Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Əli Əliyevin prezidentdən tələbi var

  Sayta qoyulub: 13:08 24.01.2012 (68 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əliyevin prezidentdən tələbi var

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Fransa parlamentinin qərarı ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda deyilir ki, Fransa Senatı qondarma “erməni soyqırımı”nın inkarına görə həbs cəzası və 45 min avro dəyərində maliyyə cəriməsi nəzərdə tutan qanun layihəsini qəbul edib və bu fakt obyektiv tarixi həqiqətlərin ən kobud formada tapdalanması olmaqla yanaşı, Fransanın mövcud siyasi elitasının ali dəyərlər sırasında öndə gələn insan hüquq və azadlıqlarına yönəlik münasibətindəki saxtakarlığı növbəti dəfə təsdiqlədi: “Fransa Senatında təmsil olunan bu ölkənin aparıcı siyasi qüvvələri dünyaya bir daha nümayiş etdirdilər ki, onlar üçün dar siyasi maraqlar həqiqət və ədalətin fövqündə dayanır. Bütün hallarda uzun müddətdir, ətrafında davamlı polemikaların aparıldığı bir mövzuya nöqtə qoyulduğu nəzərə alınmalı və artıq əsas diqqətimiz Fransa Senatının erməni təəssübkeşliyindən irəli gələn qərarına cavab olaraq atacağımız kompleks addımlara yönəlməlidir.

Fransa parlamentinin aşağı palatası - Milli Məclisin 2011-ci il dekabrın 22-də haqqında danışılan qanun layihəsini qəbul etməsindən sonra Vətəndaş və İnkişaf Partiyası (VİP) olaraq, yaydığımız xüsusi bəyanatda Azərbaycan hakimiyyətinin bu istiqamətdə atmalı olduğu addımlarla əlaqədar təkliflərimizi açıqladıq. Amma çox təəssüf ki, Fransanın məlum təşəbbüsünün davamında rəsmi Parislə adekvat davranmalı olan Azərbaycan hakimiyyəti deklorativ fəaliyyətə üstünlük verməklə öz vəzifəsini bitmiş hesab etdi. Bununla da, “erməni soyqırımı” məsələsində Fransanın qismində Qərbin böyük təzyiqləri ilə üzləşən Türkiyə beynəlxalq arenada demək olar, yalnız buraxıldı. Rəsmi Bakının bu məsələdə tutduğu ifrat çəkingən mövqe ölkə daxilində ciddi narazılıqla qarşılandığı kimi, Türkiyə ictimaiyyətində də dərin məyusluq doğurdu. Belə çıxır ki, Azərbaycan hər bir məsələdə Türkiyədən qardaş köməyi tələb edə bilər, amma ümumi maraqların birgə qorunması zərurəti aktuallaşdıqda, Bakı Ankaranın yanında olmağa cəsarət etmir və ya buna can atmır. Bu, Türkiyə ilə münasibətlərdə “Bir millət, iki dövlət” prinsipinin rəhbər tutulduğunu bəyan edən Azərbaycan hakimiyyəti üçün utancgətirici bir haldır. Hər kəs bilməlidir ki, Türkiyəyə yönələn təzyiqlərin digər tərəfi məhz Azərbaycandır və həmin basqılar yalnız birgə səylər nəticəsində dəf oluna bilər. O baxımdan, Azərbaycan hakimiyyətinin qeyd olunan məsələdə daha çevik və qətiyyətli addımlar atması lazımdır.

Bu məqsədlə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri olaraq, Azərbaycanın dövlət başçısı İlham Əliyevə səslənərək, Fransa Senatının məlum qərarından sonra bu ölkə ilə münasibətlərə və siyasi-iqtisadi əlaqələrə yenidən baxılması, Fransanın ATƏT-in Minsk Qrupundan kənarlaşdırılması və bu çərçivədə qardaş Türkiyə ilə birgə fəaliyyətin təmin olunmasına istiqamətlənmiş təcili addımlar atmağa çağırıram”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829