Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Arif Qaraşov səfir postu istəyir

  Sayta qoyulub: 16:40 21.06.2009 (1798 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Arif Qaraşov səfir postu istəyir

Xidmət rəhbəri özünü və sərvətini qorumağın yolunu diplomatik toxunulmazlıq əldə etməkdə görür

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Kərəm Həsənovun həbs təhlükəsilə üzləşdiyi barədə məlumat vermişdik. Qəzetimizin ötən sayında ƏMDK-dakı mənbəyə istinadən bu qurumun sədri Kərəm Həsənovun Xidmət rəhbəri Arif Qaraşovun 1997-ci ildən bəri verdiyi bütün kupçaları təftiş etdirdiyini bildirmişdik. Məlumatda həmçinin qeyd olunurdu ki, Kərəm Həsənov Arif Qaraşov haqda topladığı faktları hüquq-mühafizə orqanlarına təqdim etməklə onun həbsinə nail olmaq istəyir.
Aldığımız məlumatlara görə, Xidmət rəhbəri barədə bu məlumatların yayılması onun biznes ortaqlarının ciddi narahatlığına səbəb olub. A.Qaraşova yaxın olan şəxslərdən birinin qəzetimizə verdiyi məlumata görə, Xidmət rəhbərinin "vurulması" onun tabeliyində çalışan şəxsləri və qohumlarını da narahat edir. Mənbənin dediyinə görə, mövcud vəziyyət A.Qaraşovu daha ciddi narahat edir: "Arif Qaraşov müxtəlif vədlərlə yaxın ətrafını sakitləşdirməyə çalışır. O, tərəfdarlarını inandırmağa çalışır ki, prezident yeni yaradılmış ƏMDK-ın əsasnaməsini təsdiq edəndən sonra bütün söz-söhbətlər aradan qalxacaq. Xidmət rəhbəri özünün bu postda müvəqqəti əyləşdiyini deyib. Qaraşov yaxın ətrafını inandırıb ki, bir müddət sonra hökumətdə ciddi dəyişikliklər baş verəcək və o, baş nazirin birinci müavini Abid Şərifovun postunu tutacaq".
Buna baxmayaraq, mənbə A.Qaraşovun karyerası üçün ciddi təhlükə yarandığını istisna etməyib. Onun sözlərinə görə, hazırda hakimiyyətin ən yuxarı eşelonunda Xidmət rəhbərinin taleyilə bağlı ciddi müzakirələr aparılır. Müsahibimizin sözlərinə görə, A.Qaraşov özü də bu barədə məlumatlıdır: "Arif Qaraşov uzun illər hakimiyyət komandasında mühüm vəzifə tutduğu üçün "vurulmuş" vəzifəli şəxslərin hansı aqibətlə üzləşdiyini yaxşı bilir. Buna görə də o, ciddi-cəhdlə başının üzərini almış "qara bulud"ları qovmaq istəyir. O, bu günlərdə hakimiyyətin ən yuxarı eşelonunda təmsil olunan bəzi şəxslərlə görüşərək, MDB ölkələrindən birinə səfir göndərilməsini xahiş edib. Xidmət rəhbəri düşünür ki, yalnız diplomatik toxunulmazlıq əldə etməklə özünü və sərvətinin bir qismini sığortalaya bilər".
Qeyd edək ki, vaxtilə sabiq məmurlar Eldar Həsənov, Namiq Abbasov, Əli Nağıyev, Məhərrəm Əliyev və başqaları da səfir postuna yiyələnməklə həbs təhlükəsindən xilas ola biliblər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829