
Taleh Şahsuvarlı
Bəri başdan deyim ki, mən Rasim Qaracadan CAVAB gözləyirdim. Amma belə "cavab" yox! Zahir Əzəmətə cavabını Rasim Qaracaya heç yaraşdırmadım və AYO-nun nekroloqu kimi qəbul etdim.
Hörmətli Rasim bəy,
Allah eləsin ki, bu yazı Sizin "cəmiyyət qarşısında müdafiə" mesajınız olsun, çünki vəziyyətiniz Siz düşündüyünüzdən də qat-qat ağır olduğu üçün papağınızı qabağınıza qoyub, yaxşı-yaxşı fikirləşməli, reallığı qiymətlindirməli və AYO-nu qorumaq yolunda əməli addımlar atmalısınız. AYO bu şəkildə və bu yolda lüzumsuz olsa da, gen planda bu ölkəyə lazımdır. Könül istər ki, AYO Azərbaycanda ALTERNATİV ədəbi mərkəz olsun və uğurları saya-hesaba gəlməsin. Və mən səmimiyyətlə deyirəm, AYO-nun bataqlıqdan çıxması üçün Sizə əlimndən gələn köməyi göstərməyə hazıram. Sizdən fərqli olaraq, mən açıqca görə bilirəm ki, AYO artıq marginallaşmadan da o yandadır və Sizin bu yazınız da məhz bunu sübut edir. AYO adlanan qurumun sabiq başqanı və hazırkı ideoloqunun bir qəzetin şef-redaktorunun və bir şairin həyatındakı ziq-zaqları təftiş eləməyə heç bir haqqı yoxdur, bu sayaq müzakirələrin bir faydası da yoxdur, Sizin kimi ictimai cəkisi olan və sosial məsuliyyətini hiss edən adamlar, PROBLEMləri dartışmalıdırlar. Amma madam ki, söhbəti açmısınız, Zahir Əzəmətin ömür yolundan danışmağın da bir saqıncası yoxdur. Zahir Əzəmət bizim çoxumuz kimi, kasıb bir ailədən çıxıb, dişiiylə, dırnağıyla, həyatla cırmaqlaşa-cırmaqlaşa öz ictimai obrazını yaradıb. Adam qəzet satıb, çörək pulu qazanıb, Abıyevdən 100 dollar alıb Rafiq Əliyevin üzünə dirənməyib ki? Mən qavramaq qabiliyyəti olan hər kəsə rahatca sübutedə bilərəm ki, Zahir Əzəmət istər şair, istərsə də jurnalist kimi peşakardır. Onun pulsuz-pənəsiz ərəsəyə gətirdiyi www.kultaz.com saytı Azərbaycanda ən plüralist yayın olmaqla bərabər, həm də ən ciddi webl layihədir. Elə "Alma" qəzeti də kifayət qədər fərqli platforması və auditoriyası olan qəzetdir. Həmin qəzetə İsrail Musayev kimi təcrübəli jurnalist başçılıq edir. "Alma" qəzetini guya "tənqid" edən Qan Turalın nə İsrail Musayevin, nə Zahir Əzəmətin, nə Elnur Astanbəylinin, nə də Günel Mövludun yanında özünə "jurnalist" deməyə, özünə jurnalist deyə bilməyən adamınsa mediakritiklik etməyə HEÇ BİR HAQQI yoxdur. Jurnalist olan kəs "köşə yazarı janrı" ifadəsi işlədə bilməz, mediakritikliyə iddia edən biri bu ifadəni işlədərsə, onu ən yaxşı halda redaksiyadan qovarlar. Hər yazısında buraxdığı ciddi səhvlər göstərir ki, Qan Turalın nəinki köşə yazarlarını tənqid edən vaxtıdır, hətta köşə yazmasının özü olduqca tezdir. Üstəlik, Seymur Baycanın təsirində olması onun istedadında, reputasiyasında və gələcəyində son dərəcə mənfi izlər buraxır. Bu baxımdan ona Rasim Qaraca olaraq daha mütərəqqi məsləhətlər verə bilərsiniz. Lakin son yazınızdan görünür ki, Qan Turalının babalını boynuna götürənlərdən biri də elə Siz özünüzsüz. Xahiş edirəm, bu gənci müstəqil buraxın, qoy Zeynal Məmmədli, Qulu Məhərrəmli, Şahvələd Çobanoğlu kimi adamlarla daha çox ünsiyyətdə olsun və peşəkarlaşsın. Onsuz da son illər Azərbaycan mediasında jurnalistlər haqqında nekroloqlar yeni imzalardan cox cap olunur və gözə dəyən tək-tük imzalar arasında Qan Tural itiriləcək adam deyil. Allah xatirinə, onun başını yeməyin!
Möhtərəm Rasim bəy!
Zahir Əzəmət qəzet satıb, filan əlavəni buraxıb və s. kimi söhbətlər cox artıqdır. Vaxilə "Hürriyət" qəzetində əl yayımını tətbiq edən Şahvələd Cobanoglu streotipləri sındırmaq üçün qoltuğuna qəzet vurub küçəyə çıxır, qəzet satırdı. İsa Qəmbər, Azrəbaycanda demokratik mübarizənin simvolu deyə biləcəyimiz adam 1990-larda ŞADP yaratmışdı, elandan o tərəfə keçə bilmədi. Azərbaycanda Mehman Cavadoğludan təcrübəli və yaxşı qəzetçi mən tanımıram, amma Mehman müəllimin buraxdığı qəzetlər bu gün köşklərdə yoxdursa, bu o deməkdirmi ki, məsələn, "Yeni Müsavat"ın redaktoru, Nazim Sabiroğlu Mehman Cavadoğludan yaxşı və uğurlu jurnalistdir?
Və elə gəlin buradaca da jurnalistika söhbətlərini ədəbiyyatdan ayıraq. AYO, hər halda jurnalist təşkilatı deyil, yazıçı ocağıdır. Amma gəlin görək ora ocaqdırmı və ya o ocağı kimlər, niyə kor qoyub?
Mənim sıravi bir vətəndaş olaraq AYO-ya rəğbətim ona görə yaranmışdı ki, həmin qurumda Həmid Herisçi, Murad Köhnəqala vardı. Həmin adamlar pis-yaxşı alternativ düşüncə, üslub və amplua təqdim edə bilirdilər. "Pis-yaxşı" sözü sırf qurumun təqdimatına bağılıdır, onların yaradıcılığı kifayət qədər peşəkardır. Bu işdə sizin yüksək təşkilatçılıq və menecerlik qabiliyyətinizin də müstəsna rolunu kimsə dana bilməz. Amma TƏBİİ İNKİŞAF AYO-dan, sosiloloqların təbirincə desək, qrupdaxili dinamika tələb edirdi və bu dinamika AYO-da istedadlı-istedadsız müxtəlif gənc isimlərin qabarmasını təmin etdi. Bax elə bu ərəfədə- xahiş edirəm diqqətlə oxuyun, bu cür təhlili kimsə sizin üçün etməyəcək bir daha- təbii olaraq, ƏDƏBİ GƏNCLİK termini dövriyəyə girdi və AYO özünü ƏDƏBİ GƏNCLİYİN OCAĞI statusunda aparmağa başladı. Halbuki, nə Həmidin, nə Muradın, nə də Sizin yaşınız "gənclik həddi"ndə deyildi. Bir para obyektiv şərtlərdən əlavə, bu faktor onunla nəticələndi ki, Murad təşkilatdan getdi, Həmid tədricən qırağa çəkildi, Siz isə sədrlikdən istefa verdiniz. Meydan qaldı iki (+1) nəfərə: Seymura, Turala və mötərizədə (!) Əli Əkbərə.
Bu adamlar "yeni ədəbiyyat"ın yükünü öz üzərləriə götürməyə cəhd etdilər, hərçənd bu daşı qaldıracaq gücləri yoxdu. Qan Tural çox gəncdir, bədii yaradıcılığı primitivdir, təxəyyülü, qələmi hələ inkişaf etməyib, ümid edək ki, gələcəyi qabaqdadır. Əli Əkbər heç zaman mötərizədən çıxmayacaq, çünki bu adamın ədəbi istedadı yoxdur, o, ən yaxşı halda qeyri-bədii təşkilatlara provakator kimi lazımlı olar. Yaranan təbii boşluq Seymur Baycana imkan verdi ki, situasiyadan istifadə edib Qan Turalın qələmini və Sizin təşkilatçılıq bacarığınlız hesabına yaranmış resursları öz lehinə yönəltsin. Beləliklə, AYO Seymur Baycanın sektası halına gəldi. Amma sektalar o zaman uğurlu olur ki, lider harizmatik, istedadlı olsun və ortaya FƏRLİ və FƏRQLİ BİR ŞEYqoya bilsin. Seymur isə ortaya ciddi mətn qoya bilmədiyinə görə faktiki olaraq görülən və görülməsi mümkün olan işləri məhv etdi. Seymur hec zaman istəmədi ki, ədəbi müzakirələrion predmeti mətnlər olsun, əksinə ona çalışdı ki, ictimai rəy liderləri (bu termin həm də o cümlədən ədəbi simaları əhatə edir) vurulsun və onun müqabilində parlaq görünsün. Lakin Seymurun nə xarakteri, nə ömür yolu, nə də ədəbi istedadı onu ictimai rəy liderinə cevirə bilmədi. Beləliklə AYO seymurlaşdı və seymurlaşmaya qarşı ictimai immunitet AYO-nun olan-qalan cazibəsini məhv etdi.Rasim bəy, neçə vaxtdır bax mən özümü buna görə öldürürdüm ki, AYO-nu seymurlaşmağa qoymayın! Yeni mərhələyə keçin! Bəy, mən AXCP-nin haradan -hara gəldiyini görmüş və proseslərdə yaxından iştirak etmiş adamam, AYO AXCP-nin bir dayaq dəstəsi boyda deyil. AYO-nun acınacaqlı aqibətini proqnozlaşdırmaq AXCP-nin haradan-hara gəldiyini görən və səbəblərini başa düşən kimsə üçün çətin olmamalıydı. Elə Sizin üçün də! Sizin şanslarınız da çoxuydu. Həm ona görə ki, AYO AXCP-nin bir dayaq dəstəsindən də kiçikdi, həm də ona görə ki, Rasim Qaraca sağdır və o, ortaya fərqli mövqe qoya bilərdi.
Bu gün ortalığa çıxan ən prinsipial sual budur: AYO Seymurun müdafiə komitəsi kimi fəaliyyət göstərməlidir, yoxsa alternativ ədəbi qurum kimi? Əgər alternativ qurum olmaq istəyirsinizsə, AYO-nun siması Qan Tural olmamılıdır, AYO-nun siması Qan Tural Seymur Baycanın təsirində qalmamalıdır. İnanın, mənim nə Qan Tural, nə də Seymur Baycan problemim yoxdur və ola da bilməz. Əgər "o dövrlər"dən danışırıqsa, mən Qan Tural kimi ədəbiyyata, jurnalistikaya, ümumiən, ictimai-siyasi həyata qoltuğumda limpart gəlməmişəm; mən AXCP sədrinin müşaviri olanda Seymur Baycan müttəfiqimiz Müsavat partiyasında heç dayaq dəstəsinin sədri də deyildi; mən Bərdədə mitinq aparanda Seymur iştirakçı kimi mənə əl çalırdı. Amma gələk bu günə və ədəbiyyata.
Yazırısınız: "Mən özüm də bilmirəm, nəyə görə AYO-dan kənarda ciddi bir ad tapmaq çətindir"... Və sonra AYO-dakı ciddi adları göstərir və onların yaradıcılığını "hələlik müstəqillik dövrü ədəbiyyatımızın ən yaxşı nümunələri" adlandırırsınız. Siz yaxşısınızmı Rasim bəy?
Dostum, özünüz də gözəl bilirsiniz ki, AYO hazırda nə Aqşinin, nə də Nərmin Kamalın təşkilatı deyil. Aqşinin, Muradın, Həmidin, Sevinc Pərvanənin, Azadın, Orxanın hazırkı "AYO-çu kimliyi"nə nə aidiyyatı? Mən sual konkret bir sual verirəm: Sən gözümüzün qabağındakı AYO-nun məsuliyyətini bölüşürsənmi Aqşin? Sən AYO-nun bu cürmü görmək istəyirdin Həmid? ə Gözə kül üfürməyin, guya kim bilmir ki, o adamların rəsmən üzv olması, hətta olmaması AYO-nun xəttinə heç bir təsir göstərmir. Məgər kim anlamır ki, Rafiq Tağının siyasi məhbus kimi qrant almaq və yaxşı layihələr həyata keçirmək üçün müəyyən avantajları vardı; sədrliyə gələli dvidentlərinin üstündən xətt çəkildi?! Sevinc Pərvanə kimi bir istedadı AYO-nun göz-görəsi məhvə yuvarladığını başa düşməmək üçün nə qədər kal olmalıdır adam?
Rasim bəy, siz heç özünüzə sual verdinizmi ki, nədən axı AYO-nun üzü, hətta başqanı Nərmin Kamal olmasın? Aqşin olmasın? Siz heç özünüzdən soruşursunuzmu ki, Murad niyə getdi? Həmid Herisçi kimi fikir adamı ola-ola, qala-qala AYO adının sinonimi "Seymurun dəstəsi" olmalıdır? Nədən sizin siyahınızda Elnur Astanbəylinin adı yoxdur? Nədən həmin siyahıda elə Zahir Əzəmətin, Sevinc Çılğının adı yoxdur? Nədən bu siyahıda Günel Mövludun adı yoxdur? Elnur Astanbəyli, yazar olaraq hansı üzünə çevirsən, Qan Turaldan da, Seymurdan istedadlı adamdır. Günel Mövludun elə "Alma" qəzetində dərc olunan "Tüpürüm mentalitetinizə" yazısı, Qan Turalın və Seymurun bütün köşələrindən güclüdür. Özü demiş, şeiri- şeir, köşəsi köşə! Nədən onu adını çəkmirsiniz?
Axı niyə etiraf edə bilmirsiniz ki, Azərbaycanda "yeni ədəbiyyat" "Canlanma"dan başlayır? Nə mane olur sizə? Qısqanclıqmı? Tərəfkeşlikmi? Dəstəbazlıqmı? Sizə sual verirəm, Azərbaycanda "siyasi rejim" problemini, "Canlanma"dan daha kəskin hansı əsərdə qoyulub?
Sizdən soruşuram Rasim Qaraca, Azərbaycanda avtoritarizmə qarşı mübarizəyə "Canlanma"dan daha gur səslə səsləyən hansı nəsr əsəri var?
Müasir nəsrin əsas tendensiyası olan "araştırma romançılığı" baxımından "Canlanma"dan daha çox elmi ağırlığı və konsepsiyaları olan bir əsər göstərə bilərsinizmi mənə?
Azərbaycanda demirəm, bütün Qafqazda İLK DƏFƏ TARİXİ METAROMAN JANRINda əsər yaranıb, niyə adını çəkməyə qorxursunuz?
Niyə bir dəfə müzakirə etmədiniz, peşəkar baxımdan tənqid etmədiniz, yaxşı və ya pis olmasını sırf yaradıcılıq məsələsi kimi qiymətləndirmədiniz?
Axı nəyə görə Siz mətnləri yox,ədəbiyyatı yox, ədəbiyyat qırağı hadisələri müzakirə edirsiniz? Düzünü deyin, Seymur Baycandırmı qabağınızı kəsən? Yoxsa, bədii zövqünüzün və biliklərinizin çağdaş romançılıqdan geridə qalmağının üzə çıxmasından ehtiyyat etdiniz?
Biləsiniz, mənim adımı Seymur Baycanla eyni sırada çəkmədiyiniz, "Canlanma"nı "Körpüsalanlar"la müqayisə etmədiyiniz üçün Sizə dərindən təşəkkür edirəm. Amma söhbət məndən yox, sizdən gedir. Axı siz ədəbiyyatdan yenilik, araşdırma, rejimə qarşı mövqe və s. tələb edirdiniz? Özünü yarada bilmədiniz-bilmədiniz, amma yaradana niyə mane olmağa cəhd edirdiniz? Yoxsa "metaroman" sözünə kinayə ilə yanaşması yadınızdan çıxıb? Bu idimi sizin ədəbi hadisələrə reaksiyanız? Yoxsa, Ələkbərin təhqirlərinə saytınızda meydan verməynizi unutmusunuz? Yaşının bu çağında Anarı söyməyinizimi "güc", "təsir" hesab edirsiniz? "Sadə vətəndaş" adıyla Qan Turalın çiçəyi burnunda olan qardaşını qabağa çıxardanda bir sayt rəhbəri olaraq heçmi xəcalət çəkmədiniz? "Dalğa" o qədər də neqativ deyil" yazanda əllərinizin qurumasından heçmi qorxmadınız? "Dalğa" bu ölkədə gəncliyin necə ola biləcəyini sübut etdi. Amma siz əsl ədəbiyyatın necə ola biləcəyini sübut edə bilmədiniz! Onu mən sübut etdim, Rasim Qaraca! Və onu məhz "Dalğa" "gəncliyin kitabı" elan etdi!
İndi mən Sizə deyirəm ki, çıxın Şirzadın kafesindən, çıxın Azərbayacana, dünyaya, ədəbiyyata baxın! İnanın AYO, seymurlaşan AYO çox miskin və qeyri-ciddi görünür Azərbaycanda, dünyada və ədəbiyyatda...