Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : QAT: "Düşmənlə düşmən kimi rəftar edilməlidir"

  Sayta qoyulub: 16:09 24.01.2012 (44 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

QAT: "Düşmənlə düşmən kimi rəftar edilməlidir"

Bu gün Qarabağ Azadlıq Təşkilatı bəyanat verib. Bəyanatda QAT Soçi və Parisdə təxminən eyni vaxtda qəbul olunmuş sənədləri türk və islam dünyasına qarşı qərəzli, düşmən mövqeyi kimi, həmçinin Azərbaycan və Türkiyə diplomatiyasının uğursuzluğu kimi dəyərləndirib:

“Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə baş tutmuş üçtərəfli görüşün nəticəsi olaraq qəbul olunmuş birgə bəyanat Azərbaycanın maraqlarına qətiyyən cavab vermir və Qarabağ münaqişəsi ilə bağlı status-kvonun saxlanılmasına xidmət edir. Bu sənəddəki humanitar əlaqələrin inkişaf etdirilməsinə dair bənd isə heç bir məntiqə sığmır. İşğalçı və terrorçu Ermənistan rejimi ilə, bu uşaq və qadın qatilləri ilə hər hansı humanitar əməkdaşlığa getmək milli maraqlara xəyanətdir”.

Bəyanatda qeyd edilib ki, Fransa Senatının uydurma “erməni soyqırımı”nın inkarına görə cəza verilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməsinin antitürkiyə və antiazərbaycan mövqeyini göstəricisidir: “Bu xoşagəlməz vəziyyət Azərbaycan və Türkiyə diplomatiyasının dişsiz, cəsarətsiz, əsassız güzəştlərə meylli siyasətlərinin nəticəsidir. Türkiyənin məntiqsiz “futbol diplomatiyası”, Ermənistanla sərhədlərin açılması istiqamətində atdığı addımlar, “Həpimiz Hrant Dinkiq” kimi gülünc təşəbbüsləri, Azərbaycanın işğalçı Ermənistan qarşısında daim güzəştlərə getməsi, üzdəniraq “xalq diplomatiyası” oyunlarına şərait yaratması məhz bu cür ağır vəziyyətə gətirib çıxarmalı idi. Biz hesab edirik ki, düşmənə qarşı yumşaq, mənasız loyallıq və tolerantlıq siyasətinə son qoyulmalı, düşmənlə düşmən kimi rəftar edilməlidir:

- Fransa ilə bütün siyasi, iqtisadi, mədəni, diplomatik əlaqələrə son qoyulmalıdır.
- Fransa Minsk qrupundan dərhal çıxarılmalı, rədd edilməlidir.
- İşğalçı Ermənistanla danışıqlar və münasibətlərin normallaşdırılması, hansısa əlaqələrin yaradılması siyasətindən imtina edilməlidir.
- Azərbaycan ləngimədən torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başlamalı, Türkiyə bu müharibəyə dəstəyini əsirgəməməlidir”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829