Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Lalə Şövkətin hökumətdən 7 maddəlik tələbi

  Sayta qoyulub: 15:52 24.01.2012 (70 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Lalə Şövkətin hökumətdən 7 maddəlik tələbi

“Dünən Fransa Senatı qondarma "erməni soyqırımını" inkara görə cinayət məsuliyyətinin nəzərdə tutan və Fransa Milli Assambleya tərəfindən artıq qəbul olunmuş qanun layihəsini təsdiq edib. Bu qanun həm tarixin kobud saxtalaşdırılması, həm də ümumbəşəri dəyər olan söz azadlığına, ifadə azadlığına olan böyük zərbədir. Bununla Fransa Senatı nəinki Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlərə böyük ziyan vurdu və Fransaya olan etimadın tam itirilməsinə təkan verdi, həm də öz dəyərlərinə xəyanət etdi”.

MIA-nın məlumatına görə, bu bəyanatla ALP lideri, professor Lalə Şövkət çıxış edib. Bəyanatda qeyd olunur ki, Fransanın Xalq Hərəkatı Uğrunda Birliyi (Union pour un Mouvement Populaire) partiyası tərəfindən qondarma "erməni soyqırımının" tanınması və bunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanun layihəsi Fransa parlamentinə təqdim olunandan dərhal sonra keçən il dekabrın 17-də L. Şövkət xüsusi bəyanatla çıxış edib və ondan sonra da mediada Azərbaycan hakimiyyətini təcili olaraq bu ədalətsiz, qəbuledilməz populist siyasi aksiyaya qarşı kompleks tədbirlər görülməsini tələb edib: “Amma, çox təəssüf ki, Azərbaycan iqtidarı bu ərəfədə hər hansı bir adekvat yetərli addım atmadı. Bu çox acınacaqlıdır, ona görə ki, bu məsələ təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bir addımdır. Məhz Azərbaycanın Qarabağ probleminə görə 20 ilə yaxındır Ermənistanla bütün diplomatik əlaqələri kəsən, bununla bərabər dünya ictimaiyyətinin və Avropa Birliyinin təkidlərinə baxmayaraq Türkiyə-Ermənistan sərhədlərini açmayan Türkiyə birmənalı olaraq Azərbaycana dayaq durduğunu və əsl strateji müttəfiq olduğunu sübut etdi. Lakin, buna rəğmən Azərbaycan hakimiyyəti Fransa ilə münasibətlərdə öz kəskin mövqeyini ortaya qoya bilmədi”.

Bəyanatda daha sonra vurğulanır ki, bu gün, Qarabağ probleminin həll olunmaması ilə təcəssüm olunan geosiyasi izolyasiyada olan Azərbaycan üçün Türkiyə ilə sıx, sözün əsl mənasında strateji müttəfiqlik münasibətləri həyati zərurətə çevrilib. Bunu dərk etməmək dövlətçiliyimiz üçün böyük təhlükə ilə nəticələnə bilər. Azərbaycan iqtidarı "Bir millət – iki dövlət" deyimini şüar deyil, gərçək strateji siyasi xətt olduğunu sübut etməlidir. Bu, Azərbaycanın milli maraqlarına yeganə cavab verən bir strategiyadır.

Bu gün Azərbaycan dövlətindən təxirəsalınmaz qətiyyətli və cəsarətli addımlar tələb olunur:

1. İlk olaraq, Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən dərhal uzaqlaşdırılmalıdır.
2. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır.
3. Yaranmış duruma uyğun olaraq Azərbaycanın Fransa ilə siyasi, iqtisadi və mədəni əlaqələrinə yenidən baxılmalıdır.
4. Türkiyə-Azərbaycan Yüksək Strateji Əməkdaşlıq Konseyi Fransanı onun parlamenti tərəfindən qəbul olunmuş bu mənfur qanunun Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Konvensiyasına zidd olduğuna görə Avropa İnsan Haqları Məhkəməsinə verməlidir.
5. Dövlət başçısı, onun xanımı və Fransanın "Fəxri legion" ordeni ilə təltif olunan digər Azərbaycan vətəndaşları Fransanın bu addımına etiraz olaraq bu ordendən imtina etməlidirlər.
6. Azərbaycan vətəndaşlarına Fransaya səyahət etməmək tövsiyə olunmalıdır.
7. Bütün digər hüquqi, siyasi, iqtisadi, sosial yöndə addımlar Türkiyə ilə birgə uzlaşmalıdır.

Ümidvaram ki, Azərbaycan hakimiyyəti bu dəfə öz birmənalı mövqeyini əməlləri ilə sübut edəcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829