Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Əli Əliyev ağsaqqallarla görüşüb

  Sayta qoyulub: 16:07 23.01.2012 (52 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əliyev ağsaqqallarla görüşüb

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev partiyanın qərargahında Yasamal rayonunun nüfuzlu ağsaqqalları ilə görüş keçirib. Səmimi atmosferdə keçən görüşdə müxtəlif vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ölkədə və regionda müşahidə olunan dinamik proseslərin ətraflı təhlil edən Ə.Əliyev Azərbaycanda baş verə biləcək mümkün köklü dəyişikliklərin nüvəsində ümumxalq iradəsinin dayanmalı olduğunu, o səbəbdən də, cəmiyyətin bütün təbəqələrinin bü və ya başqa formada fəallaşdırılmasının zəruriliyini önə çəkib.

Ə.Əliyev daha sonra sədri olduğu VİP-in Qarabağ münaqişəsinin həlli, təhsil, milli-dini-mənəvi məsələlər və iqtisdiyyatla bağlı yanaşmaları barəsində qonaqlara ətraflı məlumat verib.

VİP sədri dünyada sürətlənən qloballaşma prosesi fonunda Azərbaycan xalqının milli-dini dəyərlərinin mühafizəsinə xüsusilə ciddi diqqət yetirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Ə.Əliyev son vaxtlarda dindar vətəndaşların sərbəst ibadət etmələrinə yaradılan süni maneələrin yolverilməz olduğunu deyərək, VİP-in ölkə ərazisində bir neçə məscidin, o cümlədən Yasamal rayonunda fəaliyyət göstərmiş “Hüseyniyyə” məscidinin bağlanmasını pisləyib.

Görüşdə bu ilin may ayında təşkil olunacaq “Eurovision” mahnı müsabiqəsinin gedişi zamanı Bakıda gey-paradın keçirilməsi ehtimalına da toxunulub. Belə aksiyaların Azərbaycan milli əxlaqına qətiyyən uyğun gəlmədiyi qeyd olunub və ölkə hakimiyyətindən buna imkan verilməməsi tələb edilib. Ə.Əliyev və görüş iştirakçıları bu məsələ ilə əlaqədar VİP-in və Yasamal ağsaqqallarının birgə bəyanat verməsini məqsədəuyğun sayıblar.

Yekunda çıxış edən Yasamal ağsaqqalları görüşün təşkili və ətraflı söhbət üçün təşəkkür edərək, belə təmasların davamlı olmasının vacibliyini bildiriblər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829