Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : AXCP sədrinin müavini Avropa Komissiyasının rəsmisi ilə görüşüb

  Sayta qoyulub: 17:42 27.01.2012 (54 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədrinin müavini  Avropa Komissiyasının rəsmisi ilə görüşüb

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Avropa Komissiyasının rəsmisi Jerome Pons ilə görüşüb. Görüşdə prezidentin əfv fərmanı ilə azadlığa çıxan, AXCP Gənclər Komitəsinin fəalı Cabbar Savalanın təhsil məsələsi müzakirə edilib.

Cabbar Savalanın ya Azərbaycanda, ya da xaricdə təhsilini davam etdirməsi üçün mümkün variantlar ətrafında fikir mübadiləsi aparılıb. Avropa Komissiyasının rəsmisi də Cabbar Savalanın təhsilini davam etdirməsinin vacibliyini qeyd edib.

AXCP rəsmisi daha sonra müxalifətin icazəli aksiyalar keçirmə mümkünlüyünün hazırda müzakirə edildiyini bildirib. Lakin, bu məsələdə iqtidar qarşılıqlı addım atmalı və aksiyaların keçirilməsi üçün adekvat yerlər təklif etməlidir. Adekvat olmayan yerlərə getmək isə təhlükəsizliyin təmin edilməsi ilə bağlı çətinlik yaradır. Avropa Komissiyasının rəsmisi bu məsələnin gündəlikdə olduğunu və ATƏT-in də bu sahədə səyləri olduğunu deyib.

Razi Nurullayev Avropa Komissiyasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yaradılan Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycandakı fəaliyyətinə də toxunub və müzakirələr aparıb. O qeyd edib ki, Vətəndaş Cəmiyyəti Forumuna hər il keçirilən seçim prosesində qeyri-şəffaflıq əlamətləri sezilməkdədir və bu məsələnin ciddi müzakirəyə ehtiyacı var. Hər il aparılan seçimlər nəticəsində vətəndaş cəmiyyəti sektorunda fəal insanlar, sanki bilərəkdən kənarda saxlanılır. Avropa Komissiyasının rəsmisi bu məsələ ilə ciddi maraqlanacağına söz verib. Razi Nurullayev isə bu məsələnin çox önəmli olduğunu və bununla bağlı şəxsi araşdırmalarını da aparacağını deyib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829