Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Müdafiə Nazirliyi hərbi təlimləri məhdudlaşdırdı

  Sayta qoyulub: 13:17 24.06.2009 (2187 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi hərbi təlimləri məhdudlaşdırdı

Son günlər respublikamızın ərazisində istilərin təhlükəli həddə çatması günvurma riskini artırıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamenti yay fəsli boyunca ölkənin bütün regionlarında temperaturun 36-37 dərəcədən aşağı olmayacağını proqnozlaşdırıb.

Kəskin istilərin düşməsi Müdafiə Nazirliyini hərbi hissələrdə şəxsi heyəti günvurmadan qorumaq üçün müvafiq tədbirlər görməyə məcbur edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Müstəqil İnformasiya Agentliyinə bildirib ki, yay mövmüsünün başlanması ilə əlaqədar bütün hərbi hissələrdə açıq havada keçirilməli olan təlimlərin vaxtı dəyişdirilib. Müdafiə naziri Səfər Əbiyevin müvafiq əmrinə əsasən, əvvəllər günorta saatlarında keçirilən hərbi təlimlər bundan sonra səhər və axşamüstülər təşkil olunacaq: «Yəni yay fəsli boyunca saat 11.00-dan 17.00-dək şəxsi heyət açıq havada təlim keçməyəcək. Temperaturun yüksək olduğu saatlarda şəxsi heyət örtülü yerdə və ya kölgəlikdə təlimatlandırılacaq». Bütün hərbi hisələrdə şəxsi heyət həm də yay geyim formasına keçib. Müdafiə Nazirliyinin əməkdaşı onu da bildirib ki, hərbi hissələrdə sərinkeşlərdən də istifadə olunmağa başlayıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə MİA-ya bildirilib təcili tibbi yardım xidməti vətəndaşlar arasında baş verə biləcək günvurma haları ilə bağlı ekstremal situasiyalara hazır vəziyyətdədir. Hələlik xəstəxanalara günvurma diaqnozu ilə müraciət edən və ya yerləşdirilən xəstə qeydə alınmayıb. Amma son bir neçə günün məlumatları göstərir ki, səhiyyə müəssisələrinə, eləcə də təcili tibbi yardım xidmətinə müraciət edən ürək-damar xəstələrinin sayı artıb. Belə xəstəlar arasında vəziyyəti ağırlaşanlar da var.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829