Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İDMAN : Şahin Diniyev: «Ruslardan səfərdə xal qoparmaq müşkül məsələdir»

  Sayta qoyulub: 15:48 25.03.2009 (1315 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahin Diniyev: «Ruslardan səfərdə xal qoparmaq müşkül məsələdir»

Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyev hazırda Rusiyada məşqçilik fəaliyyətini davam etdirir. Təcrübəli mütəxəssis Rusiya Premyer Liqasında mübarizə aparan «Terek»in əvəzedici komandasını çalışdırır.


BƏLKƏ BƏXT VƏ YA TƏSADÜF NƏTİCƏSİNDƏ NƏSƏ EDƏ BİLDİK



Onun başçılığı altında komanda son iki turda maksimum nəticə göstərib. Premyer liqada yaranmış fasilədən istifadə edən Şahin Diniyev Azərbaycana qayıdıb. Supersport.Az-ın əməkdaşı millinin keçmiş çalşıdırcısı ilə söhbətdə əvvəlcə onun Rusiya–Azərbaycan oyunu öncəsi fikirlərini öyrənib: «Millimizin Moskvadan xalla dönməsini mən də çox istəyirəm. Amma qüvvələr nisbətinə baxanda rəqib güclüdür. Onu da nəzərə almalıyıq ki, Rusiya Avropa çempionatında üçüncü yeri tutub”.
Ş.Diniyev hesab edir ki, ruslardan səfərdə xal qoparmaq müşkül məsələdir. "Bəlkə bəxt və ya təsadüf nəticəsində nəsə edə bildik. Bu futboldur hər şey ola bilər. Çox istərdim ki, komandamız Rusiya ilə oyunda uğurlu nəticə əldə etsin. Bu məni bir məşqçi kimi də sevindirər».

RUSİYALI OYUNÇULAR BARƏDƏ MƏLUMAT TOPLAMAĞI XAHİŞ ETSƏYDİLƏR…

Məşqçi bildirib ki, Rusiya yığmasının aparıcı üzvlərinin oyunu barədə Azərbaycandan ondan məlumat istənilməyib: “Berti Foqtsla da bu barədə söhbətim olmayıb. Bəlkə heç burda işlədiyimi də bilmir. Heç AFFA rəsmiləri də bununla maraqlanmayıb. Ola bilsin ki, baş məşqçi Rusiya çempionatını diqqətdə saxlayır və oyunları izləyir. Bəlkə buna görə məlumat toplamağa ehtiyac görmür. Ola bilsin ki, rəqibin aparıcı futbolçularının oyunlarını Berti Foqtsun köməkçilərindən biri diqqət mərkəzində saxlayır. Məndən məlumat toplamağı xahiş etsəydilər, kömək göstərərdim. Görünür, buna ehtiyac olmayıb».

BİZİM FUTBOLÇULARIN RUSİYA PREMYER LİQASINDA OYNAMASI ÇOX ÇƏTİNDİR

Ş.Diniyev Rusiya futbolu haqda geniş məlumat verib. “Rusiya futbolu ildən-ilə inkişaf edir. Klubların maddi imkanları və bazası yüksək səviyyədədir. Xüsusilə də uşaq futboluna diqqət böyükdür. Elə mən işlədiyim «Terek»də də gənc oyunçular çoxdur. Klub rəhbərliyi futbolçular üçün hər cür şərait yaradıb. Burda artıq elə sistem qoyulub ki, heç kim bu yoldan kənara çıxa bilməz. Rusiya futbolu relsə düşüb. Hiddink gedəndən sonra də iş axarı ilə davam edəcək. Rəqabət çox güclüdür. Bizim futbolçuların Rusiya Premyer Liqasında oynaması çox çətindir. Buna davam gətirə bilməzlər. Slovakiya və Kamerun yığmasının üzvləri «Terek»də əsas heyətə düşə bilmirlər. Çünki yerli oyunçular onları üstələyirlər. Bir neçə il əvvəl olsaydı, bizim aparıcı oyunçular bəlkə oynaya bilərdilər. İndiki məqamda bu, mümkün deyil. Premyer Liqadakı klublar indi elə oyunçu axtarırlar ki, yerli futbolçuları üstələsin. Bura artıq elə-belə oyunçular gəlmirlər. Klub rəhbərləri daha səviyyəli oyunçular gətirirlər ki, gənclər onlardan nəsə öyrənə bilsinlər. Demək olar ki, Rusiyada artıq zəif komanda yoxdur. Komandaların əksəriyyəti iddiallıar sırasında yer almağı düşünür. Bu da çempionatın səviyyəsindən xəbər verir. İki turda keçirilən əksər oyunları izləmişəm. Klublar cari mövsümə çox yaxşı hazırlaşıblar. Futbolçular da yaxşı təlim-məşq toplanışı keçiblər”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İDMAN bölümünün son 20 xəbəri:



#İDMAN bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031