Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Abituriyentlər iyulun 12-də 1-ci ixtisas qrupu üzrə imtahan verəcəklər

  Sayta qoyulub: 12:57 10.07.2009 (2784 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Abituriyentlər iyulun 12-də 1-ci ixtisas qrupu üzrə imtahan verəcəklər

Bu gün Təbələ Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün ali məktəblərə 1-ci ixtisas qrupu üzrə qəbul imtahanı ilə bağlı mətbuat konfransı keçirib.

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, M.Abbaszadə bildirib ki, ali hərbi məktəblərə sənəd verənlər də iyulun 12-də keçiriləcək imtahanda iştirak edə biləcəklər. Qəbul imtahanı Bakı, Naxçıan və Sumqayıt şəhərlərində keçiriləcək. İmtahanın aparılması üçün Bakı şəhərində 51, Sumqayıt şəhərində 7, Naxçıvan şəhərində 2 imtahan binası ayrılıb. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2471 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 243 imtahan rəhbəri cəlb olunub.

2009-cu ildə 1-ci qrup üzrə 35811 abituriyent ərizə təqdim etmişdir. Sənəd verənlərin 32963 nəfəri Azərbaycan bölməsinin, 2848 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22252 nəfərini oğlanlar, 13559 nəfərini isə qızlar təşkil edir. 20761 nəfər orta məktəblərin bu ilki məzunlarıdır. 15050 nəfər isə əvvəlki illərin məzunudur. 1-ci ixtisas qrupu üzrə təhsil almaq istyən 195 abituriyent xarici ölkələrn vətəndaşıdır. 98 abturiyent ali təhsillidir və 1-ci ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 842 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır. Ən yaşlı abituriyent 1951-ci ildən, ən gənc isə 1994-cü ildəndir. Bakı şəhərində 29907 abituriyent, Naxçıvanda 1363 abturiyent, Sumqayıtda isə 4541 abituriyent imtahan vericək. 1-ci ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla «İmtahancell» xidməti vasitəsilə öyrənə biləcəklər.

1-ci ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 16-dan, 23-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyent ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra - iyulun 25-dən, avqustun 3-dək internet vasitəsilə aparılır. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

TQDK sədri onu da deyib ki, , imtahandan dərhal sonra müstəqil ekspertlər 1-cü ixtisas qrupu üzrə test suallarının ekspertizasını aparacaqlar. Həmin gün saat 19:30-da «Space» telekanalının canlı efirində TQDK-nin məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytına da yerləşdiriləcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829