Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Xəqani Cəfərov : Parisin dərdi nə?

  Sayta qoyulub: 16:08 09.02.2012 (468 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa parlamentinin 77 üzvü "erməni soyqırımı"nı inkara görə cəza qanununu nəzərdə tutan sənədin ölkənin Konstitusiyası ilə ziddiyyət təşkil etməsini nəzərə alaraq qanunvericilik aktının ləğvi üçün Konstitusiya Şurasına müraciət edib.
Nəzərinizə çatdıraq ki, bu qanunun Fransa parlamentinin aşağı və yuxarı palatalarında qəbulu Türkiyə-Fransa münasibətlərində ciddi gərginlik yaradıb. NATO-ya daxil olan və böyük dövlətlərdən sayılan Türkiyə və Fransa arasında münasibətlərin belə həddə çatması istər Brüsseldə, istərsə də Vaşinqtonda ciddi narahatlığa səbəb olub. Fransa parlamentinin 77 üzvünün qanunun ləğvi ilə bağlı Konstitusiya Şurasına müraciəti isə Fransa-Türkiyə münacibətlərindəki gərginlikdən narahat olanlarda bir ümid yaradıb. Onlar Konstitusiya ilə ziddiyyət təşkil edən bu qanunun ləğvinə ümid bəsləyirlər. Demokratik dəyərləri, ifadə və söz azadlığını müdafiə edən təşkilatlar da Fransada insan hüquqları ilə ziddiyyət təşkil edən bu qanunun əleyhinə çıxıblar.

Fransanın düşmənçiliyi

Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə gündəmə gələn uydurma erməni soyqırımını inkara görə cəzanı nəzərdə tutan qanun layihəsinin qəbuluna hələ bir il əvvəl də fransız parlamentarilər təşəbbüs göstərmişdi. Ancaq o zaman icra və qanunverici orqan arasında danışıqlardan sonra qanun layihəsi müzakirəyə çıxarılmadı.
Ötən ilin noyabrında Cənubi Qafqaza səfəri zamanı Ermənistanda olarkən Fransa prezidenti Nikola Sarkozi Türkiyəyə ilin sonuna kimi "erməni soyqırımı"nı tanımağa vaxt vermiş, əks halda müvafiq addımlar atacağı ilə bağlı Ankaranı təhdid etməyə çalışmışdı. Ankaranın belə təhdidlərə boyun əymədiyini görən Sarkozi nəyat ki, sözdən işə keçdi. Amma bugünki Türkiyə belə təhdidlərə boyun əyməyəcək qədər güclüdür və yalnız Fransanın deyil, bütün Avropanın Ankaranı buna məcbur etməyə gücü çatmayacağı da ortadadır. Görəsən, məsələ bu qədər aydın olduğu halda Fransa prezidentinin və parlamentarilərin inadının arxasında nə durur?
Əksəriyyət bunu Fransada erməni lobbisinin güclü olması, seçki ərəfəsində N.Sarkozinin erməni əsilli seçiciləri öz tərəfinə çəkməyə çalışması ilə izah edirlər. Amma bu qanun layihəsinin parlamentin hər iki palatasında asanlıqla qəbulu məsələnin arxasında başqa məqamların durmasından xəbər verir. Xüsusilə də onu nəzərə alanda ki, Senatdakı müzakirələr zamanı parlamentin yuxarı palatasının Konstitusiya və Hüquq komitələri bu qanun layihəsinin ölkənin Konstitusiyasına zidd olması haqqında rəy verməsi də senatorları dayandırmadı. Fransa parlamentarilərinin Konstitusiya ilə ziddiyyət təşkil edən bir qanuna səs vermələrinin arxasında "ermənilərə sevgi"dən daha ciddi məsələlər dayanır. Ona görə də, bu məsələni Sarkozinin erməni əsilli seçiciləri öz tərəfinə çəkmək, fransızların ermənilərə olan sevgisi ilə izah etməyə çalışmaq yanlışlıqdır. Doğrudur, məsələnin məhz indiki məqamda gündəmə gətirilməsində Sarkozinin və ayrı-ayrı siyasətçilərin siyasi maraqları da var. Lakin Fransa parlamentinin hər iki palatasının deputatlarını Konstitusiyanın ziddinə olan bir qanunu dəstəkləmələri üçün daha tutarlı səbəblər mövcuddur.

Fransa Türkiyənin daha da güclənməsindən qorxur

Fransanın son 200 illik tarixinə baxdıqda onun Şərqdə, xüsusilə də Yaxın Şərq və Şimali Afrikada müstəmləkəçilik siyasətinin qarşısında ən böyük maneənin keçmişdə Osmanlı dövlətinin, bu gün isə Türkiyə Respublikasının olduğu aydın görünür.
Xatırladaq ki, "Misirə sahib olan bütün Şərqə, Hindistana sahib olacaqdır",- deyən Napoleonun Şərqdəki işğalçılıq siyasətinin önündə ən böyük maneə Osmanlı dövləti idi. İndi də Yaxın Şərqdə və Şimali Afrikada - diktatorların devrildiyi ölkələrdə - Ankaranı özünün strateji müttəfiqi sayan, Türkiyəni özləri üçün bir model olaraq qəbul edən qüvvələrin hakimiyyətə gəlməsi Avropanın, xüsusilə də Fransanın əsəblərini tarıma çəkir. Avropanın bir sıra dövlətləri və siyasi dairələri Türkiyənin son on ildə sürətlə gücləndiyini, bir dünya dövlətinə çevrildiyini narahatlıqla seyr edirlər. Türkiyənin Avropanın satış bazarı olmaqdan çıxaraq böyük ixracatçı ölkəyə çevrilməsi, Qərbin siyasi, hərbi, texnoloji və maliyyə asılılığından qurtulması bir çox dövlətləri və siyasi dairələri ciddi şəkildə narahat edir. İndi Avropada belə fikirlər tez-tez səslənir ki, "xəstə adam" sağalıb.
Məlum olduğu kimi, ötən əsrin əvvəllərində Avropa Osmanlı dövlətini məhz belə adlandırmışdı. Uzun illər ərzində Türkiyəyə bir gün öləcək "xəstə adam" kimi baxırdılar. Uzun müddət Türkiyənin mülki və hərbi bürokratiyası üzərindəki təsir imkanlarından istifadə edərək "xəstə adam"ın sağalmağa etdiyi cəhdləri beşiyindəcə boğanlar Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsi ilə belə imkanlarını itirdilər. Ötən ilin əvvəllərindən başlayaraq Yaxın Şərq və Şimali Afrikada Qərbin "sevimli oyuncaqları" olan diktatorların devrilməsi və hakimiyyətə gələn qüvvələrin Türkiyəyə xüsusi rəğbət bəsləmələri antitürk qüvvələri daha da qıcıqlandırır və onları hansısa tədbirlər görməyə məcbur edir.
Bəllidir ki, Yaxın Şərqin və Şimali Afrikanın ən böyük dövləti olan Misirdə hakimiyyətə gələn "Müsəlman Qardaşları" Türkiyə ilə strateji müttəfiqlikdən danışır və artıq bu istiqamətdə müəyyən addımlar da atmağa başlayıblar. Liviya, Tunis, Yəmən və gələcəkdə Suriya və Əlcazirin də Misirin yolu ilə gedərək Türkiyə ilə strateji müttəfiqlik əlaqəsi quracaqları istisna edilmir. Bundan başqa, "Ərəb baharı" və "Rus qışı"nın ardınca postsovet məkanında başlaması gözlənilən dəyişiklik ruzigarının türk və müsəlman dövlətlərini əhatə edəcəyi gözlənilir ki, bu proses də Türkiyənin nüfuzunun Orta Asiyaya və Qafqazlara yayılacağına və hakim olmasına gətirib çıxaracaq. Bu proses Türkiyənin nüfuzunun artmasına və təsir imkanlarının daha da genişlənməsinə səbəb olduğu kimi, İsrailin Yaxın Şərqdəki liderliyini itirməsi ilə nəticələnəcək. İndi baş verənləri və gələcəkdə baş verməsi gözlənilənləri qorxu və dəhşət içində seyr edənlər isə Türkiyənin daha da güclənməsinin qarşısını almaq üçün müxtəlif yollar düşünürlər. Fransa parlamentinin aşağı və yuxarı palatalarının deputatlarını Kinstitusiyanın ziddinə olan qanun layihəsinin qəbuluna vadar edən əsas səbəb də məhz budur.
Amma yuxarıda qeyd etdiyimiz kimi, yaranmış vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışanlar da var. Fransa prezidenti Sarkozi də məhz belələrindəndir. Bu məsələdə onu xüsusi təşəbbüskarlıq göstərməyə vadar edən səbəb isə yalnız Fransanın erməni əsilli seçicilərinin dəstəyini qazanmaq deyil. Onu bu addıma vadar edən digər səbəb yəqin ki, damarlarında axan qandır. Türkiyənin İsrailin Yaxın Şərqdəki işğalçılıq siyasətinə qarşı daha artıq müqavimət göstərməsi və bununla barışmayacağını ortaya qoyması əslən macar yəhudisi olan Nikola Sarkozi kimi bir çox yəhudi əsilli siyasətçiləri də Ankara əleyhinə aktiv hərəkətlərə vadar edib.

Azərbaycanın seçimi

Yaranmış vəziyyət Azərbaycanı da seçim qarşısında qoyub. Artıq "balanslı siyasət" yürütməyin zamanı keçib. Hətta müəyyən qədər gözləmə mövqeyi seçmək və "suların durulması"nı gözləmək də effektli deyil. Hiss olunur ki, rəsmi Bakı ümidini Fransa Konstitusiya Şurasının bu qanunun ölkənin əsas qanununa zidd olduğuna görə ləğv edəcəyinə ümid bəsləyir. Ancaq Konstitusiya Şurasının bu qanunu ləğv etməsi ilə Parisin və Avropanın bəzi siyasi dairələrinin antitürk siyasətinə son qoyacağını gözləmək olmaz. Bu, siyasi simpatiya və ya antipatiya məsləsi deyil. Bu, siyasi, hərbi və iqtisadi maraqların toqquşmasıdır, bunun qarşısı kiminsə xoş məramı ilə alına bilməz. Deməli, qarşıda bizi siyasi rəqabətin daha kəskin xarakter alacağı dövr gözləyir. Bu isə o deməkdir ki, Fransa Türkiyəyə olduğu kimi, Azərbaycana qarşı da obyektiv mövqe tutmayacaq. Buna görə də, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmasına nail olmalıdır. Prespektivdə Fransa şirkətlərinin Azərbaycanın neft və qaz yataqlarının işlənməsindən də kənarlaşdırılması istisna edilməmədilir. Bu, hissə qapılma deyil, günümüzün reallıqlarının diqtəsidir. Azərbaycanın sərvətləri hesabına daha da güclənən bir dövlət onun düşməninin müdafiəçisi rolunda çıxış edir. Azərbaycan düşmənini müdafiə edənin güclənməsində necə maraqlı ola bilər? Azərbaycanın milli maraqları özünün və müttəfiqlərinin güclü olmasını diqtə edirsə, siyasətini də buna uyğun qurmalıdır.

Fərəh doğuracaq məqamlar

Fransanın məlum qanunun qəbuluna cəhd etməsi Türkiyədə və Azərbaycanda böyük narazılıq yaratmasına baxmayaraq, bu məsələ bir neçə sevindirici məqamı da üzə çıxardı. Türkiyə və Azərbaycan ictimaiyyətinin lazımi anda eyni mövqedən çıxış etməsi, hər iki ölkədə vahid maraqlar naminə istənilən fədakarlığa hazır olması çox qürurvericidir. Bu mənada Rüstəm İbrahimbəyovun Fransa ordenindən imtina edəcəyini bildirməsi xüsusi qeyd edilməlidir.
Bu proses zamanı ən böyük qürurverici hadisə isə Təbrizdə - Azərbaycanın tarixi paytaxtında Fransa və Ermənistan prezidentlərinin şəkillərinin yandırılması oldu. Əbəs yerə deməyiblər ki, hər bir şərdə bir xeyir də var. Düşmənlərin təzyiqləri Azərbaycanın Şimalı kimi Cənubunu da ayağa qaldırır. Təbrizdəki hadisə həm də BÖYÜK AZƏRBAYCANIN yalnız gözəl xəyal olmadığını sübuta yetirir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#Xəqani Cəfərov bölümünün son 20 xəbəri:



#Xəqani Cəfərov bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031