Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : YAP rəsmisindən rəsmi reaksiya

  Sayta qoyulub: 12:03 24.01.2012 (54 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP rəsmisindən rəsmi reaksiya

“Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu”.

Bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu qanun tək Türkiyəyə qarşı deyil. Onun hədəfində olan bəlkə də daha çox insan haqlarıdır, sərbəst düşünmə tərzidir. Əhmədovun fikrincə, bundan sonra demokratik dəyərlərin təbliğatçısı kimi Fransanın səmimiliyinə inam ciddi şəkildə azalacaq. YAP-ın sədr müavini bildirib ki, Fransada qəbul olunan bu qanun Azərbaycanın da maraqlarına toxunur. Əhmədovun fikrincə, bu qanunun qəbulu Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsini göstərir. "Azərbaycanda bu ölkəyə qarşı olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq", - Əhmədov deyib(trend).

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur. Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829