Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : İcra başçısı “Kür” Qərargahının koordinatoru ilə görüşdü

  Sayta qoyulub: 17:00 25.01.2012 (40 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İcra başçısı “Kür” Qərargahının koordinatoru ilə görüşdü

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevlə görüşüb. MİA-nın məlumatına görə, Kür- Araz daşqınlarının təsirinə məruz qalmış vətəndaşların 07 yanvar 2012- ci ildə Sabirabadda keçirilməsi nəzərdə tutulan görüşün baş tutmasına yerli hakimiyyət orqanlarının imkan verməməsindən sonra “Kür” Qərargahı Prezident Adminstrasiyasına və Sabirabad RİH başçısına rəsmi müraciət etmişdi.

İcra Hakimiyyətinin başçısı N. İsmayılovun təşəbbüsü ilə keçirilən görüşdə 2010- cu ilin yazında baş vermiş daşqınların nəticələri, görülən işlər və mövcud problemlər müzakirə olunub. Görüşdə Sabirabad rayonunun daşqınlar nəticəsində ən ciddi ziyan dəyən rayon olduğunu bildirən İcra Hakimiyyətinin başçısı ötən müddət ərzində dövlət başçısının tapşırıqları əsasında hökümət komissiyası ilə birlikdə rayonda görülən işlərdən danışıb. O, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının daşqınların ilk günlərindən bölgədə fəaliyyət göstərdiyindən məlumatlı olduğunu, Qərargahın fəaliyyətini izlədiklərini və təqdir etdiklərini bildirib.
Görüşdə təmsil etdiyi qurumun yaranma zərurəti, gördüyü işlər və fəaliyyəti barədə danışan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev həqiqətən Sabirabad rayonunun 2010- cu ilin yazında baş verən daşqınların ən çox təsirinə məruz qalan rayon olduğunu bildirərək bu istiqamətdə görülən işlərdən və mövcud problemlərdən danışıb. Fəlakətin nəticələrinin aradan qaldırılmasında bir başa görəv sahibi olan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etdiklərini bildirən Qərargahın koordinatoru daşqınların təsirinə məruz qalan sakinlərdən son bir neçə ayda 500- dən artıq şikayət məktubu aldıqlarını qeyd edərək bütün problemlərin dövlət qurumları ilə dialoq və əməkdaşlıq müstəvisində həllinə önəm verdiklərini söyləyib.
Görüşdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının daşqınlardan ziyan çəkmiş sakinlərlə Sabirabadda nəzərdə tutulan görüşünün fevral ayının əvvəllərində keçirilməsi bardə ümumi razılıq əldə olunub.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829