Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Vətəndaş Həmrəyliyi Partiyasıdan hakimiyyətə çağırış

  Sayta qoyulub: 14:17 26.01.2012 (47 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasıdan hakimiyyətə çağırış

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası Fransa Senatının «erməni soyqırımı»nı inkar edənlərə cəza nəzərdə tutan qanun qəbul etməsinə bəyanatla münasibət bildirib. VHP-nin MİA-ya daxil olan bəyanatında deyilir:

«Tarixdə baş verməyən bir hadisəni, qondarma «erməni soyqırımı»nın bir sıra dünya ölkələrinin parlamentlərində rəsmən tanınması əslində Türkiyəyə siyasi-iqtisadi təzyiqin bariz nümunəsidir. Türkiyə dəfələrlə Osmanlı arxivini tarixçilərin üzünə açmağa hazır olduğunu və gerçəkliyin üzə çıxmasında marağını ifadə etməsinə baxmayaraq, hələ də bu müraciətlər nəticəsiz qalıb, tarixi faktları araşdırmaq əvəzinə isə Fransa Senatı daha ilginc bir qanun qəbul etdi. «Erməni soyqırımı»nı inkar edənlərə cəza nəzərdə tutan bu qanun, Türkiyəyə təzyiq olmaqla bərabər, həm də insan hüquq və azadlıqlarının beşiyi olan Fransa və Avropa dəyərlərinə qarşı yönəlib.

Təsadüfü deyil ki, qanunun ifadə azadlığını məhdudlaşdırdığını dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da etiraf edir və bu qanuna qarşı çıxırlar. Hər kəsin fərqli düşünmək və danışmaq hüququnu tanıyan Fransa Senatının «erməni soyqırımını» inkar edən vətəndaşına 1 illik cəza və ya 45 min avro cərimə qanunu, əlbəttə ki, fundamental insan azadlığına kəskin ziddiyyət təşkil edir.

Fransanın öz demokratik ənənələrinə zidd olaraq qəbul etdiyi bu qanun yalnız Türkiyə və Türk Dünyasına qarşı böyük planın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, bu qanun təkcə Türkiyəni deyil, həm də Azərbaycanın dövlətçilik maraqlarını təhdid edir. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları ilə ədalətli həll prosesində iştirak edir. Ancaq ermənilərin mənafeyinə uyğun qərar qəbul etməkdən ötrü hətta demokratiya və ifadə azadlığını məhdudlaşdıran Fransanın Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və Dağlıq Qarabağ ətrafı 7 rayonun taleyinin ədalətli həllində bitərəf mövqe tutacağı ciddi sual altındadır.

VHP Siyasi Şurası Fransanın bu addımını ifadə azadlığının məhdudlaşdırılması kimi kəskin pisləyir, bunu Türkiyə və Azərbaycana qarşı yönəlmiş ədalətsiz siyasi təzyiqin tərkib hissəsi sayır və Azərbaycan hakimiyyətindən Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən dərhal uzaqlaşdırılması və Fransa-Azərbaycan siyasi-iqtisadi münasibətlərinə yenidən baxmasını tələb edir”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829