Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Səbail rayon İcra Hakimiyyətində 2011-ci ilin yekunlarına dair konfrans keçirilib

  Sayta qoyulub: 14:39 01.02.2012 (95 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon İcra Hakimiyyətində 2011-ci ilin yekunlarına dair konfrans keçirilib

Bakı şəhərinin Səbail rayon İcra Hakimiyyətində 2011-ci ilin yekunlarına dair konfrans keçirilib. Ölkənin və Səbail rayonunun sosial-iqtisadi həyatından bəhs edən video-çarx nümayiş olunduqdan sonra İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hesabat xarakterli çıxış edib.

A.Əsgərov bildirib ki, rayonun yol təsərrüfatı, nəqliyyat, ekologiya, səhiyyə, rabitə və informasiya sahəsi, qaz, elektrik enerjisi, istilik, su və kanalizasiya təchizatının yüksək səviyyəyə qaldırılması üçün bir sıra infrastruktur layihələri həyata keçirilib: “Ötən il Səbail rayonunda nəzərəçarpacaq müsbət dəyişikliklər baş verib. 2011-ci ilin yekunlarına görə rayonun sənaye müəssisələri üzrə 24 milyard 338,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz çox məhsul istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 92,6 faiz olub. Sənaye məhsulunun natura ifadəsində həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artıb”.

A. Əsgərov qeyd edib ki, 2011-ci ildə Səbail rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına rayonda bir sıra genişmiqyaslı təmir-abadlıq işləri aparılıb ki, bu işlərin də əksəriyyəti sosial yönümlü olub, vətəndaşların rifahının yüksəldilməsinə yönəlib.

Tədbirdə Bayıl yaşayış sahəsindəki “Əbədi məşəl” kompleksinin yaxınlığında “Gülüstan” sarayına doğru uzanan ərazidə torpaq sürüşməsi hadisəsinə də toxunulub və bildirilib ki, hazırda müvafiq qurumlar tərəfindən bu ərazidə qoyulan mayaklar gündəlik yoxlanılır, heç bir aktivləşmə və sakinlərin həyatı üçün hər hansı təhlükə baş verməyib.

Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov, Prezident Administrasiyası ərazi idarəetmə şöbəsinin məsul işçisi Tağı Tağıyev və digərləri də çıxış edib.

Yığıncağın sonunda bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2011-ci ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr göstərən 10 orta məktəb şagirdinə hədiyyələr təqdim olunub.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031