Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) nəqliyyat vasitələri sürücüləri və sahiblərinə müraciət edib. BDYP bəyan edib ki, 01.01.2012-ci il tarixdən respublika ərazisində daimi və müvəqqəti qeydiyyàtdà olàn hüquqi və fiziki şəõslərə məõsus àvtomotonəqliyyàt vàsitələrinə illik dövlət teõniki bàõışı başlayıb. Baxışın müàsir àvadànlıq və ölçü cihàzlàrı ilə təchiz edilmiş müayinə məntəqələrində keçirilməsi məqsədilə Baş DYP İdarəsinin respublika ərazisində regional şöbələri yaradılmış və bu regional şöbələr üzrə rayonlar müəyyənləşdirilib.
Belə ki, Bàkı şəhərində qeydiyyàtdà olàn nəqliyyat vasitələri Baş Dövlət Yol Polisi İdarəsinin Zàbràt-Màştàğà şossesində yerləşən müàyinə mərkəzində, Sumqayıt şəhəri, Xızı, Siyəzən, Qobustan və Àbşeron rayonlarında qeydiyyàtdà olànlar Sumqayıt regional imtahan-qeydiyyat və texniki baxış şöbəsində, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında qeydiyyàtdà olànlar Xaçmaz regional, Ağsu, Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarında qeydiyyàtdà olànlar Ağsu regional, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarında qeydiyyàtdà olànlar Şirvan regional, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında qeydiyyàtdà olànlar Lənkəran regional, Ağcabədi, Ağdam, Xocalı, Xocavənd, Şuşa, Beyləqan və Zərdab rayonlarında qeydiyyàtdà olànlar Ağcabədi regional, Yevlax, Ağdaş, Göyçay, Ucar, Mingəçevir şəhəri, Tər-tər, Bərdə və Kəlbəcər rayonlarında qeydiyyàtdà olànlar Yevlax regional, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarında qeydiyyàtdà olànlar Şəki regional, Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy və Naftalan rayonlarında qeydiyyàtdà olànlar Gəncə regional, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Şəmkir rayonlarında qeydiyyàtdà olànlar Tovuz regional, İmişli, Cəbrayıl, Füzuli, Qubadlı, Laçın və Zəngilan rayonlarında qeydiyyàtdà olàn avtomotonəqliyyat vasitələri isə İmişli regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində illik texniki baxışdan keçməlidirlər.
Baxışın keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yuxarıda qeyd olunan mərkəz və şöbələrə nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:
- nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;
- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
Vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və onların əlavə vaxt itkisinin qarşısının alınması məqsədilə teõniki bàõış zamanı müəyyən edilmiş rüsum və vergilərin ödənilməsi, habelə nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin alınması üçün paytaxtın müayinə mərkəzində və regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində lazımı şərait yaradılıb. Bu səbəbdən şəxsiyyət vəsiqəsinin vətəndaşların üzərində olması vacibdir.
Respublika üzrə bütün baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.