovanın "Reytinq"ə verdiyi müsahibə üç teatr - Dövlət Gənclər, Gənc Tamaşaçılar və Dövlət Kamera teatrları arasında ədavət yaradıb. İndi bu teatrların birləşdiyi səhnənin arxasında, sözün həqiqi mənasında, əsl mübarizə gedir. "Baş rol"un ifaçıları isə Cənnət xanımla Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektividir.
Xanım rejissorun müsahibəsindən narazı qalan Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi onunla razılaşmaq istəmir. Amma Cənnət xanımın da bəxti gətirib. Çünki həmin vaxt baş rejissoru teatrda görən olmayıb. Üstəlik, mobil telefonu da bağlı olub. Səhərsə əsəbləri soyuyan kollektiv sentyabra - yeni mövsüm açılışına kimi gözləməyi məsləhət bilib.
Elə bilməyin, Cənnət xanımın fikirləri təkcə bu kollektivi narazı salıb. Deyilənə görə, hətta mədəniyyət və turizm naziri Əbülfəs Qarayev o dərəcədə əsəbləşib ki, hirsini kollegiya iclası da soyutmayıb. Nazir iclasda "O nə müsahibədir? Təqdimat necə olur? Bəyəm mən Sizi kollektivə bir-bir təqdim etməliydim?",- deyərək, Cənnət xanımı "ağ yuyub, qara sərib".
Amma baş rejissor susmayıb. "Siz mənə etimad götərib vəzifəyə təyin etmisiniz. Bəlkə azadlığımı da əlimdən alasınız? Mən buna imkan vermərəm",-deyib.
Yəqin ki, vəziyyət bir az da qəlizləşsəymiş Gənc Tamaşçılar Teatrında cənab nazirin qurduğu biznes kollegiya iclasının "bəzəyi" olardı.
Görəsən, teatrda hansı biznesdən söhbət gedir? Bu bizneslə bağlı araşdırma aparmaq üçün yolumu sözügedən ünvandan - Gənc Tamaşaçılar Teatrından saldım. Binanın dəyişkən görünüşü uzaqdan adama gəl-gəl deyirdi. Diqqətlə baxdıqda nə görsəm yaxşıdır; teatrın "boyu" 2 mərtəbə uzanıb.
Axı bu teatrın "boyu"nu uzatmaq kimə lazımdır?-dedikdə, kənardan "Əlbəttə ki, Əbülfəs Qarayevə",- dedilər.
Hamı bir-birinə baxdı. Özündə cəsarət tapan birisi dedi ki, "Əbülfəs Qarayev teatrların 2008-2010-cu ildə nəzərdə tutulan inkişaf proqramı adı altında biznes qurur". Əgər regionların sosial-iqtisadi inkişaf proqramına rəhbərlik müxtəlif məmurların, xususilə də nazirlərin rəhbərliyi altında həyata keçirilirsə, teatrların inkişaf proqramına nəzarət Qarayevə həvalə edilib. Cənab Qarayev teatrların inkişf proqramı adı altında bütün mədəniyyət ocaqlarını yenidən quracaq. Deməli, mədəniyyət ocaqları nə qədər çox tikilsə və təmir edilsə, Qarayevin restoran biznesi bir o qədər çox "çiçəklənəcək". Görəsən, teatr hara, restoran hara?
Yadınızdadırsa Ə.Qarayev mədəniyyət və turizm naziri təyin ediləndə Gənc Tamaşaçılar Teatrının adlı-sanlı aktyorlarından olan Azər Mirzəyev haqqında "O, tamadadır. Teatra tamada lazım deyil",- deyə onu canı qədər sevdiyi səhnədən uzaqlaşdırdı. Başa düşə bilmirik, necə olur teatra restoran lazım olur, amma tamada yox, cənab Qarayev? Təbii ki, restoran olan yerdə tamada da olmalıdır.
Aktyorların dediyinə görə, teatrın vaxtında təhvil verilməməsinə səbəb nazirin tikdirdiyi restorandı. Bəyəm, cənab Qarayev otel tikdirən nazirlərin hansından əskikdir?
Cənab Qarayevin bu biznesdən teatra yardım edib-etməyəcəyinə gəlincə, dedilər ki, aktyor qulağının dalını görər pul yerinə. Neçə aydır nazir dəridən-qabıqdan çıxıb ki, kiməsə əlavə pul versin? Heç teatrın direktoru Mübariz Həmidov belə səsini çıxara bilməz. Əgər onda bu güc vardısa niyə səsini çıxarmadı? Bar-bar bağırmadı ki, cənab Qarayev, bəyəm başa düşmürsünüz teatr restorandan deyil, asılqandan başlayır. Əbülfəs Qarayevin rəhbərlik etdiyi teatrların inkişaf proqramında isə hər şey əksinədir. Tetar asılqandan deyil, restorandan başlayır. Yəni, əvvəl qarın, sonra beyin... Ac qarnına nə teatr!? Özü də elit təbəqə üçün...
Yadıma Qarayevin bəzi mədəniyyət ocaqlarında tikdirdiyi restoranlar düşdü. Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının Opera studiyasının yarısı kəsilib "Çio-çio-san"a verilib. "Çio-çio-san" İtalyan əsəri, qəhrəmanın peşəsi qeyşa-yəni, "Kübar fahişə"... Akademiyanın rektoru Fərhad Bədəlbəyli "Kübar fahişə"ni Azərbacanın təhsil ocağında yerləşməsinə niyə icazə verib? Təhsil naziri Misir Mərdanova belə hesabat verməyən F.Bədəlbəyli oradan gələn gəliri kiminlə bölüşür? "Çio-çio-san"ın müştərilərinə söz ola bilməz. Varlı və kübar ailənin üzvləridir. Bir dəfədə 300-500 manat...
"Çio-çio-san"a baxdıqda Opera studiyasının necə təmir olunması aydınca görünür. Təmir üçün ayrılan pulların çoxsusu "Kübar fahişə" üçün xərclənib. Deməli, teatrların inkişaf proqramında bizi çox "sürpizlər" gözləyir. Akademik Milli Dram Teatrının binasında bir, Nizami adına Kinoteatrda isə iki restoran tikilir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829