Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : QHT Şurası 2011-ci ilin hesabatını verdi

  Sayta qoyulub: 13:32 25.01.2012 (44 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

QHT Şurası 2011-ci ilin hesabatını verdi

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2011-ci ilin yekunlarına dair hesabat konfransı keçirib.

Konfransda çıxış edən Şura sədri Azay Quliyev 2011-ci ilin QHT-lər üçün uğurlu olduğunu bildirib. O qeyd edib ki, ötən ildə Şuranın müxtəlif vaxtlarda keçirdiyi 4 maliyyə yardımı müsabiqəsində 350-dən artıq QHT-nin layihəsinı qrant ayrılıb. Layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin ümumi həcmi 2 milyon 102 min manat olub. A.Quliyev deyib ki, dəstəklənən layihələr qaçqın və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqəsinin sosial ehtiyatlarının ödənilməsi, təhsil, səhiyyə, mədəniyyət məsələləri ilə bağlı problemlərin həlli və ictimailəşdirilməsi üçün faydalı olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov isə bildirib ki, ildə iki dəfə keçirilən ənənəvi müsabiqədən əlavə ötən il Şura korrupsiyaya qarşı mübarizə və turizm istiqamətində müsabiqə elan edib: “Müsabiqələrdə 338 layihəyə 2 milyon manatdan çox vəsait ayrılıb. Bu layihələr hesabına 690 nəfər daimi, 560-dan çox adam isə müvəqqəti iş yeri ilə təmin olunub”.
F.Qurbanovun sözlərinə görə, ötən il Şuranın maliyyələşdirdiyi layihələr çərçivəsində 250-dən çox nəşr işıq üzü görüb ki, bunlardan 52-si kitabdır.

Konfransda həmçinin Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi qanunla əlaqədar ölkə QHT-ləri adından bəyanat qəbul edilib.

Eyni zamanda tədbirdə 2011-ci ildə maliyyələşən layihələr və “Azərbaycan qeyri-hökumət təşkilatları” kitablarının təqdimatı da keçirilib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829