Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində kütləvi kadr dəyişikliyi davam etdirilir

  Sayta qoyulub: 12:42 14.07.2009 (2292 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

    Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində kütləvi kadr dəyişikliyi davam etdirilir

Prezident İlham Əliyevin fərmanı ilə yeni yaradılan Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırovla əvəzlənməsindən sonra bu qurumda kütləvi kadr dəyişiklikləri aparılır.

Bu barədə Müstəqil İnformasiya Agentliyini məlumatlandıran Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, yeni rəis Damət Bağırov Bakı Ərazi İdarəsinin rəisi Qoçəli Cəfərovu Fərahim Mirzəyevlə, Abşeron Ərazi İdarəsinin rəisini isə Məhəmməd İmanovla əvəzləməyə paralel olaraq, əksər ərazi idarələrində rəis dəyişikliyini davam etdirməyə hazırlaşır: «Artıq Damət Bağırov xidmətin Şəki Regional Ərazi İdarəsinin rəisi Mehman Yusifovun da vəzifəsindən azad olunması barədə əmr verib. Onun postuna Qax rayonunun İlisu kənd sakini Şahmərdan Əhmədov gətirilib. Bundan əlavə, digər regional ərazi idarələrinin rəislərinin başqaları ilə əvəzlənməsi istiqamətində ciddi işlər aparılır».

Xidmətin əməkdaşı qeyd edib ki, sabiq rəis Arif Qaraşova daha yaxın olan Şirvan və Sabirabad Regional Ərazi İdarələrinin rəislərinin də vəziyyəti gərgindir: «Onların da karyerasına son qoyulacağına şübhə yoxdur».

Yeni rəis Damət Bağırovun idarəçilik metoduna gəlincə, xidmətin əməkdaşı onun İqtisad Universitetində çalışmasına baxmayaraq, vaxtilə xidmətdə vəzifə sahibi olduğunu deyib: «Damət müəllim vaxtilə bu qurumda çalışıb. Onun öz xoşu ilə və ya Arif Qaraşov tərəfindən vəzifəsindən çıxarılıb-çıxarılmadığını bilmirəm. Bildiyim odur ki, o vaxt, ona sıcaq münasibət göstərənlərlə Damət Bağırov işləmək fikirindədir. Ancaq belələri arasında Arif Qaraşova sədaqəti ilə tanınanlar yoxdur».

Agentliyə verilən bu xəbərə həmişəkimi kimi, rəsmi münasibət öyrənmək mümkün olmayıb. Ancaq xidmətdəki başqa bir mənbə də Şəki Ərazi İdarəsindəki dəyişikliklə yanaşı, bəzi məqamları təsdiqləyib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829