Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : «Biz Qarabağ qaziləri hər zaman Türkiyənin yanındayıq»

  Sayta qoyulub: 10:48 27.01.2012 (50 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

«Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza müəyyən edən qanunu qəbul etməklə, işğalçı Ermənistanın Cənubi qafqazda 22 ilə yaxın bir müddət ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılığa və separatizimə dolayısıyla dəstək vermiş oldu. İstər Çarkozi, istərsə də fransız seratorlar daha yaxşı olardı ki, belə bir qanunu qəbul etməzdən öncə ermənilərin Xocalda həyata keçirdikləri soyqırımla bağlı faktları gözdən keçirəydilər. O zaman bəlkə də 100 il bundan əvvəlki hadisələri deyil, məhz Xocalı soyqırımı haqda vicdanlarının səsinə qulaq asçaraq nəsə bir sənəd qəbul edərdilər».

Bunu Qarabağda gedən döyüşlərdə qəhramanlıq göstərərək ulu öndər Heydər Əliyev tərəfindən ölkənin ən ali mükafatlarından biri ilə təltif olunan Milli qəhraman İbad Hüseynov bildirib. Onun sözəlrinə görə Fransa daima ermənilərlə birlikdə olub və davamlı olaraq da ölkəsində erməni terror təşkilatlarını dəstəkləyən addımlar atıb: «Xatırlayırsınızsa ASALA-nın ən qəddar terrorçusu, Qarabağda Xocalıda və digər ərazilərdə azərbaycanlılara qarşı qətliyamların başında duranlardan biri Monte Melkumiyan («Avo» ləqəbli) bu ölkədə vaxtilə türk diplomatlarına qarşı həyata keçirdiyi terror aktlarından sonra həps olunmuşdu. Sonradan məhz Fransa rəhbərliyinin köməkliyi ilə o həpsdən azad olunaraq Ermənistana göndərildi».İ.Hüseynov qeyd etdi ki, «Avo» Ermənistana gəldikdən sonra, məhz indi İrəvanda rəhbərlikdə olan Serj Sarkisiyanla birlikdə Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımların sayı artdı. Amma mən bu fransadan gəlmiş vəhşinin xalqımıza qarşı qanlı cinayətlərinə son qoydum. Qarabağda, Muğanlıda onunla üz-üzə gəldiyimiz zaman fürsəti əldən vermədim, indi o cəhənnəmdədir. Əgər onu mən öldürməsəydim bəldkə də bu terrorçu hələ də özünün qanlı əməllərini davam etdirirdi. Fransanın siması budur və Senatda da qəbul olunan sənədin mahiyyəti, ruhu bütüövlükdə ermənilərin düşüncəsini ifadə edir». İ.Hüseynov sonda onu da qeyd etdi ki, biz Qarabağ qaziləri hər zaman Türkiyənin yanında olmuşuq və indən sonra da ən ağır günlərdə olacağıq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829