Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



ARAŞDIRMALAR : İran-Ermənistan hərbi əməkdaşlığı

  Sayta qoyulub: 17:39 17.07.2009 (1572 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu kimə qarşı çevrilib?

İran-Ermənistan hərbi əməkdaşlığı




Oruc Quliyev

Ötən həftə mətbuatda Ermənistanın müdafiə nazirinin İrana rəsmi səfərə dəvət edildiyi barədə məlumatlar yayıldı. Düzdür, səfərin dəqiq tarixi hələ məlum deyil və ilk baxışdan İranın hansısa xarici dövlətlə anlaşması, müdafiə nazirini ölkəsinə dəvət etməsi öz daxili işidir və buna kiminsə müdaxilə etməyə haqqı yoxdur. Çünki bölgədə böyük siyasi oyunların oynanıldığı heç kimə sirr deyil. İran da, necə deyərlər, bölgədə marağı olan digər dövlətlər kimi iqtisadi, hərbi, strateji maraqlarını istənilən vasitə ilə müdafiə etməyə çalışır. Bu baxımdan son 10 ildə İran erməni və kürd kartından istər Azərbaycana, istər Türkiyəyə, istərsə də digər müsəlman ölkələrinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Məsələn, təxminən bir il öncə,
İranın müdafiə naziri Həccar Ermənistana səfər etmişdi və bu səfər çərçivəsində Tehranla Yerevan arasında hərbi əməkdaşlıq haqqında yeni memorandum imzalanmışdı. Həccar həmin səfəri zamanı Ermənistanı İranın strateji müttəfiqi adlandıraraq iki ölkə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdiriləcəyini xüsusi intonasiya ilə vurğulayımışdı…
Beləliklə, İranın erməni faktorundan İraqda, Livanda, Fələstində ABŞ-a və İsrailə qarşı istifadə etdiyi çoxdan məlumdur. İndi də İran Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistanla açıq şəkildə hərbi əməkdaşlığa başlayıb. Təbii ki, bu amil Azərbaycanın nəinki rəsmi dairələri, hətta adi bir çobanı tərəfindən belə yaxşı qarşılanmır. İş orasındadır ki, Azərbaycan əhalisi İrana həmişə müsəlman ölkəsi kimi baxaraq onun ABŞ-ın diqtəsi ilə hərəkət etməməsinə, Qərbdən asılı olmayan müstəqil siyasət yeritmə cəhdlərinə rəğbət bəslədiyini müxtəlif yollarla nümayiş etdirib. Bu fakt şübhəsiz ki, İranın rəsmi və qeyri-rəsmi dairələrinə də yaxşı məlumdur.
Hazırda İran ABŞ tərəfindən hücum hədəfi kimi seçilib. Amma İranın Azərbaycan türklərini sevməməsinə baxmayaraq, yenə də minlərlə azərbaycanlı ruhən bizə qonşu olan İranla həmrəy olduğunu gizlətmir. Yenə də təəssüflər olsun ki, İran azərbaycanlıların bu dəstəyini qiymətləndirə bilməyərək dostu və müttəfiqi başda ABŞ və Rusiya olmaqla yavaş-yavaş bölgənin yeni İsraili halına gətirilən Ermənistanın simasında axtarır. Halbuki erməni lobbisi ABŞ-la sıx əlaqədədir: Bu isə o deməkdir ki, Ermənistan istənilən vaxt İrana arxadan zərbə endirərək ABŞ-la birgə hərəkət edəcək. Məsələ ilə bağlı bir faktı da xatırlatmaq istəyirik: İran üçün İsrail nə deməkdirsə, Azərbaycan üçün də Ermənistan o deməkdir. Azərbaycan İsraillə münasibətlərdə həmişə bu faktoru nəzərə alıb və bu günə kimi məhz İranla münasibətləri korlamamaq xatirinə Tel-Əvivdə öz səfirliyini açmayıb. Azərbaycan ABŞ-ın təzyiqlərinə baxmayaraq İrana qarşı hər hansı bir sanksiyada iştirak etməyəcəyini və öz ərazisindən adı çəkilən ölkənin əleyhinə istifadə edilməsinə imkan verməyəcəyini rəsmi şəkildə bəyan edib. Buna baxmayaraq, İranın bizə qarşı düşmənçilik siyasətini daha da genişləndirməsinin şahidi oluruq. Bu da bir daha göstərir ki, İranın müsləman həmrəyliyi çağırışı və bölgə xalqlarını ABŞ-a və İsrailə qarşı mübarizədə birgə hərəkət etməyə səsləməsi əslində baş aldatmaqdan başqa bir şey deyil. Əgər İran bu gün Qərb tərəfindən bölgədə dəstəklənən PKK terrorçularından və erməni faktorundan Türkiyəyə, Azərbaycana, İraqa və digər müsəlman ölkələrinə qarşı istifadə edirsə, onda bu amil islam dünyasına arxadan zərbə endirmək anlamına gəlir. Onu da xatırlatmaq yerinə düşərdi ki, İranın ABŞ və İsrail xüsusi xidmət orqanlarının əlində islam aləminə qarşı təxribat və terror vasitəsinə çevrilən PKK-çılarla işbirliyi qurduğuna dair çoxlu sayda faktlar var. Ötən əsrin 90-cı illərinin sonlarında Rusiya televiziyaları İrandakı PKK düşərgələri barədə sənədli kadrlar nümayiş etdirmişdilər. Belə başa düşmək olar ki, İranın islam dünyasına hər an arxadan zərbə endirməyə çalışması faktı məhz başda Səudiyyə Ərəbistanı olmaqla əksər ərəb ölkələrini Tehrana münasibətdə Vaşinqtonu müdaifə etməyə məcbur edir. Bütün bunlar isə İranın bölgədəki islam dünyasından daha da təcrid edilməsinə və onun dövlət kimi məhvinə aparırır. Nə yazıq ki, bizimlə mədəni, tarixi və dini kökləri eyni olan İranda bunu anlaya bilmirlər...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#ARAŞDIRMALAR bölümünün son 20 xəbəri:



#ARAŞDIRMALAR bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829