Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Məddahları yemləməyin!

  Sayta qoyulub: 15:06 12.07.2009 (928 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb mənşəli məddah kəlməsi ana dilimizdə "mədh edən" "şişirdən" anlamını ifadə edir. Leksikonumuza təxminən 13 əsr əvvəl daxil olmuş bu ifadə əsasən iqtidar sahiblərinə tərif söyləyən, onların əməllərini şişirdən adamlar üçün işlədilir. Alınma söz olmasına baxmayaraq, əhali nəinki bu kəlmənin ifadə etdiyi anlamı, hətta onun kimlərin ünvanına söyləndiyini də yaxşı bilir.
Daha çox Şərq ölkələrinə xas olan bu mənfi xüsusiyyət son illər Azərbaycanda da özünü qabarıq şəkildə göstərir. Yaşadığımız coğrafiyada hələ orta əsrlərdə qurulmuş dövlətlərdə hökmdarların öz saraylarında onları mədh etmək, tərifləmək üçün şairlər saxlaması adət halını almışdı. Ailələrinin yaxşı dolanması, yəni bir qarın yeməyə və əl boyda çörəyə möhtac qalmaması üçün şahın uğurlu və uğursuz bütün islahatlarını tərifləməyə borclu olan qələm sahiblərinə "saray şairləri" deyirdilər. Onların yaratdığı şeir parçaları isə ədəbiyyat tariximizə "mədhiyyələr" adı ilə daxil olub.
Müasir dövrün məddahları öz "istedadlarına" görə sələflərindən xeyli qabağa gediblər. İndi onlar təkcə dövlət idarələrində, nəhəng maliyyə korporasiyalarında boy atımırlar. Bu ölkədə acından ölən qaçqının, əcnəbilərin əlinə baxan köçkünün, bir tikə çörəyə möhtac olan alimin də dilindən tez-tez əndazəyə sığmayan təriflər eşitmək mümkündür. Yəqin ki, diqqətli oxucularımız xatırlayırlar, qəzetimizin ötən saylarının birində bu mövzuya bir dəfə də toxunmuşduq. İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq rəhbəri Vidadi Əliyevin bu teatrda səhnələşdirilən bəzi tamaşaları tənqid etməsi böyük səs-küyə, qalmaqala səbəb olmuşdu. Teatrın indiki direktoru İftixar Piriyevə yarınmaq istəyən aktyor heyəti Vidadi müəllimi yaş yuyub, quru sərmişdi. Mən həmin vaxt bu adamların aylıq məvaciblərinin 80-100 manat olduğunu eşidəndə dəhşətə gəlmişdim. Bu gün Azərbaycanda məddahlığın qiyməti 100 manatdır!
Yaxın keçmişin təcrübəsi də göstərir ki, yaltaqlar öz rəhbərlərinə sonadək sadiq olmurlar. Böyür-başında fırlandıqları adam vəzifədən gedən kimi dərhal ondan üz döndərir, yeni dövrün "tələblərinə" uyğun hərəkət etməyə başlayırlar. Çox güman ki, unutmamısınız, sabiq səhiyyə naziri Əli İnsanovun üzünə duranlar vaxtilə irəli çəkdiyi, vəzifə verdiyi adamlar oldu. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev isə qabağında ikiqat əyilən, üstünün tozunu təmizləyən adamların "yuxarı"lara ötürdükləri kompromatlardan sonra dəmir barmaqlıqların arxasına salındı. Əgər sabah Misir Mərdanovu həbs etsələr, onun üzünə hamıdan əvvəl məktəb direktorları duracaq. Atəşkəs dövrünün fərsiz generallarının "şücaətini" isə ancaq Səfər Əbiyev tutulanda görə bilərik. Seçki platformasını üzündən oxumağı bacarmayan Rövnəq Abdullayevin "qara əməl" sahibi olan neftçilərinin ekstremal situasiyada öz rəhbərlərinin üzünü mazut kimi qaraldacağına zərrə qədər də şübhəm yoxdur.
Təəssüf ki, bu məmləkətdə mərsiyə deyənlərin sayı mədhiyyə deyənlərə adekvat şəkildə çoxalır. Bütün faciələrimizin arxasında isə hansısa məddahın abırsız sifəti gizlənir...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829