Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Kərəm Həsənov Arif Qaraşovu həbs etdirmək istəyir

  Sayta qoyulub: 17:13 14.06.2009 (2089 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərəm Həsənov Arif Qaraşovu həbs etdirmək istəyir

Prezident İlham Əliyevin mayın 19-da verdiyi sərəncamla ləğv olunan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin bazasında yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tabeliyinə verilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1997-ci ildən bəri verdiyi bütün kupçaları təftiş etdirir.
Bu barədə "Reytinq"ə sözügedən komitənin əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, xidmətin avtomobilləri üçün nəzərdə tutulmuş benzin talonları da daxil olmaqla, vətəndaşlara verilən və şübhə doğuran kupçalarla bağlı da araşdırma aparılır: "Kərəm Həsənov belə hesab edir ki, xidmətin istifadəsində olmuş avtomobillərin bəziləri vəzifəli şəxslərin ailə ehtiyacları üçün sərf olunub. Bunun üçün də gün ərzində nəzərdə tutulan yanacaq normalarından çox istifadə edilməklə, dövlətə xeyli ziyan vurulub. İkinci ən əsas məqam isə xidmətin ayrı-ayrı ərazi idarələrinin səlahiyyətlərini aşaraq, qeyri-yaşayış sahələrinə kupça verilməsidir ki, Kərəm Həsənov daha çox bu məsələnin üstündə dayanıb".
Müsahibimizin iddiasına görə, məhz sonuncu məsələ illərdir ki, Kərəm Həsənovla Arif Qaraşov arasında kəskin ziddiyyətlərin yaranmasına səbəb olub: "Bu iki şəxs zaman-zaman bir-birlərini səlahiyyətlərinə müdaxilə etməkdə günahlandırıblar. Yəni Kərəm Həsənov Arif Qaraşovu qeyri-yaşyış yerlərini qanunsuz sənədləşdirməkdə, Qaraşov isə onu yaşayış sahələrini özləşdirməklə qanunu pozmaqda ittiham edib. Hətta aralarındakı narazılıq məhkəmə çəkişmələrinə də səbəb olub. Hər iki qurum arasında indiyədək bəlkə də yüzdən çox məhkəmə çəkişməsi baş verib. Amma bu illər ərzində onlardan heç biri addımdan geri çəkilməyib. İndisə Kərəm Həsənov üstün mövqeyə çatıb və Arif Qaraşovun xidmətə yenidən rəhbərlik edib-etməyəcəyi də bəlli deyil. Amma deyilənə görə, Kərəm Həsənov Qaraşovla məsələni birdəfəlik çözmək üçün tutarlı faktlar toplamağa çalışır. Onun üçün də ilk növbədə qeyri-yaşayış sahələrinə verilən kupçaların ciddi təftiş edilməsi prosesinə başlayıblar. Yəqin ki, komitə sədri toplanmış kompromatlardan istifadə edərək, Qaraşovun iddialarının üstündən xətt çəkməyə çalışacaq".
Müsahibimizin sözlərinə görə, K.Həsənov bu təftişə o qədər ciddi yanaşır ki, bu da komitə və xidmətin əməkdaşlarında şübhələr yaradıb: "Məlumatlı şəxslər deyirlər ki, Kərəm Həsənov aşkarlanan qanunsuzluqlardan istifadə edərək, təkcə Arif Qaraşovun karyerasına son qoymağı düşünmür, həm də onun həbsinə çalışır. Hətta o da bildirilir ki, Qaraşov da onu gözləyən təhlükədən xəbərdar olduğu üçün önləyici tədbirlərə əl atır. Yəqin ki, yaxın həftələrdə onlar arasında uzun zamandır davam edən çəkişmə məntiqi sonluqla yekunlaşacaq. Çünki qarşıdakı həftələrdə prezident İlham Əliyevin yeni komitənin əsasnaməsini təsdiq etməklə, bəzi məsələlərə aydınlıq gətiriləcəyi gözlənilir".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829