Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Nəqliyyat Nazirliyinin bir ilə xərclədiyi yarım milyard manatın siyahısı

  Sayta qoyulub: 13:52 26.01.2012 (81 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat Nazirliyinin bir ilə xərclədiyi yarım milyard manatın siyahısı

Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-ci ildə keçirilmiş tenderlərin qeydiyyatı haqda sənədində göstərilib ki, Nəqliyyat Nazirliyi həmin il ümumilikdə 523 milyon 457 min 807 manat həcmində tender keçirib.

Bu tenderlərin qalibləri arasında “Samur Holding” MMC, “Fİ-İnşaat” MMC, "İHİ" MMC, “Orion E”MMC, “Akkord”, “Kəpəz V”MMC və digər şirkətlərin adları var. Axırıncı şirkət – “Kəpəz V” MMC Nəqliyyat Nazirliyinin 2011-ci ildə elan etdiyi 18 tenderdən 5-nin qalibi olub. Şikrətə ümumilikdə 124 milyon manata yaxın iş sifariş olunub. Bunlar aşağıdakılardır:

Goran-Naftalan avtomobil yolunun əsaslı təmiri – 14 milyon manat,
Gəncə avtomobil yolunun əsaslı təmiri – 20 milyon manat,
Bakı-Ələt avtomobil yolunun 50-69 kilomterlik sahəsinin yenidən qurulması – 44 milyon manat (hər kilometrə 2.3 milyon manat),
Zığ dairəsi-Heydər Əliyev hava limanı avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yolunun tikinti işləri – 38 milyon manat,
7 miylona Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən dəmir yolu xətti üzərində yol qovşağının reabilitasiya işlərinin aparılması – 7 milyon manat,
Kürdəmir-İmişli avtomobil yolunun əsaslı təmirinə - 7 miyon 600 min manat ayrılıb.

Nəqliyyat Nazirliyi "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi" layihəsi çərçivəsində Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulan yeni Liman Kompleksi ilə bağlı 142 milyon manat həcmində tendər keçirib.

Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yol qovşağının tikinti işləri ilə bağlı elan olunmuş tenderi isə “Körpü-Bina-Tikinti”MMC udub. Həmin yol qovşağının tikintisinə 125 milyon manat ayrılıb.

Bundan başqa “Gəncə-Körpü-Tikinti”MMC Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol qovşağının tikintisi ilə bağlı elan olunmuş tenderdə də qalib gəlib. Bu yol qovşağının tikintisinə isə 32 milyon 500 min manat ayrılıb.
“Akkord” 43 miyon manata Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintinisi ilə bağlı tenderdə qalib gəlib.
2011-ci ildə Bakıda müxtəlif tunellər, yeraltı keçidlərin tikintisinə ayrılan vəasitlər haqqında da Komitənin məlumatında qeydlər var: Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində tunelin tikintisi - 41 milyon 500 milyon manat (tenderi “İHİ” MMC udub.),
Neftçilər prospekti ilə Sərdar Səfərov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin tikintisi – 5 milyon manat,

Ümumilikdə 2011-ci ildə Nəqliyyat Nazirliyinin sifarişi ilə təxminən 141 milyon 880 min manat, “Azəryolservis” ASC-nin sifarişi ilə isə 381 miyon 580 min manat həcmində tender keçirilib.
Azadlıq Radiosu

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829