Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Bahar Rüstəmli : Eşşəyə minmək bir ayıb, düşmək isə...

  Sayta qoyulub: 16:41 07.06.2009 (606 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxud Teymur Əmraha bağışlanan ev niyə geri alındı?

ATV-nin "Xalq ulduzu-1" layihəsi... Müsabiqənin sayılıb- seçilən iştirakçılarından biri Şəhla Həmidova qalibiyyətə bir metr qalmış oyunu tərk etdi. Onun bu məğlubiyyətini və göz yaşlarını görən aparıcı Zaur Baxşəliyev "Şəhla, ağlama. Sən bu müsabiqədə qalibsən",- deyəndə, hamı kimi münsiflər heyətinin üzvləri də heyrətlə ona baxdı.
"Bu oğlan nə danışır? Bəyəm, görmür ki, Şəhla artıq oyundan kənardı? Hamı Zaurun Şəhlaya məhz təsəlli verdiyini zənn etdi. Zaursa "Elə bu saat imkanlı və tanınmış şəxslərdən biri ATV-yə gələrək, Şəhla Həmidovaya iki otaqlı ev bağışladı. İnanmırsınız, bu da evin sənədləri",- deyərək, əlindəki açarları sənədlə bir yerdə xalqa nümayiş etdirdi. Sonra isə onları Şəhlaya təqdim etdi.
Bir Allah bilir ki, Şəhla həmin anda nə qədər sevindi. Əlacı olsaydı quş tək qanad açardı. Çünki onun ən böyük problemi artıq həll olunmuşdu. O, daha xəstə və atasız uşağını kirayəşin qaldığı özgə mənzillərində siçovullarla bir evdə böyütməyəcəkdi.
Amma Şəhlanın bu sevinci uzun çəkmədi. Sən demə, "əliaçıq" və "səxavətli" həmin şəxsin başqa məqsədləri varmış. Şəhlanı yanına çağıtdıran şəxs, onun qarşısında müəyyən şərtlər qoydu. Nazirin iyrənc şərtlərini dinləyən ana öz körpəsini özgə divarları arasında böyütməyi, siçovullarla bir yerdə yaşamağı daha üstün tutub. Çünki bu, onun alın yazısı olmaqla bərabər, həm də addım ata bilməyəcəyi bir yol idi. Təbii ki, bütün bunlara ATV kanalı susdu. Demədi ki, axı, bu bizim kanalda və həm də xalqın qarşısında bağışlanan həddiyyədir. Hədiyyəni isə geri almaq ən azı kanalın nüfuzuna zərərdir.
Yenə eyni kanal, eyni məkan... ATV "Nömrə-1" musiqi yaraşması keçirdi. Şou-biznesin "at çapan oyunçuları" arasında Azərbaycan musiqi nəzəriyyəsini dərinliyi ilə bilən Teymur Əmrah da həmin yarışmaya qoşuldu. Yarışma başa çatan kimi həmin kanalın bütün əyləncəli və şou xarakterli verilişlərində "Nazirlərdən biri Teymur Əmraha ev bağışladı",- deyə, şou dünyasına səs-küy saldılar. Bu xəbərdən sevinməyən tək-tük adam qalardı. Hamı da Teymur Əmraha ev verən nazirə Allahdan dualar diləyirdi.
Teymursa çıxışının birində "Mən bilmirəm ona necə təşəkkür edəm. Yetimə gəl-gəl deyən çox olar, amma çörək verən tapılmaz,- deyimi yalanmış. Allah onun ruzisini artırsın. Azərbaycan xalqı belə oğlanlara hər zaman ehtiyac duyub",- dedi.
Uşaq evində böyümüş bu sadəlöhv oğlanın ilk planı isə imkansızlıqdan məkan seçdiyi Musiqi Akademiyasının balkonundan daşınmaq oldu. Amma nə yaxşı ki, çıxarkən oradakılarla sağollaşmadı. Çünki Teymur Əmrah ona hədiyyə edilən evə çatar-çatmaz bir mesaj alıb: Səni evin sahibi çağırır.
Deyilənə görə, Şəhlanın üzləşdiyi problem Teymurun başına gələnlərin yanında toya getməliymiş. Yetmin əlindən tutan nazir onun qarşısında müəyyən şərtlər qoyub. Teymur Əmrahın qoyulan şərtlərə razılaşmadığını görəndə isə "Böhran məni də vurub. Bilirsən nə var, bu zəmanədə heç kəs, heç kəsə elə-belə ev bağışlamır. Get, mənim sənə aldığım evin pulunu ödə. Axı, nəyə görə bu qədər pulumu sənə keçməliyəm?",- deyərək ona qapı göstərib.
İndi neçə vaxtdır papağını qarşısına qoyan Teymur Əmrah bir suala cavab axtarır: "Bu evi geri alacaqdınsa niyə verirdin?". Deyilənə görə, artıq əli nazirdən üzülmüş Teymurun Musiqi Akademiyasının balkonuna qayıtmağa üzü gəlmir. Belə yerdə deyiblər: "Eşşəyə minmək bir ayıb, düşmək isə ondan da ayıb".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829