Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Hadisənin Bakı səfərində böyük qalmaqal

  Sayta qoyulub: 01:02 19.07.2009 (1464 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisənin Bakı səfərində böyük qalmaqal

Azərbaycana konsert verməyə gələn türk müğənnisinə azərbaycanlı nazirlərdən birinin oğlu əxlaqsız təkliflər edib
"Eurovision-2009"da Türkiyəni təmsil edən gənc müğənni Hadisə Açıqgözün Bakıdakı konserti qalmaqalla nəticələnib. "Yaşıl Teatr" Konsert Kompleksində "Eurovision həyəcanı Bakıda" adlı konsertdən əvvəl baş verən hadisələrin günahkarının azərbaycanlı nazirlərdən birinin oğlu olduğu bildirilir.
Qeyd edək ki, saat 20:00-a planlaşdırılan konsert saat 21:40-də başlamışdı. Müğənninin konsertə gecikməsini Azərbaycan xalqına qarşı təhqir kimi qiymətləndirənlər də olmuşdu.
Dünən Türkiyənin internet saytlarında yer alan xəbərlərdən də belə anlaşılır ki, Hadisənin konsertə gecikməsinə səbəb azərbaycanlı nazirlərdən birinin oğludur. www.haber34.net saytında verilən məlumata görə, azərbaycanlı nazirin oğlu Hadisəyə əxlaqsız təkliflər edib: "Hadisənin Azərbaycandakı konsertində böyük bir skandal yaşanıb. Bakıya konsert verməyə gedən gözəl müğənni əxlaqsız bir təkliflə qarşılaşıb. Hadisə Bakıda qalacağı otelə çatanda azərbaycanlı nazir oğulu "Bura konsertə deyil, mənimlə baş-başa yemək yeməyə gəldin. Səni gözləyirəm",- deyərək, ona xəbər göndərib. Hadisə bu xəbəri eşidərək dəli olacaq dərəcədə əsəbləşib və özünü otel otağına kilidləyib".
Saytın xəbərində bildirilir ki, Hadisənin qəzəbləndiyini görən nazirin həyasız oğlu güzəştə gedərək "Yeməyə Hadisənin yanındakılarda gəlsin. Amma Hadisə mənim yanımda oturacaq",- deyə mesaj göndərib.
Nazir oğlu israrından əl çəkməyərək Hadisə ilə görüşmək istəyib: "Hadisə Türkiyə səfirliyinə müraciət edəcəyini söyləyincə, nazir oğlu israrından əl çəkib. Amma onun belə daranışı təsirsiz ötüşməyib. Nəticədə Hadisə konsertə əhvalı xarab gedib".
Bu xəbərdən də aydın olur ki, Hadisənin konsertinin sönük keçməsinə səbəb nədir. Lakin türk saytları həmin nazir oğlunun adının yazmır.
Məlumat üçün qeyd edək ki, Hadisənin Bakıdakı konsertinin sponsoru "Bank of Azerbayjan" idi. Bu Bankın isə nəqliyyat naziri Ziya Məmmədova yaxın olduğu güman edilir. Həmçinin Ziya Məmmədovun oğlu Anar Məmmədovun indiyə kimi bir neçə konsertin təşkilində rol aldığı da məlumdur. Lakin Hadisəni qəzəbləndirən nazir oğlunun məhz Anar olduğunu iddia etmək hələlik tezdir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829