Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Təşəkkürlər, Əli Hüseynov!

  Sayta qoyulub: 15:58 28.06.2009 (980 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli-istiqlalçıların gənc və təmkinli rəhbəri Ayaz Rüstəmovun sədr postundan getdiyi tarix hətta siyasət müxbirlərinin də yadında deyil. Artıq xeyli müddətdir ki, AMİP özünə yeni sədr seçə bilmir. Heç kim Etibar Məmmədovun "əmanətinə" yiyə durmaq istəmir.
Lalə Şövkətin istefasından sonra ALP də başsız qalıb. Beş-altı ildir ki, heç bir partiya üzvü meydana çıxıb, sədrliyə iddiasını ortaya qoymur. ALP sədri olmaq siyasi karyerasını bu partiya ilə bağlayan liberallar üçün də maraqsız görünür.
ACP sədri Akif Şahbazovun istefası isə siyasi polemikaya səbəb olmadı. Onsuz da Akif bəyin partiya sədri olması beş-üç jurnalistdən başqa heç kimə bəlli deyildi. Bu adam bir neçə ay əvvəl Bakını tərk edib, hansısa kənd rayonuna üz tutmuşdu. Keçmiş kolxoz sədrinin torpağa məhəbbəti o qədər güclü oldu ki, o, paytaxta ancaq istefa vermək üçün döndü. Çox güman ki, bir neçə gün sonra yenidən öz doğma kəndinə qayıdacaq. Mən şübhə etmirəm ki, Akif bəy onu siyasətin girdabına itələdiyi üçün ürəyində Rəsul Quliyevə gündə ən azı yüz dəfə küfr edir.
Müsavat, AXCP kimi ciddi strukturları olan partiyalar hakimiyyətlə girişdikləri qeyri-bərabər döyüşdən ağır itki ilə çıxdılar. Hakim siyasi kursa etiraz edən bu partiyaların sıraları son illər xeyli seyrəlib. Vaxtilə Müsavat və AXCP-nin rəhbər strukturlarında təmsil olunan şəxslərin bir çoxu indi Rusiya və digər MDB ölkələrində ağır fiziki zəhmət hesabına öz ailələrini dolandırmağa çalışırlar. Sayı iki əlin barmaqlarından bir qədər çox olan fədakar dostlar inciməsin, bu gün Azərbaycanda demokratiya uğrunda mübarizə taleyin ümidinə buraxılıb.
Nə baş verdi? Üç-dörd il əvvələ kimi kükrəyən meydanlar indi niyə taksi dayanacağına çevrilib? Əslində, nə baş verdiyini sıravi oxucularımız hamıdan yaxşı bilir. Azərbaycanda heç nə təsadüf nəticəsində baş vermir. İlin-günün bu vaxtında 40 qəpiyindən keçib, qəzet alan adamların böyük əksəriyyəti siyasi proseslərdə bişmiş adamlardır. Yəni, onlara siyasətin əlifbasını xatırlatmağa ehtiyac yoxdur. Amma mövcud vəziyyətin yaranmasına görə məsuliyyət daşıyan bəzi adamları yada salmağa ehtiyac var.
Mən, Nizami Cəfərovun, Vaqif Səmədoğlunun, Əkrəm Əylislinin müxalifət sıralarını tərk etməsini heç vaxt faciə saymamışam. Hələ də AXCP-nin, Müsavatın sıralarında xeyli tanınmış ziyalı, şair-yazıçı var. Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi ziyalı kimi Vaqif Səmədoğludan heç də az məşhur deyillər. Amma yerdəki müsibətlərə göz yumub, göylə əlləşirlər. Sabit Bağırov kimi nüfuzlu ziyalıların müxalifət sıralarını tərk etməsi isə əsil itki idi. Mən, QHT sektorunu neçə-neçə tanınmış müxalifətçini "udduğu" üçün həzm edə bilmirəm.
Vətəndaş cəmiyyəti təmsilçilərinin QHT Şurasının sədri Azay Quliyevlə görüşündə mən də iştirak edirdim. İlahi, Azərbaycanda hansı sifətlər varmış! Dünənə kimi Hacıbala Abutalobun adını çəkməyə belə cəsarət etməyən adamlar pullarının kəsiləcəyini eşidəndən sonra Milli Məclisin gündəliyinə salınan qanun layihəsini mürtəce adlandırmağa başlayıblar. Cənablar, əgər sizin kimlərisə hədələməyə əliniz, danışmağa diliniz vardısa, indiyə kimi niyə susurdunuz?
Təşəkkürlər, Əli Hüseynov! Qanuna təklif etdiyiniz üç-dörd xırda düzəlişlə bir çox ağızlardakı qıfılları götürdünüz. İndi hamı danışır. İnsan çox danışdıqca, onun hansı əxlaqın yiyəsi olduğu da üzə çıxır...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829