Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : AŞPA-nın hesabatı deputatlarımızın narazılığına səbəb olub

  Sayta qoyulub: 17:38 27.01.2012 (77 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın hesabatı deputatlarımızın narazılığına səbəb olub

Bu gün AŞPA-nın qış sessiyasının son plenar iclasında “Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması” adlı hesabat dinlənilib.

AŞPA-nın İnsan haqları və hüquqi məsələlər komitəsinin sədri, litvalı deputat Egidijus Vareikisun təqdim etdiyi hesabata azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat öz əksini tapmayıb və Cənubi Qafqazda bu problemlə bağlı durum ümumi ifadələrlə qeyd olunub. Bu isə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın narazılığına səbəb olub. Azərbaycanlı millət vəkili insanların, əhalinin zorla öz torpaqlarından, evlərindən köçürülməsi məsələsinin çox ciddi bir məsələ olduğunu bildirib: “Biz də Avropa Şurasının bu problmin həllinə ciddi dəstək verməli olduğunu dəstəkləyirik. Amma məruzəçi hesabatda göstərir ki, Qafqaz regionunda da baş verən hadisələrdə əhalinin zorla köçürülməsi halları var. Hesabatda bu məsələni konkret, aydın və adı ilə yazmaq lazımdır. Bu məruzədə əksini tapmalıdır ki, 1988-ci ildə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 250 minə yaxın azərbaycanlını öz torpaqlarından, öz evindən zorla qovub. Biz bu faktın sənəddə öz əksini tapmasını istəyirik. Eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistan dövləti, Ermənistan Silahlı Qüvvələri tərəfindən qaçqın və məcburi köçkünə çevrilib. Bu halların məruzədə ciddi şəkildə əksini tapması lazımdır. Qeyd etdim ki, hər bir kəsin individual olaraq haqları qorunmalıdır. Amma burada söhbət yüz minlərlə insandan gedir. Və bu insanların məsələsinin açıq şəkildə hesabatda əksini tapması lazımdır”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829