Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq etdi: çovğun olacaq

  Sayta qoyulub: 13:41 27.01.2012 (103 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq etdi: çovğun olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Qurumun məlumatına görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, axşam 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. 27-si axşam, 28-nə keçən gecəyə doğru çovğun olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında

Yanvarın 27-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv, axşama doğru şimal və şərq rayonlarında güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında - arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaqdır.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 8-13° şaxta, gündüz 2-6° şaxta olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 10-15° şaxta, gündüz 5-9° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Dağlarda duman olacaq. Temperaturun gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 6-11° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.

Xəbərdarlıq

Yanvarın 27-si axşamdan 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qar yacağı şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 27-si axşam, 28-də çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 27-dən 30-dək Abşeron yarımadasında soyuq temperatur diskomfortunun davam edəcəyi gözlənilir. Yanvarın 27-si axşam və 28-də qarlı və şaxtalı hava şəraiti güclü xəzri küləyi fonunda daha da kəskinləşdiyindən meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət görülmür.#351;

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829